20 yanvarda alovlanan müstəqillik atəşi Zəfər yolunu işıqlandırır
Siyasət 20 Yan 2023 11:46:00 392 0
1990-cı il yanvarın 20-də alovlanan müstəqillik atəşi bu gün də müqəddəs Şuşaya aparan "Zəfər yolu"nu işıqlandırır.
Bu xəbəri də oxu: Əli Əsədov Esvatininin Baş naziri ilə görüşüb FOTO
Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu"Twitter" hesabında qeyd edilib.
"Bu atəşi yandıran müqəddəs şəhidlərin xatirəsi əbədi yaşayacaq", -deyə bildirilib.
Qeyd edək ki, bu gün - 20 Yanvar Azərbaycanda Ümumxalq hüzn günüdür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Bu gün isə bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Son.az
Ucar rayonunun ucqar Müsüslü, Şilyan, Təzə Şilyan və Bərgüşad kəndl�
NATO Rusiyanın Ukrayna ilə müharibədə məğlub olacağı halda belə Kremli
"Qara Yanvar" kimi tanınan 20 Yanvar 1990-cı il Azərbaycan tarixini
Vaxtilə məcburi köçkünlər üçün tikilmiş ancaq sonradan adi qaydada sat
"Əsrlər boyunca öz azadlığı, müstəqilliyi uğrunda mübarizə aparm
Bakının Yasamal rayonu ərazisindəki daha bir ünvanda beşmərtəbəli binal
Tavan sıradan çıxıb, içərisində olan əşyalar yanıb və məktəb binas�
"Hadisələr müəmmalı istiqamətdə inkişaf edir. Müxtəlif informasiy
Fransa Rusiyanın RT telekanalının Fransa bürosunun (RT France) hesablarını
Son.az modern.az-a istinadən Azərbaycan əsilli tanınmış fransalı fotojurn
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi,
Ermənistanın baş nazirinrin arvadı Anna Akopyan Tehranda rəsmi səfərdədi
Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv
Səhiyyə naziri Azərbaycanda yaşlı əhalinin vaksinasiya olunmağa çağır�