Bakını çıxılmaz vəziyyətə salmaq istəyirlər Qərbin


Siyasət 20 Yan 2023 11:01:00 334 0

Bakını çıxılmaz vəziyyətə salmaq istəyirlər  Qərbin

"Hadisələr müəmmalı istiqamətdə inkişaf edir. Müxtəlif informasiyalar var ki, ən azı Rusiyanın Xarici işlər naziri çıxış edərək dedi ki, təmaslar var və bu təmaslar əsnasında məsələ yaxın müddətdə öz həllini tapacaq".

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Avropa Parlamenti qərəzli sənədi ilə növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirdi:

"Biz hadisələri izləməliyik, baxmalıyıq ki, hadisələr hansı istiqamətdə inkişaf edəcək, konkret hansı real məlumatlar olacaq. O ki qaldı Avropa Parlamentinin qəbul etdiyi Qətnaməyə, yaxud da ki, illik hesabata və bu illik hesabatda Azərbaycanla bağlı qərəzli iddialara, təəssüflər olsun ki, bu ilk belə bir hal deyil. Avropa Parlamenti dəfələrlə Azərbaycanla bağlı qərəzli sənədlər qəbul edib, yaxud da ki, sənədlərdə Azərbaycanla bağlı qərəzli ittihamlar, maddələr yer alıb. 

Bizim üçün bu, yeni bir şey deyil. O da ümumiyyətlə aclınacaqlı bir haldır. Baxın, Avropa İttifaqı iddia edir ki, güya Azərbaycan Ermənistanın torpaqlarını zəbt edib, güya Azərbaycan "Dağlıq Qarabağ xalqının" maraqlarına uyğun olan addımlar atmır və s. Bu, siyasi baxımdan bisavad bir yanaşmadır, çünki "Dağlıq Qarabağ xalqı" deyilən bir şey yoxdur. "Dağlıq Qarabağ" adlı dövlət və yaxud da ki, struktur mövcud deyil.

Bu adda bir "dövləti" Avropa İttifaqı heç özü də tanımır. Yaxşı, sən əgər onu tanımırsansa, onun adından niyə çıxış edirsən, sən onun aqibətindən niyə belə narahatsan? 

Digər tərəfdən absurd bəyanat ona görədir ki, bu "Dağlıq Qarabağ xalqı" nə deməkdir? Ermənilər tutaq ki, Rusiyanın Krosnadar vilayətində yaşayır, indi orada yaşayan ermənilər demək Krosnadar vilayətinin erməni xalqıdır? Və yaxud da ki, ermənilər elə Marseldə yaşayırlar, orada çoxluq təşkil edirlər, demək orada yaşanlar Marselin erməni xalqıdır? 

İşğalla bağlı olan iddialar da əsassızdır. Çünki 30 il ərzində elə Ermənistan Azərbaycanın ərazilərini işğalda saxlayıb. Bu işğal hamıya məlumdur. Amma həmin hesabatda bununla bağlı heç bir sətir də, bir söz də yoxdur. Bu da ondan xəbər verir ki, qəbul edilən bəyanat qərəzli, anti-Azərbaycan sənədidir və onun arxasında dayanan siyasi qruplar sadəcə olaraq Ermənistanın xoşuna gəlmək üçün belə addımlar atırlar. Əslində isə heç bir əhəmiyyəti, heç bir real təsirə malik olmayan bir sənəddir və digər sənədlər kimi bu sənədin də Azərbaycana heç bir təsiri olmayacaq". 

Qeyd edək ki, iki gün əvvəl Avropa Parlamenti Laçın yolunda baş verənlərlə bağlı ölkəmizi günahlandıran layihə ilə çıxış etdi. Azərbaycandan dəhlizi açmaq istənilməsi və Bakını "Dağlıq Qarabağdakı" ermənilərin hüquqlarının qorunmasına çağırması, Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Azərbaycan ordusunun "Ermənistan ərazisindən" çıxarılması kimi tələblərin layihəyə salınması kimi qərəzli, birtərəfli və heç bir əsası olmayan bəyanat qəbul edildi.

Təhməz Əsədov Son.az

Fransa Marqarita Simonyanın telekanalının hesablarını bağladı like
  • 20 Yan 11:00  
Dünya Fransa Marqarita Simonyanın telekanalının hesablarını bağladı

Fransa Rusiyanın RT telekanalının Fransa bürosunun (RT France) hesablarını

arrow Ətraflı
Reza Deqatinin 20 yanvar faciəsindən çəkdiiyi gizli like
  • 20 Yan 10:57  
Digərləri Reza Deqatinin 20 yanvar faciəsindən çəkdiiyi gizli

Son.az modern.az-a istinadən Azərbaycan əsilli tanınmış fransalı fotojurn

arrow Ətraflı
Azərbaycanda məşhur generalleytenant pensiyaya göndərildi  Özündən AÇIQLAMA like
  • 20 Yan 10:56  
Digərləri Azərbaycanda məşhur generalleytenant pensiyaya göndərildi Özündən AÇIQLAMA

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi, 

arrow Ətraflı
İki bacı bir arada: Tehranın like
  • 20 Yan 10:26  
Siyasət İki bacı bir arada: Tehranın

Ermənistanın baş nazirinrin arvadı Anna Akopyan Tehranda rəsmi səfərdədi

arrow Ətraflı
25 yaşlı futbolçu qəzada öldü like
  • 20 Yan 10:23  
Dünya 25 yaşlı futbolçu qəzada öldü

İngiltərənin "Tottenhem" klubunun sabiq müdafiəçisi Anton Uolks

arrow Ətraflı
Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektivdir? like
  • 20 Yan 10:12  
Digərləri Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektivdir?

Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv

arrow Ətraflı
Səhiyyə naziri əhaliyə çağırış etdi like
  • 20 Yan 10:01  
Digərləri Səhiyyə naziri əhaliyə çağırış etdi

Səhiyyə naziri Azərbaycanda yaşlı əhalinin vaksinasiya olunmağa çağır�

arrow Ətraflı
Nazir Azərbaycanda tüğyan edən qripdən danışdı like
  • 20 Yan 09:39  
Digərləri Nazir Azərbaycanda tüğyan edən qripdən danışdı

Azərbaycanda son vaxlar mövsümü qrip yayılıb.

arrow Ətraflı
Gizli düymənin yerini bilmədilər, qaçırdıqları təyyarə yerə çırpıldı like
  • 20 Yan 09:28  
Dünya Gizli düymənin yerini bilmədilər, qaçırdıqları təyyarə yerə çırpıldı

Narkotiklə əlaqəli beş cinayətkar "Cessna 206" yüngül motorlu t

arrow Ətraflı
Qorbaçovun arvadı ilə bağlı GİZLİNLƏR: like
  • 20 Yan 09:17  
Dünya Qorbaçovun arvadı ilə bağlı GİZLİNLƏR:

"Mən aparıcı Boris Korçevnikovun Rusiya 1 telekanalında efirə gedən

arrow Ətraflı
LaçınXankəndi yolundan RSKya məxsus daha 5 avtomobil keçib  FOTO like
  • 20 Yan 09:14  
Digərləri LaçınXankəndi yolundan RSKya məxsus daha 5 avtomobil keçib FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı
Gürcüstanda atışma olub, biri polis olmaqla 5 nəfər ölüb like
  • 20 Yan 09:07  
Dünya Gürcüstanda atışma olub, biri polis olmaqla 5 nəfər ölüb

Gürcüstanın Saqareco şəhərində 1974-cü il təvəllüdlü şəxs yaşayı

arrow Ətraflı
Moskva və ABŞ Laçın yolunda mövqeyini “birləşdirdi”  ATƏTdə gərgin müzakirələr like
  • 20 Yan 08:54  
Siyasət Moskva və ABŞ Laçın yolunda mövqeyini “birləşdirdi” ATƏTdə gərgin müzakirələr

Ukrayna müharibəsinə düşmən olanlar erməni məsələsində bir çətir al

arrow Ətraflı
ABŞ Ukraynaya daha 2,5 milyard dollarlıq hərbi yardım paketi ayırıb like
  • 20 Yan 08:49  
Dünya ABŞ Ukraynaya daha 2,5 milyard dollarlıq hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb, onun həcmi 2,5 milyard doll

arrow Ətraflı