Gürcüstandan Zaqatalaya böcək hücumu: "Çox təhlükəlidir"
Digərləri 24 Yan 2023 19:00:00 315 0
Zaqatala və Balakən rayonlarında kütləvi şəkildə zərərli böcəklər yayılır.
Bu xəbəri də oxu: Aybek Moldoqaziyev Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib
Son.az xəbər verir ki, bu barədə lent.az-a yerli sakinlər məlumat veriblər.
Sakinlərin dediyinə görə, artıq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin monitorinq qrupu bölgəyə gedib.
Onlar hazırda vəziyyəti araşdırırlar.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşı Həsən Nəzərli bildirib ki, Balakən və Zaqatalada qəhvəyi mərmər bağacığı adlı böcək yayılıb. Onun sözlərinə görə, bu böcəklər respublika ərazisinə Gürcüstandan keçib: "Qəhvəyi mərmər bağacığı təsərrüfat əhəmiyyətli zərərvericidir. Tipik qalxanlılara aid bağacıqdır. Digərlərindən fərqli olaraq bu böcəklər daha çox bitkiyə zərər vurur. Belə ki, bu zərərverici 200-dən artıq bitkiyə ziyan vurur. Qəhvəyi mərmər bağacığı efir yağı tərkibli toksid maddə buraxır. Təbii ki, bu maddə çox təhlükəlidir. Həmin maddənin insanlara nisbətən daha çox quşlara ziyanı var. Bir sözlə, təbiət bioloji mübarizə apara bilmir. Vətəndaşlardan xahiş olunur ki, zərərvericiləri müşahidə etdikdə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin "088-588" qaynar xəttinə məlumat versinlər".
Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələrinin ölümü qeydə
Hindistanın Qucarat ştatının məhkəməsi inək qaçaqmalçılığında şü
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arası
Sumqayıt şəhərində qadını qətlə yetirməkdə təqsirli bilinən Elman �
24 yanvar tarixində Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbay
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "İnanıram" tama
ABŞ-də qonur ayılarda ("qrizli") ilk dəfə quş qripinə yoluxma
Yanvarın 26-da Yerin yaxınlığından diametri 5-6 metr olan asteroid keçəc�
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 59 yeni yolux
"Heç vaxt çıxıb kiməsə efirdən cavab verməmişəm. Əgər bir insan