Operatorun güllələndiyi filmin taleyi ilə bağlı qərar açıqlandı
Şou-biznes 24 Yan 2023 20:00:00 315 0
Amerikalı aktyor Alek Bolduin tərəfindən çəkiliş meydançasında təsadüfən vurulan operatorun ölüm hadisəsinə baxmayaraq, "Pas" ("Rust") filminin çəkilişləri davam edəcək.
Bu xəbəri də oxu: Daha bir tiktoker həbs olundu
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rust Movie Productions" şirkətinin vəkili Melina Spedaun xəbər verib.
"Cənab Bolduinin baş rolda və Coel Souzanın rejissoru olduğu film tamamlanmaq üzrədir", - deyə o bildirib.
Vəkilin sözlərinə görə, çəkiliş prosesində baş verənlərə nəzarət edəcək xüsusi təhlükəsizlik müfəttişləri və həmkarlar ittifaqı üzvləri iştirak edəcək. Həmçinin çəkilişdə həqiqi silah və hər hansı bir döyüş sursatı istifadə etmək qadağan olunacaq.
Xatırladaq ki, Nyu-Meksiko ştatının prokurorluğu aktyor Alek Bolduini "Pas" filminin çəkilişləri zamanı odlu silahdan açdığı təsadüfi atəş nəticəsində operator Qalina Hatçinsi ehtiyatsızlıqdan qətlə yetirmədə ittiham etmək qərarına gəlib.
Ukrayna əsilli Hatçins 2021-ci ilin oktyabrında öldürülüb. Bolduin təsadüfən onun sinəsinə tapança ilə atəş açıb. Filmin rejissoru Coel Souza da çiynindən yaralanıb, lakin sağ qalıb.
Hadisə aktyorun filmdən bir səhnəni məşq edərkən yaşanıb. O, tapançanın boş patronlarla doldurulduğundan əmin olub. Tapançadakı güllə isə həqiqi olub.
Çəkilişlərdə silahlara cavabdeh olan Hanna Qutyerres Red də eyni ittihamla mühakimə olunacaq.
Yanvarın sonuna kimi ittihamlar rəsmi şəkildə təqdim olunacaq. Aktyorun vəkili Lyuk Nikas Bolduinə qarşı irəli sürülən ittihamlara etiraz edəcəyini bildirib.
Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr"
Böyük London ölçüsündə olan nəhəng aysberq Antarktika buz şelfindən q
"Şahmaran" serialının ulduzu Burak Denizin yarıçılpaq fotosu vir
Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım
Qərbi Azərbaycandan olan Məmmədovlar nəslinin nümayəndələri indi o yerl
Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəf
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Rusiyada magistral yolda 3 pələng peyda olub.
Son günlər məşhur aparıcıların efirində reklam olunan həkimlərin ödə
Zaqatala və Balakən rayonlarında kütləvi şəkildə zərərli böcəklər
Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələrinin ölümü qeydə
Hindistanın Qucarat ştatının məhkəməsi inək qaçaqmalçılığında şü
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arası