İranda həbslər və edamlar aksiyaların qarşısını ala bilmir
Digərləri 24 Yan 2023 16:24:00 297 0
İranda hakimiyyətin bütün təzyiq, təqib, edam və həbslərinə baxmayaraq etiraz aksiyaları davam edir.
Bu xəbəri də oxu: Rusiyadan qəza ilə bağlı ilk ETİRAF
Son.az report-a istinadən bildirir ki, bunu yayılan məlumatlar da təsdiqləyir.
Məlumata görə, ötən gecə Tehran, Kərəc və Bəndər Abbas şəhərlərində etiraz yürüşləri keçirilib. Güney Azərbaycanın Təbriz və daha bir neçə şəhərində divarlara İran rejiminə qarşı şüarlar yazılıb:
"SEPAH cinayət edir, Xameneyi himayə edir!", "Nə şahlıq, nə rəhbər, azadlıq və ədalət!", "Xameneiyə ölüm!"
İsfahanda etirazçılara qarşı vəhşilik edən İran İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası sayılan yarımhərbi BƏSİC qüvvələrinə məxsus baza "Molotov kokteyli" ilə yandırılıb.
İranın şərqində, Pakistan və Əfqanıstanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətinin Bəmpur şəhərində gecə saatlarında iki polis əməkdaşı öldürülüb. Bildirilib ki, Bəmpur bölgə polis idarəsinin əməkdaşları xidmətdə olan zaman silahlı şəxslərin hücumuna məruz qalıb. Atışma nəticəsində mayor Muxtar Mömini və leytenant Əbuzər Ümidvar ölüb, daha bir polis isə yaralanıb. Hücum edən silahlı dəstə üzvləri hadisə yerindən qaçıb.
İranın Bəndər Xomeyni Neft-kimya şirkətinin işçiləri əməkhaqları və müavinətlərinin verilməməsinə etiraz olaraq aksiya keçiriblər. Etirazçılar "Fəhlənin haqqını yemək haramdır!", "Səriştəsiz rəhbər istəmirik!" şüarlarını səsləndiriblər.
Güney Azərbaycanın Ərdəbil şəhərində Rabitə idarəsinin işçiləri də etiraz aksiyası keçirib. Onlar əməkhaqlarının verilməməsinə və əlavə yardımların kəsilməsinə etiraz ediblər.
Tehran hakimiyyəti aksiyalarda iştirak etməkdə ittiham etdiyi yeni insanları həbs edir. Ötən gün Güney Azərbaycanın Urmiya şəhərində 8-i qadın olmaqla 25 nəfər "casusluqda" ittiham edilərək həbs olunub. Onlar həm də "sosial mediada gəncləri" etiraza təhrik etməkdə ittiham olunurlar. Məlumata görə, "Urmiya Məhəllələrinin Gəncləri" adlı qrup üzvlərinin 16-na qarşı cinayət işi açılıb və onlardan bir-birlərinə qarşı etiraf almaq üçün işgəncə verilib. Qeyd olunub ki, biri 15 yaşlı yeniyetmə qız olmaq şərti ilə həbs edilənlərin hamısı məktəblidir.
İranın oxatma üzrə yığmasının qadın üzvü hökumət qüvvələrinin açdığı atəşlə bir gözünü itirib. Kermanşah şəhərinin Tağbostan bulvarında sol gözündən güllə yarası alan Mehbanu Xoşnudi Kia bir gözündən məhrum olub. O, 2021-cü ildə oxatma üzrə Asiya turnirində ikinci yeri tutub.
Yayılan xəbərlərə əsasən, son aylar İranın hərbi-polis qüvvələri vətəndaşların gözlərini kor etmək niyyəti ilə məqsədyönlü şəkildə dəfələrlə ov tüfəngi və peyntbollarla aksiyaçıların üz nahiyəsinə atəş açıb. İndi bu idmançı xanım da hakimiyyətin xalqı qorxutmaq və sıxışdırmaq üçün bu qəddar, insanlıqdan uzaq metodunun qurbanı olub.
Rusiyada dəvə ovçuluq bazasının gözətçisini ayaqları altında tapdalaya
Həmkarı Kerem Bürsindən ayrıldıqdan sonra Kaan Yıldırımla birlikdə ya�
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti i
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri istefa verd
Avropa İttifaqının (Aİ) missiyası qanuni deyil və hüquqi nəticə verməy
Romantik komediya janrında çəkilən "Evdə qalmış" filmi 9 fevral
Belçikanın "Ketnet" televiziya kanalının uşaq tədbirlərinin t
"Leopard" tanklarının Ukraynaya göndərilib-göndərilməməsi ilə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yanvarın 23-də
Görüş zamanı qondarma erməni soyqırımı, Laçın yolu ilə bağlı məsə
Avropa İttifaqının xarici işlər nazirləri "Qafqazdakı vəziyyətin h
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətində nam