Reyhan
Digərləri 24 Yan 2023 08:01:00 439 0
Reyhan haqqında ümumi məlumat Reyhan birillik dərman bitkisi olub öz ətri ilə seçilən göyərtilərdəndir. Reyhanın hündürlüyü 30-60 santimetrə qədər qalxa bilir və hər tərəfə qol-budaq ataraq böyüyür. Yabanı reyhanın hündürlüyü isə 70-80 santimetr ola bilir. Onun yarpaqları oval şəklində və bəzən növündın asılı olaraq ətrafları xırda kəsikli olur. Reyhanın yarpaqları yaşıl və bənövşəyi rənglərdə ola bilir. Növündən asılı oalaraq reyhan çiçəklərinin rəngi çəhrayı, yaşıl, bənövşəyi olur. Reyhanın çiçəkləri gövdə hündürə qalxdıqdan sonra açır və toxum əmələ gətirir. Reyhan yarpaqlarının tərkibi efir yağları ilə zəngin olur. Onun xüsusi dadı və ətri olur. Bu səbəbdən də reyhan bir çox qida maddələrinə əlavə edilir. Reyhanin vətəni Cənubi Asiya hesab edilir. Avropa ölkələrinə reyhan XVI əsrdə gətirilib. Reyhan az kalorili göyərtidir. Onun qurutduqda da tərkibində olan maddələrin miqdarı öz təsirini saxlaya bilir. Reyhannın Tərkibi 100 qram reyhanın tərkibində olanlar: - Zülallar - 3,15 qr - Yağlar - 0,6 qr - Karbohidtarlar - 2,7 qr - Su - 92 qr - Kalori - 23 kKal. Reyhanın tərkibinin 1,5%-ni efir yağları, 6% tanin, qlükozidlər, salonin turşusu təşkil edir. Onun güclü qoxiya sahib olmasının səbəbi efir yağlarının mürəkkəb tərkibdə olmasıdır. Bu efir yağlarının tərkibində metilxavinol, sinerol, linalool, kamfora, osimen,tanin maddələr, turş salonin var. O mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır və öskürək əleyhnə təsir göstərir. Onun tərkibindəki efir yağları bakteriasid təsirə malikdir. Reyhanın tərkibində C, B2, PP, A vitaminləri, şəkər, karotin, fitonsidlər, rutin var. Reyhan immun sistemi stimulyasiya edir və orqanizmi bütün infeksiyala qarşı qoruyur. Son illərin araşdırmaları hətta, reyhanın orqanizmdə AİDS virusunun artmasının qarşısını aldığını sübut edib. Reyhannın Xeyri Reyhan orqanizmin kəskin respirator virus xəstəliyinə yoluxmasının qarşısını alır. O qripp, soyuqdəymə və yuxarı tənəffüs sistemi orqanları xəstəliklərinə yoluxmağın qarşısını alır, burun yollarından seliyin axmasını dayandırır, xəstəlik zamanı orqanizmdə baş verən həssaslığı azaldır, sinir sistemini möhkəmləndirir. Reyhan yaddaşın möhkəmlənməsinə səbəb olur. Reyhanın bakteriya əleyhinə təsir göstərməsi bir çox xəstəliklər zamanı çox faydalıdır. Ağız boşluğu, dişlər və diş ətinin xəstəlikləri zamanı reyhan çeynəməyin faydası çox böyükdür. Reyhan orqanizmə antioksidant təsir bağışlayır. Buna onun yarpaqlarının tərkibindəki qiymətli substansiyalar səbəb olur. Onun tərkibindəkilər sərbəst radikallara qarşı mübarizə aparır, yüksək aqressivli (xərçəngin inkişafını sürətləndirən) oksigen molekullarına qarşı durur.Bir sözlə reyhan yemək orqanizmi xərçəng riskindən qoruyur. Reyhan meteorizm, mədə-bağırsaq xəstəlikləri zamanı orqanizm üçün çox faydalıdır. Onun tərkibində olan enzimlər piylərin əriməsinə yardım edir, arıqlamağı stimllaşdırır. Peyhan sinir sistemini möhkəmləndirir, yuxunu normaya salır, impotensiyanı aradan qaldırır. Reyhanın tərkibində olan metil-kavikol efir yağı immun sistemi möhkəmləndirir, orqanizmdəki cavan hüceyrələri qoruyub saxlayır. Onun tərkibində olan evqenol və estraqol əqli fəaliyyəti artırır. Reyhanı yeməklərin yanında təzə halda və ya yarpaqlarından dəmlənmiş çay hazırlayıb qəbul etmək olar. Xalq təbabətində reyhandan faydalanmaq məqsədilə aşağıdakı reseptdən istifadə edilir: Təzə reyhan yarpaqları təmiz yuyuylduqdan sonra 1 litr suya xırda -xırda doğranır və qaynadılır. Qaynayan kimi soyudulur və yarpaqları süzüldükdən sonra suya dada görə bal əlavə olunur və içilir. Reyhannın Ziyanı Həddindən çox reyhan yemək ürək xəstələrinə, epilepsiyadan əziyyət çəkənlərə, hamilələrə problemlər yarada bilir. Mütəxəssislər hipertoniyadan, diabetən, tromboflebitdən, işemik xəstəliklərdən əziyyət çəkənlərə də reyhan yeyərkən ehtiyyatlı olmağı tövsiyə edirlər. Buna səbəb isə reyhanın tərkibində olan rutin birləşmələrdir.
Bu xəbəri də oxu: Kəmaləddin Heydərov onları təltif etdi
Əlcəzairin şimalında, Ayn Defla əyalətinin El Attaf bölgəsində orduy
Göy soğan ot bitkisi olub, soğan toxumlarının becərilməsindən əmələ g
Türkiyəli məşhur müğənni Sibel Can bu il Türkiyədə 19 konsert verəcə
Xren çoxillik bitki olub kələmkimilər fəsiləsinə daxildir. Onun sərt kö
Fransanın paytaxtı Parisdə çörəkbişirənlər etiraz aksiyası keçiriblə
Ağ tupr birillik və ya ikiillik ot bitkisi olub, kələmkimilər fəsiləsinə
Mal əti dedikdə inək, öküz, dana - bir sözlə iri buynuzlu mal-qaranın ə
Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəs
Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyevə ağır itki üz verib.
Soyuq havalarda insanlar daha çox rozasea xəstəliyinə yoluxurlar.
Kartof kökündən istifadə edilən bitki fəsiləsinə aid olub, ən vacib qid
Obyekt sahibi mağazadan çıxmaq istəməyən icarədarı qeyri-adi üsulla qo
Əsəb nəzarəti uşaqlıq illərində formalaşan xüsusiyyətdir.