“20 yanvar hadisələrini yaşadığım üçün çəkilişlərdən birində ürəyim getdi”
Digərləri 20 Yan 2023 11:54:00 367 0
"Mənim sənət taleyimdə rejissor Vahid Mustafayevin çəkdiyi "Qanlı yanvar" filminin xüsusi yeri, böyük əhəmiyyəti var. Bu baxımdan ki, hər bir sənət adamı, aktyor istəyər ki, tarixi filmdə rol alsın. Sağ olsun o vaxt məni Vahid Mustafayev bu filmə dəvət etdi. Oynadığım obrazın adı Nəcəf Nərimanov idi. Sonradan xəbər tutdum ki, bu obraza çoxlu aktyorlar dəvət olunub, hətta sınaq çəkilişlərində də yoxlanılıblar. Etiraf edim ki, mən bu filmə çəkilmək istəmirdim, fikrim də qəti idi. 20 yanvar hadisələrinin canlı şahidi, iştirakçısı olmuşam. Özü də 1 dəfə yox, 2 dəfə. Birinci dəfə 1990-cı ilin yanvarında öz ölkəmizdə, ikinci dəfə 1 il sonra Litvanın Vilnus şəhərində başqa bir yanvar hadisəsi ilə qarşılaşdım".
Bu xəbəri də oxu: CNN Bakıdakı balinadan yazdı FOTO
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında aktyor Faiq Mirzə deyib.
"Tələbəlik illəri idi, azadlıq meydanında tankların qabağına əliyalın, silahsız gedən gənclərdən biri idim. Dostlarımızı, Azər Ələkbərov adlı universitet yoldaşımızı bizim yanımızda vurdular, qışqıra-qışqıra qaldıq. O illərin ağrı-acısını təkrar yaşamaq qorxum var idi. Buna görə də filmdə çəkilməyə tərəddüd edirdim. Razılıq verdim, çəkilişlərə başladıq. Qorxduğum başıma gəldi! Çəkilişlərdən birində ürəyim tutdu. Özümü çox pis hiss etdim. Vahid Mustafayev çox narahat olmuşdu, çəkiliş meydançasına dərman, su gətirmişdilər. Çəkilişi saxladılar, özümə gələnə qədər gözlədilər" deyə aktyor bildirib. Faiq Mirzə filmdəki aktyor heyətindən də danışıb.
"Filmdə çox düzgün seçim edilmiş aktyor heyəti var idi. Bu aktyorların çoxunu tanıyırdım, bir neçə aktyorla isə ilk dəfə idi ki, görüşürdük. Qardaş Türkiyədən dəvət olunmuş aktrisa Nəbahət Çəhrə də bizimlə çəkilirdi. Filmdə bizim anamızı oynayırdı. Bütün obrazlar təsdiqlənmişdi, ana obrazını kimin oynayacağı isə hələ sual altında idi. Bizim aktrisalarımızdan da bu filmdə ana obrazında çəkilmək üçün namizədlər var idi. Bir namizəd də türkiyəli aktrisa Türkan Şoray idi. Daha sonra o təsdiqlənmədi, Nəbahət Çəhrəni çəkdilər. Nəbahət Çəhrə ilə ana-oğul kimi gözəl münasibətdə olduq. Sonradan filmin Türkiyədə də qala gecəsi keçiriləndə onlar bizi çox isti, səmimi qarşıladılar. Bir çoxları sual verir ki, niyə ana obrazına öz aktrisalarımızdan kimsə çəkilmədi? Mənə elə gəlir ki, bizdə bu obrazı yaşayıb, təcəssüm etdirəcək kifayət qədər aktrisalarımız var. Amma Nəbahət Çəhrənin bu obraza dəvət olunmasında da bir uzaqgörənlik, manevr var idi. Bu da bir təbliğat idi. Vahid müəllim başda olmaqla bütün yaradıcı heyət bu filmi bütün dünyaya göstərmək istəyirdik. Belə də oldu. Filmin İranda, Amerikada, Türkiyədə və Moskvada təqdimat mərasimləri, qala gecələri oldu. Mən hesab edirəm ki, bu film gələcək nəsillər üçün böyük bir dərslikdir. Hər il bu film 20 yanvar günündə bütün kinoteatrlarda pulsuz nümayiş etdirilir" deyə aktyor bildirib.
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəs
ABŞ Krımı geri qaytarmaq üçün mümkün əməliyyat da daxil olmaqla, Ukray
1990-cı il yanvarın 20-də alovlanan müstəqillik atəşi bu gün də müqəd
Ucar rayonunun ucqar Müsüslü, Şilyan, Təzə Şilyan və Bərgüşad kəndl�
NATO Rusiyanın Ukrayna ilə müharibədə məğlub olacağı halda belə Kremli
"Qara Yanvar" kimi tanınan 20 Yanvar 1990-cı il Azərbaycan tarixini
Vaxtilə məcburi köçkünlər üçün tikilmiş ancaq sonradan adi qaydada sat
"Əsrlər boyunca öz azadlığı, müstəqilliyi uğrunda mübarizə aparm
Bakının Yasamal rayonu ərazisindəki daha bir ünvanda beşmərtəbəli binal
Tavan sıradan çıxıb, içərisində olan əşyalar yanıb və məktəb binas�
"Hadisələr müəmmalı istiqamətdə inkişaf edir. Müxtəlif informasiy
Fransa Rusiyanın RT telekanalının Fransa bürosunun (RT France) hesablarını
Son.az modern.az-a istinadən Azərbaycan əsilli tanınmış fransalı fotojurn
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi,
Ermənistanın baş nazirinrin arvadı Anna Akopyan Tehranda rəsmi səfərdədi