Lobya
Digərləri 24 Yan 2023 08:21:00 365 0
Lobya paxlakimilər fəsilsinə aid olub, faydalı bitkilərdən hesab edilir. Lobyanın yarpaqları sıra ilə düzülmüş və yemək üçün istfadə edilən lobya dənələri uzunsov qabığın içərisində yerləşir. Lobyanın ən çox toxumlarından istifadə edilir.Toxumlar 4-30 sm uzunluğunda, 1-3 sm enində olan olan uzunsov qabıqda olur. Kisənin içərisində 3-6 ədəd toxum olur. Toxumlar ağ, qara, sarı və yaşıl rənglərdə ola bilir. Lobyanın vətəni Aralıq dənizi ölkələri hesab edilir. O, Avropa, Asiya və Afrika ölkələrinə buradan yayılmışdır. Lobyanın Tərkibi: 100 qram lobyanın tərkibində olanlar: - Zülallar - 6,1 qr - Yağlar - 0,1 qr - Karbohidatlar - 8,5 qr - Su - 83 qr - Kalori dəyəri - 66 kKal. Lobyanın tərkibində liflər, nişasta, kabohidratlar, zülallar, yağlar, kalum, kalsium, fosfor, maqnium, kükürd, dəmir, karoin, PP, B, A vitaminləri, maqranes, molibden və müxtəlif təbii turşular var. Lobyanın 40%-ni zülallar təşkil edir ki, bu züllar ətin tərkibinddə olan zülalların miqdarına bərabərdir. Onun tərkibi minerallarla (ən çox molibden) zəngindir. Bu minerallar orqanizmdən ağır metal zəhərlənmələrini, radioaktiv şüalanma zərərlərini xaric edir. Lobyanın tərkibində qanda olan xolesterinin aşağı düşməsinə səbəb olan liflər vardır. Lobyanın tərkibində olan pektin və lifli maddələr orqanizm üçün çox faydalıdır. Lobyanın tərkibi kalium və kalsiumla da çox zəngindir. Bu minerallar orqanizmi infeksion xəstəliklərdən qoruyur və qanı təmizləyir. Lobyanın Xeyri Lobyanın tərkibində olan B qrup vitaminləri insanı ürək-damar xəstəliklərindən qoruyur. Rusiyanın paxlalı bitkilərin araşdırması ilə məşğul olan instututu az miqdarda da olsa lobya yeyən adamların qanının bu qida ilə təmizləndiyini təsdiq edir. Dietoloqlar 2-3 həftə gün ərzində ən azı 100-150 qram lobya yeyən adamın qanının xolesterindən təmizləndiyini söyləyirlər. Bu uzun müddət aparılan araşdırmalar nəticəsində də öz təsdiqini tapmışdır. Davamlı olaraq lobya yeyən adamların saçları möhkəm və parlaq olur. Sənaye tullantıları olan şəhərlərdə yaşayan adamların hər gün lobya yemələrində fayda var. Lobyanın üstün cəhətlərindən biri də onun tərkibində yağların yox, karbohidratların çox olmasıdır. Lobya orqanizmdə bir çox xəstəliklərin profilaktikasında rol oynayır. Qida rasionuna davamlı olaraq lobya əlavə edən adamlarda ürək-damar, böyrək və qara ciyər xəstəlikləri riski az olur. Buna görə də gündəlik qida rasionunun 8-10%-ni lobya təşkil eləməlidir. Lobyanın terapevtik təsiri özünü mədə-bağırsaq fəaliyyətinin yaxşılaşmasında da göstərir. Onun tərkibində olan liflər bağırsaq fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Davamlı olaraq lobya yemək orqanimdə xərçəng riskinin aradan qalxmasına səbəb olur. Lobyanın Ziyanı Lobya düzgün bişirilmədikdə və düzgün saxlanılmadıqda orqanizmə zərərli olur. Belə ki, qaydalara düzgün əməl eləmədikdə lobya bağırsaqlarda köp və qazın əmələ gəlməsinə və ishala səbəb ola bilir. Bişmiş lobyanı düzgün saxlamadıqda hətta zəhərlənməyə də səbəb ola bilir. Nefritdən, pankriatitdən, podaqradan əziyyət çəkənlərə lobyadan istifadə etdikdə həkimlə məsləhətləşmələri tövsiyə edilir. Bu
Bu xəbəri də oxu: Bu yolda dəyişiklik edildi cərimələr artdı
Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor H
ABŞ iranlı iş adamlarına və rəsmilərinə yeni sanksiyalar tətbiq edib.
Bir çox analar körpələrinə süd verən zaman yenidən hamilə qalırlar.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən rus sü
Ötən ildə tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi
İspanaq birillik göyərtidir. İspanaq toxum vasitəsilə artırılır və 35-
"Bunu siyasi səbəblərdən etdim. Bu qədər insanın məni öldürmək i
İstanbulun Beyoğlu rayonunda köhnə kilsədə naməlum səbəbdən yanğın b
Rusiyalı qadın müxbir Anastasiya Yelsukova Ukraynada əməliyyat zonasında c
Əlcəzairin şimalında, Ayn Defla əyalətinin El Attaf bölgəsində orduy
Göy soğan ot bitkisi olub, soğan toxumlarının becərilməsindən əmələ g
Türkiyəli məşhur müğənni Sibel Can bu il Türkiyədə 19 konsert verəcə