Xaricdәki konsulluq idarələrinin ölümü qeydə alma qaydası müəyyənləşdi
Siyasət 24 Yan 2023 18:41:00 486 0
Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələrinin ölümü qeydə alma qaydası açıqlanıb.
Bu xəbəri də oxu: Denis Beçiroviç İlham Əliyevə başsağlığı verdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərdə əksini tapıb.
Fərmana əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən ölümün qeydə alınması üçün əsas sayılacaq. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır.
Fərmana görə, uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürüləcək.
Hindistanın Qucarat ştatının məhkəməsi inək qaçaqmalçılığında şü
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arası
Sumqayıt şəhərində qadını qətlə yetirməkdə təqsirli bilinən Elman �
24 yanvar tarixində Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbay
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "İnanıram" tama
ABŞ-də qonur ayılarda ("qrizli") ilk dəfə quş qripinə yoluxma
Yanvarın 26-da Yerin yaxınlığından diametri 5-6 metr olan asteroid keçəc�
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 59 yeni yolux
"Heç vaxt çıxıb kiməsə efirdən cavab verməmişəm. Əgər bir insan
İranda hakimiyyətin bütün təzyiq, təqib, edam və həbslərinə baxmayaraq
Rusiyada dəvə ovçuluq bazasının gözətçisini ayaqları altında tapdalaya