“Sədərək” ticarət mərkəzi bağlanır?
Digərləri 23 Yan 2023 22:44:00 314 0
Bu gün səhər saatlarından "Sədərək" ticarət mərkəzində fəaliyyət göstərən bir sıra mağazalar açılmayıb.
Bu xəbəri də oxu: Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
Səbəbin isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbinin olduğu bildirilib. Məlumata görə, mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər.
Son.az xezerxeber.az-a istinadən xəbər verir ki, "Sədərək" ticarət mərkəzinin sözçüsü Kəmaləddin Qədim isə bildirib ki, Dövlət Vergi Xidməti tərəfindən obyektlərin xəritəsi hazırlanır və bununla bağlı yoxlama aparılır.
Dövlət Vergi Xidmətindən isə deyilib ki, "Sədərək" ticarət mərkəzində hər hansı kütləvi yoxlamalar və ya yeni kassa aparatlarının quraşdırılması həyata keçirilmir. Hazırda Dövlət Vergi Xidməti Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə respublika ərazisində fəaliyyət göstərən obyektlərin dislokasiyasını və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturuna işlənməsini həyata keçirir. Dislokasiya prosesləri zamanı təsərrüfat subyektlərində fəaliyyət göstərən şəxslərin vergi uçotuna alınması, obyektlərin faktiki məlumatlarının dürüstlüyü barədə məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
ABŞ hakimiyyəti İrana qarşı sanksiyaların siyahısını genişləndirir.
Son zamanlarda uşaqlar və böyüklər arasında kəskin virus yayılıb.
Moskva Stokholmda "Qurani-Kərim"in yandırılmasını pisləyir və r
Keçmiş FTB zabiti əvvəllər ABŞ sanksiyalarına məruz qalmış rusiyalı o
Baş Prokurorluq ilə Neftçala rayon Prokurorluğu Neftçala rayonu ərazisind�
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yeni təyinat olub.
ABŞ hərbi sənayesi Çinə qarşı uzun miqyaslı müharibəyə hazır deyil.
Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasın�
Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə yayılan və sürüc
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi il�
Odessada "Yeddinci kilometr" bazarının keçmiş sahibi Vladimir Dobr
İsveçdə İslamın müqəddəs kitabı Qurani-Kərimin yandırılması qalmaqa
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların pərakən