Aloe haqqında bilmədikləriniz


Digərləri 24 Yan 2023 01:01:00 330 0

Aloe haqqında bilmədikləriniz

Aloe çoxillik bitki olub uzun, daxili şirəli və kənarları tikanlı yarpaqlara malikdir. Bitkinin adı ərəb dilindən götürülüb, tərcümədə yüzillik mənasına gəlir. Növləri və yayılması Aloenin 500-dən artıq növü var. Onun növləri əsasən Afrika ölkələrində daha çox yayılıb. Aloe bitkisinə əsasən Ərəbistan yarımadasında, Madaqaskarda və Cənubi Afrika ölkələrində rast gəlinir. Avropa ölkələrinə aloe qədim zamanlarda gətirilmiş və yanlız isti şəraitdə böyüdülmüşdür. Aloe əsasən tropik bölgələrdə yetişir. Növündən asılı olaraq aloenin yarpaqları fərqli olur. Onu ev şəraitində gün düşən yerdə həftədə az miqdar su ilə 1-2 dəfə sulayaraq böyütmək mümkündür. Aloeni sulayarkən kaktusları sulamaq üçün lazım olan vasitələrdən istifadə eləmək lazımdır. Aloe yarpaqlarını ilin istənilən fəslində toplamaq mümkündür. Amma şirəsini sixmaq üçan 15 sm-dən kiçik yarpağı dərdikdə istənilən qədər şirə əldə etmək olmur. Şirəni 4 saat ərzində istifadə etmək lazım deyil. Bu onun faydalı olmasını azaldır. Aloenın Tərkibi Aloe şirəsinin tərkibi E, C, A və B qrup vitaminləri, marqanes, sink, kalum mikroelementləri, polisaxaridlər, kaxetin, fermentlər, aloin, fitonsidlər, orqanik turşularla (L- kumarin, alma, limon və s.), fenolla, çətin tapılan efir yağları ilə zəngindir. Aloe şirəsi bakteriasid, göbələk əleyhinə, iltihab əleyhinə təsirə malikdir. O müxtəlif dəri xəstəliklərinin (eqzema, yara, allergiya səpgiləri, qızartılar, dermatitlər və s.), mədə-bağırsaq yaralarının sağalmasına səbəb olur. Aloe şirəsindən daxili orqanların müalicəsi zamanı da geniş istifadə ediir. Kəsiklər zamanı aloe sürtməklə zəif qanaxmaları saxlamaq mümkündür. Aloe şirəsi dərinin cavanlaşmasına və bərpasına səbəb olur. Aloenın Xeyri Müalicə məqsədilə aloenin şirəsindən və təzə dərilmiş yarpaqlardan hazırlanan sıyıqdan istifadə edilir. Aloe şirəsini əldə eləmək üçün isə onun yarpaqlarını ət maşınının xırda gözündən keçirib suyunu sıxmaq lazımdır. Dərilmiş aloe yarpaqlarını tünd rəngli kağıza büküb soyuducuda 14 gün saxlamaq mümkün olur. Aloe şirəsi əsil biostimulyator hesab edilir. Onun şirəsinin cavanlaşdırıcı və regenerasiyaedici təsiri var. Aloe şirəsindən müalicəvi kremlərin, mazların, losyonların şampunların hazırlanmasında istifadə edilir. Ondan spirtli covhərlər, konsentratlar, kompreslərin hazırlanmasında da istifadə edilir. Aloedən nəinki kosmetologiyada, hətta formakoligiyada təbii dərmanların hazırlanması zamanı da istifadə edilir. Bronxit, pnevmoniya, qanaxmalar, ağız boşluğu xəstəlikləri, immunitetin aşağı düşdüyü zamanlarda, mədə-bağırsaq xəstəlikləri zamanı, orqanizmin antibiotiklərlə zəhərlənmələrində, dermatitlər və yanıqların müalicəsi zamanı aloe ekstratından geniş istifadə edilir. Aloedən xalq təbabətinin bir çox sahələrində istifadə olunur. - İmmunitet aşağı düşdükdə: Gündə 3 dəfə 1 çay qaşığı yeməkdən yarım saat əvvəl qarışım şəklində qəbul edilir. Qarışıma 300 qram xırda doğranmış qoz, 200 qram bal, 100 qram aloe şirəsi və 3-4 ədəd limonun şirəsi əlavə edilir. - Boğaz ağrıları və respirator virus xəstəlikləri zamanı 250 qram aloeni ət maşınından keçirib 100 qram şəkər tozu qarışdırdıqdan sonra şüşə qabda, sərin və qaranlıq yerdə 3 gün saxlayıb, daha sonra 250 ml araqla qarışdırılır. Bu qarışımdan xəstəlik zamanı gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl içildikdə xəstəliyin əlamətləri aradan qalxır. - Dişlər və diş əti xəstəlikləri zamanı Eyni miqdarda aloe şirəsi və su qarışımı ilə boğazı yaxalamaq diş və diş əti xəstəliklərin əlamətini azaldır. - Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi zamanı 150 qram xırdalanmış aloe yarpaqlarının üzərinə 100 qram şəkər tozu səpilib 3 gün sərin və qaranlıq yerdə saxlanılır. Sonra buna qırmızı şərab əlavə edilib bir-neçə gün yenidən dincəlməyə qoyulur. Qarışımdan gündə 2-3 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edilir. - Qida sənayesində Aloe dietik qida maddəsi hesab edilir. Ondan salatlarda, qəlyənaltılarda və müxtəlif içkilərin hazırlanmasında istifadə edilir. Bu bitkini alma, soğan, yerkökü, bal, cigirtkən, kələm, çaytikanı ilə qarışdırıb salat hazırlamaq mümkündür. Bəzən onu limon şirəsi və kefirlə də qarışdırıb yeyənlər olur. - Kosmetologiyada Aloedən ən çox üz və başın dərisi üçün maskaların, vanna etmək üçün gellərin, sabunların, şampunların hazırlanmasında istifadə edilir. Aloe şirəsini üzə və boyn nahiyyə sürtüb 20 dəqiqə sonra isti su ilə yuduqda dəri yumşalır, qidalanır. Aloe şirəsi, şaftalı yağı, bir-neçə damcı araq qarışdırılmış məhlulu dəriyə sürtükdə qidalandırıcı təsir göstərir. Aloe şirəsi, süd və nanə covhəri qarışımını isti suya töküb vanna qəbul etdikdə dəri cavanaşır və onun elastikliyi artır. Aloe şirəsindən kimya sənayesində də geniş istifadə edilir. Ondan çoxlu skrabların, losyonların, şampunların, balzamların, gellərin, maskaların hazırlanmasında geniş istifadə olunur. Aloenın Ziyanı: Hamiləlik, öd kisəsinin xəstəlikləri, varikoz genəlmələr zamanı aloedən istifadə edərkən həkimlə məsləhətləşmək lazımdır.

Beyonsun qaldığı 100 minlik otağın FOTOları like
  • 24 Yan 00:44  
Şou-biznes Beyonsun qaldığı 100 minlik otağın FOTOları

Xəbər verdiyimiz kimi, məşhur müğənni Beyons dünyanın ən bahalı oteli

arrow Ətraflı
Günün qoroskopu: Kimsə sizə qarşı intriqa hazırlayır like
  • 24 Yan 00:01  
Digərləri Günün qoroskopu: Kimsə sizə qarşı intriqa hazırlayır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Azərbaycan səfirindən ilginc paylaşım  “Bir gün görəvimi yarımçıq buraxıb qaçası olsam…” like
  • 23 Yan 23:59  
Digərləri Azərbaycan səfirindən ilginc paylaşım “Bir gün görəvimi yarımçıq buraxıb qaçası olsam…”

Ötən ilin mayında Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fö

arrow Ətraflı
Pentaqondan etiraf: Ukrayna böyük itkilər verir like
  • 23 Yan 23:46  
Dünya Pentaqondan etiraf: Ukrayna böyük itkilər verir

Ukrayna qoşunları Rusiya ordusu ilə döyüşlərdə böyük itkilər verir.

arrow Ətraflı
Şoyqu Qərb və Cənub hərbi dairələrinə yeni komandan təyin edib like
  • 23 Yan 23:39  
Dünya Şoyqu Qərb və Cənub hərbi dairələrinə yeni komandan təyin edib

Rusiya müdafiə naziri Sergey Şoyqu iki hərbi dairənin komandanını dəyiş

arrow Ətraflı
Gerasimov: Rusiya tarixində belə döyüşlər olmayıb! like
  • 23 Yan 23:32  
Dünya Gerasimov: Rusiya tarixində belə döyüşlər olmayıb!

Rusiya ordusu Ukraynada praktiki olaraq kollektiv Qərbə qarşı döyüşür.

arrow Ətraflı
Aİnin Rusiyaya qarşı sanksiyalarına daha 8 ölkə qoşulub like
  • 23 Yan 23:25  
Dünya Aİnin Rusiyaya qarşı sanksiyalarına daha 8 ölkə qoşulub

Avropanın 8 ölkəsi Rusiyaya qarşı sanksiyaya və neft qiymətlərinin maksi

arrow Ətraflı
Fərda Tünzalə Əliyevanın vəfatından danışdı  VİDEO like
  • 23 Yan 23:12  
Şou-biznes Fərda Tünzalə Əliyevanın vəfatından danışdı VİDEO

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva ilə bu gün dəfn

arrow Ətraflı
Nazirlikdən erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat like
  • 23 Yan 23:05  
Siyasət Nazirlikdən erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat

Gənclər və İdman Nazirliyi, həmçinin, Azərbaycan Tennis Federasiyası &qu

arrow Ətraflı
AB İstanbulda Ukraynaya görə toplanır like
  • 23 Yan 22:58  
Dünya AB İstanbulda Ukraynaya görə toplanır

Avropa Birliyi İstanbulda Ukraynada ilə bağlı iclas keçirməyi planlaşdır

arrow Ətraflı
Tanınmış model BU GÖRÜNTÜLƏRİ ilə gündəm oldu  VİDEO  FOTO like
  • 23 Yan 22:51  
Digərləri Tanınmış model BU GÖRÜNTÜLƏRİ ilə gündəm oldu VİDEO FOTO

Britaniya əsilli amerikalı model Emili Ratajkovski yarıçılpaq halda kəndir

arrow Ətraflı
“Sədərək” ticarət mərkəzi bağlanır? like
  • 23 Yan 22:44  
Digərləri “Sədərək” ticarət mərkəzi bağlanır?

Bu gün səhər saatlarından "Sədərək" ticarət mərkəzində fəa

arrow Ətraflı
ABŞ İrana qarşı sanksiyaların siyahısını genişləndirir like
  • 23 Yan 22:38  
Dünya ABŞ İrana qarşı sanksiyaların siyahısını genişləndirir

ABŞ hakimiyyəti İrana qarşı sanksiyaların siyahısını genişləndirir.

arrow Ətraflı
Uşaqlar arasında yayılan virusun ADI AÇIQLANDI: "Məktəbə göndərməyin" like
  • 23 Yan 22:31  
Digərləri Uşaqlar arasında yayılan virusun ADI AÇIQLANDI: "Məktəbə göndərməyin"

Son zamanlarda uşaqlar və böyüklər arasında kəskin virus yayılıb.

arrow Ətraflı