İsveçdə Quranın yandırılması oyunu Ərdoğanın üzərində qurulub Yunus Oğuz MÜSAHİBƏ


Siyasət 25 Yan 2023 13:48:00 875 0

İsveçdə Quranın yandırılması oyunu Ərdoğanın üzərində qurulub  Yunus Oğuz  MÜSAHİBƏ

Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bölgədə və dünyada gedən proseslərlə bağlı Olaylar.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

Məlum olan odur ki, bütün proseslər Azərbaycanın xeyrinə gedir

-Yunus bəy, İsveçdə Qurani-Kərimin yandırılmasının kökündə hansı amillər durur?

-Məlum olduğu kimi Pakistan Senatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna böhranının həllində göstərdiyi səylərə görə Nobel Sülh mükafatına namizədliyini irəli sürüb. Söhbət ondan gedir ki, Ərdoğanın bu mükafata namizədliyi Türkiyədə prezident seçkisi öncəsi irəli sürülüb. Bu o deməkdir ki, Ərdoğan Nobel Sülh mükafatı almaqla birbaşa prezident seçilir. Bax, Quranı ona görə yandırıblar. Nəzərə almaq lazımdər ki, Nobel Sülh mükafatını İsveç verir. İsveçdə fikirləşirlər ki, Quranı yandırmaqla seçkilərə təsir göstərirlər. Guya, Quranın yandırılmasından Ərdoğan hirslənəcək, İslamafob aurası yaradacaqlar və bütün Avropanı Ərdoğanın üstünə yönəldə biləcəklər. Bu məsələdə oyun Ərdoğanın üzərində qurulub ki, o, prezident seçilməsin. Çünki Avropa bunu istəmir, xüsusən, İcveç və Finlandiya. Ona görə ki, Ərdoğan İsveç və Finlandiyanın NATO-ya daxil olmasına qadağa qoyub. Ola bilsin ki, Finlandiya NATO-ya daxil olsun, amma İsveç kənarda qalacaq. Düşünürlər ki, belə bir şəraitdə sülh carçısı olan Ərdoğana seçkiöncəsi Nobel mükafatı vermək olmaz. Avropaya Ərdoğan kimi inadkar, istədiyini edən yox, onlara qulaq asan, Avropa və Amerikanın istəklərini həyata keçirən prezident lazımdır. Türkiyənin keçmiş xarici işlər naziri Əli Babacan dedi ki, biz hakimiyyətə gəlsək, Bayraqdara da əl gəzdirəcəyik. Əslində bu açıqlama ilə Ərdoğanın reytinqini artırdı və bu reytinq artmaqda davam edir. Ona görə çalışırlar ki, Ərdoğana Nobel mükafatı verilməsin. Ərdoğan bundan əsəbləşsin və Türkiyədə antiAvropa hərəkatı başlasın. Onlar da dünyaya göstərsinlər ki, Türkiyədə Avropanı sevmirlər.

Bir məsələ də maraqlıdır ki, niyə İran Quranın yandırılmasına reaksiya vermir. Niyə Ərəb ölkələri mövqelərini ortaya qoymurlar? Quran təkcə Türkiyənin deyil ki?  Belə məlum olur ki, bu dövlətlərə deyiblər ki, sizlik bir şey yoxdur, bütün oyunlar Ərdoğanın başındadır. Ərdoğana mesaj verilir ki, sən İsveçə gəlib Nobel mükafatı ala bilməzsən. Guya, Ərdoğana Nobel mükafatı verilməsə dünya dağılacaq? Ərdoğan onsuz da liderlik, sülh, barışıq missiyasını həyata keçirir. Artıq Ərdoğan faktiki olaraq dünya liderinə çevrilib. Hazırda dünyada lider yoxdur, nə Bayden, nə Makron, nə də Şolts liderlik edə bilmirlər. İngiltərədə özlərində lider tapa bilmədilər, hindistanlını baş nazir qoydular. Ərdoğan isə Nobel mükafatı alsa, dünya liderliyi təsdiq olunacaq.

-Vardanyanın özünüifşa  müsahibəsi bir sıra qaranlıq məqamlara aydınlıq gətirdi. Sizcə, jurnalistin sualları qarşısında çətin duruma düşən Vardanyanın açıqlamaları əslində nəyə hesablanmışdı?

-Əslində jurnalist Vardanyana maraqlı sual verdi ki, sən Qarabağda nə gəzirsən, sənin missiyan nədən ibarətdir? Regionda proses sülhə doğru gedirdi, amma sən gəldin aranı qatdın. Nəzərə almaq lazımdır ki, Vardanyan təkcə Rusiyaya işləmir, o, beynəlxalq mafiyanın üzvü olduğuna görə, razılığını alıb. Beynəlxalq mafiyanın isə dövlətlərə çıxışı asandır. Bu baxımdan Vardanyan fikirləşir ki, Qarabağ məsələsində Rusiyanın sülhməramlılarını bölgədə saxlamaq lazımdır. Paşinyana isə bu lazım deyil, o artıq Rusiyadan tamam üz döndərib, Avropa İttifaqının əli ilə iki yüz müşahidəçi gətirir. Məsələ orasındadır ki, bu müşahidəçiləri hara yerləşdirəcək? Axı hələlik sərhədlər müəyyən edilməyib, delimitasiya işləri aparılmayıb. Belə halda Azərbaycan tərəfi beynəlxalq aləmə xəritə təqdim edə bilər ki, müşahidəçilər bizim ərazimizdə yerləşdirilib. Əgər verilən vaxtda ərazimizi tərk etməsələr ordu yeridiləcək. Əslində bu, Azərbaycanın xeyrinə işləyir. Digər tərəfdən, Rusiya bunu Paşinyana bağışlamayacaq. Ermənistanın bütün təhlükəsizlik, sərhəd məsələlərinə Rusiya nəzarət edir, bütün strateji məhsullar rus iş adamlarının əlindədir, üstəlik 102-ci bazası orada yerləşir. Görün, Rusiya nə qədər zəifləyib ki, Ermənistan onun başı üzərindən iki illik müşahidəçi missiya gətirir. Əslində Vardanyanın niyyəti  Ermənistanın baş naziri olmaq idi, lakin bizim ekofəalların aksiya məsələsini hesablaya bilmədi. Erməni əhalisi onun araqarışdırmaq fəaliyyətini yaxşı başa düşür, ona görə də onu istəmir. İndi Vardanyan haça-paça olub, qalıb ortalıqda. Paşinyan iki yüz nəfərlik müşahidəçini Vardanyan, həm də 102-ci bazanın çevrilişinə görə gətirdi. Bütün sadalananlara baxmayaraq, bölgədə hansı proses gedirsə hamısı bizim xeyrimizədir. Biz sadəcə səbirli olmalı, lazım gələndə ordumuzu hədəfə yönəltməliyik. Hazırda Rusiya ilə Qərb arasında gedən dava da bizim xeyrimizədir.

-Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərar nəyə hesablanıb?

-Avropa Rusiyaya qarşı on paket sanksiya qəbil edib, on birinciyə hazırlaşır. Bəs, bu sanksiyalardan Ermənistana qarşı niyə tərbiq etmir? Ermənistanın adı gələndə bütün məsələlərdə birləşirlər. Axı, Rusiyanın xarici banklarla əməliyyatları ən çox Ermənistan üzərindən aparılır. Məlum olur ki, Ermənistana qarşı münasibətdə xristian həmrəyliyi yox, dövlət maraqları nəzərə alınır. Məsələ orasındadır ki, Qafqazda geopolitika dəyişməlidir. Bu məsələdə Azərbaycan öz yerində durur, Ermənistanın isə yeni geopolitik düzəndə yeri yoxdur. Ona görə bütün prosesləri Ermənistan üzərindən etməyə çalışırlar ki, guya bu ölkə vacib bir əhəmiyyət daşıyır. Əslində isə Cənubi Qafqazda mühüm rolu Azərbaycan və Gürcüstan oynayır. Proseslərdən kənarda qalan Ermənistandan bir açar-kilid kimi istifadə etməyə çalışırlar ki, o da alınmayacaq. Avropa Parlamenti də məhz bunun hesabatını etmək istəyir. Ermənilərin işığı kəsilib, qazı yoxdur, bunun Azərbaycana nə dəxli var?  Onların kommunal təminatı Yerevan tərəfindən həyata keçirilir. Bu baxımdan deyilən humanitar fəlakətin Azərbaycana aidiyyatı yoxdur. Qarabağda ermənilərin sayı deyildiyi kimi 120 min yox, ermənilərin özlərinin etiraf etdiyi kimi 40 mindən artıq deyil. Onların da böyük əksəriyyəti başa düşür ki, başqa çıxış yolu yoxdur və müxtəlif yollarla Qarabağı tərk edirlər. Bu Azərbaycan diplomatiyasının müharibəsiz qələbəsidir. Fransada da bir milyon nəfər aksiya keçirdi, Azərbaycanda da demokratiyadır, ekofəallar aksiya keçirirlər.Vardanyan da çaş-baş qalıb. Əslində ekofəalların Xankəndi-Laçın yolunda aksiya keçirmələri Vardanyanın, hətta bəzi ölkələrin  bütün planlarını pozdu.  Avropa Parlamenti də planlar pozlduğuna görə, belə məsələləri gündəmə gətirir.

-Anna Akopyanın İrana səfəri İrəvan-Tehran münasibətlərinin daha da yaxınlaşmasına dəlalət edirmi?  

-Anna Akopyan 2020-ci ilin may ayında Mehriban xanıma mesaj göndərmişdi ki, Azərbaycan bayrağı Şuşada o vaxt ucala bilər ki, Qarabağın da bayrağı yanaşı dursun. Azərbaycan bayrağı Şuşada qalxdı, amma Xankəndinin bayrağı orada yox idi və yəqin ki, bundan sonra da olmayacaq. Məsələ orasındadır ki, Tehran artıq Ermənistanın qırmızı xəttini özünün qırmızı xətti hesab edir. Çox gözəl, yəqin ki, dövlət maraqları var. Ancaq Quranı yandırılar sən dinmirsən, deməli xristian təəssübkeşlyin var. Bu təəssübkeşlik atəşpərəstliyə gedib çıxır. İranın belə fəaliyyəti İslamı gözdən salır. İranda yalnız dövlətin adında İslam sözü var, qalan heç bir fəaliyyətində İslam yoxdur. Bizdə isə İslamı dərindən sevirlər, bu isə genetik yaddaşla gəlir. İran Ermənistana silah, bizə isə patı göndərir. Anna Akopyanın İrana səfəri deməyə əsas verir ki, Tehranla Yerevan təzə bacı olublar. Düşünürəm ki, gələcəkdə regionda geosiyasi vəziyyət çox dəyişəcək. Artıq bu proses gedir və gələn ilin sonunda bitməlidir. O vaxta qədər, İran qalacaq, Emənistan qalacaq, yoxsa Rusiya, bunu bilmək olmur. Məlum olan odur ki, bütün proseslər Azərbaycanın xeyrinə gedir.

"Böyüklər bir yana, uşaqlar şam kimi əriyirlər" like
  • 25 Yan 13:40  
Şou-biznes "Böyüklər bir yana, uşaqlar şam kimi əriyirlər"

Aparıcı Aytən Səfərova da son günlər yayılan virusa yoluxub. 

arrow Ətraflı
Dörd ölkə Azərbaycanla bağlı Avropa Komissiyasına müraciət etdi like
  • 25 Yan 13:34  
Digərləri Dörd ölkə Azərbaycanla bağlı Avropa Komissiyasına müraciət etdi

Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Avropaya Azərbaycan qazını

arrow Ətraflı
Oğurluq məqsədi ilə evə girmək istədi, like
  • 25 Yan 13:29  
Digərləri Oğurluq məqsədi ilə evə girmək istədi,

Türkiyənin Qaziantep şəhərində oğurluq etmək məqsədi ilə evə girən

arrow Ətraflı
"Ağsu Aşırımı" kimi tanınan yolun təmiri nə vaxt başa çatacaq? like
  • 25 Yan 13:22  
Digərləri "Ağsu Aşırımı" kimi tanınan yolun təmiri nə vaxt başa çatacaq?

Mənzil başına rahat çatmaq üçün vacibdir ki, çıxdığın yol da rahat,

arrow Ətraflı
Kinematoqrafçılar İttifaqında şəhid ailələri üçün yığılan pullar HARA GETDİ? like
  • 25 Yan 13:17  
Digərləri Kinematoqrafçılar İttifaqında şəhid ailələri üçün yığılan pullar HARA GETDİ?

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ətrafında qalmaqallar

arrow Ətraflı
Dünya üzrə uçuşlar üçün ən ucuz ay açıqlandı like
  • 25 Yan 13:07  
Dünya Dünya üzrə uçuşlar üçün ən ucuz ay açıqlandı

Britaniyanın "Destination2" turizm şirkətinin analitikləri mart ay

arrow Ətraflı
Elşad Oksana ilə Şəhriyarın evliliyindən like
  • 25 Yan 12:56  
Şou-biznes Elşad Oksana ilə Şəhriyarın evliliyindən

Repçi Elşad Xose, Oksana və Şəhriyarın münasibətinə fikir bildirib.

arrow Ətraflı
Kıvançla Serenayın serialının ilk tizeri yayımlandı like
  • 25 Yan 12:45  
Şou-biznes Kıvançla Serenayın serialının ilk tizeri yayımlandı

Baş rolları Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın canlandırdığı &

arrow Ətraflı
Uşaqlara təcavüz edənlər axtalana bilərlər like
  • 25 Yan 12:34  
Dünya Uşaqlara təcavüz edənlər axtalana bilərlər

Qırğızıstan Parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qa

arrow Ətraflı
Taksi sürücülərinə necə nəzarət edilməlidir? like
  • 25 Yan 12:23  
Digərləri Taksi sürücülərinə necə nəzarət edilməlidir?

Kimi sərnişini döyür, kimisi gənc qızı kofeyə dəvət edir, kimisi də m

arrow Ətraflı
VTB (Azərbaycan)ın xalis mənfəəti 2,8 dəfə artıb like
  • 25 Yan 12:20  
Digərləri VTB (Azərbaycan)ın xalis mənfəəti 2,8 dəfə artıb

"Bank VTB (Azərbaycan)" ASC 2022-ci ilin maliyyə göstəricilərini

arrow Ətraflı
Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verdi like
  • 25 Yan 12:15  
Siyasət Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verdi

"Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəa

arrow Ətraflı
Hikmət Hacıyev İran səfiri ilə görüşüb like
  • 25 Yan 12:05  
Siyasət Hikmət Hacıyev İran səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici

arrow Ətraflı
Bəzi yollar buz bağlayacaq  PROQNOZ like
  • 25 Yan 12:04  
Digərləri Bəzi yollar buz bağlayacaq PROQNOZ

Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı