Azərbaycanın KOB subyektinə AYİB tərəfindən 4,2 milyon ABŞ dolları həcmində kredit ayrılıb
Digərləri 19 Yan 2023 17:50:00 309 0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Mark Boumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu xəbəri də oxu: Beqlaryanın ortaqları kimlər olublar?
KOBİA-dan Son.az-a bildirilib ki, görüşdə ölkəmizdə KOB-ların maliyyə resurslarına çıxışının asanlaşdırılması, bu sahədə potensial və birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Orxan Məmmədov qeyd edib ki, KOBİA tərəfindən yerli sahibkarlıq subyektlərinə mövcud maliyyə alətlərinə çıxış sahəsində də dəstək göstərilir və stimullaşdırıcı tədbirlər görülür. Görüşdə AYİB-in Azərbaycandakı səfiri Piter Mixalko və Bankın Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteyo Patroni də iştirak ediblər.
Görüş çərçivəsində AYİB tərəfindən Azərbaycanın KOB subyektinə - "Az-Lead" şirkətinə 4,2 milyon ABŞ dolları həcmində kreditin ayrılması barədə müvafiq razılaşma sənədi imzalanıb.
Müvafiq vəsait şirkətin təkrar emal və saflaşdırma imkanlarını artırmaq, qurğuşun əldə etmə dərəcələrini yaxşılaşdırmaq və "Az-Lead"ə aylıq istehsalını 500 tondan 800 tona və nəhayət 1000 tondan çox artırmağa imkan verəcəkdir. Bu isə öz növbəsində şirkətə avtomobil və bərpa olunan enerji sektorlarında təkrar emal edilmiş qurğuşuna artan tələbatı ödəməyə imkan yaradacaqdır. Maliyyələşdirmə ilə yanaşı, AYİB KOB-lar üçün ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq hüquqi təhlil, eləcə də ətraf mühit, sosial və idarəetmə istiqamətlərində şirkətə dəstək olacaqdır.
Qeyd edək ki, "Az-Lead" 2014-cü ildə yaradılıb və Sumqayıt şəhərində fəaliyyət göstərir. Şirkət istifadə müddəti bitmiş qurğuşun turşusu akkumulyatorlarının təkrar emal edilməsi yolu ilə ikinci dərəcəli qurğuşun külçəsi və saflaşdırılmış qurğuşun külçələri istehsal edir. "Az-Lead" təmizlənməmiş qurğuşunun ən böyük ikinci istehsalçısı və saflaşdırılmış qurğuşun külçələrinin yeganə istehsalçısıdır. Şirkət bütün qurğuşun əsaslı məhsulları ixrac edir. "Az-Lead" 2022-ci ilin dekabrında "Təmiz ətraf mühit və yaşıl artım" nominasiyası üzrə KOBİA-nın təsis etdiyi "Dayaq" mükafatına layiq görülüb.
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosd
İstanbulun Bahçelievlər rayonunun bələdiyyə sədri Hakan Bahadırın bazar
"Dilarə Əliyeva, Tünzalə Əliyeva və mən Ülviyyə Əliyeva birlikdə
"Özümü, yaradıcılığımı teatra bağlamışam. Çəkilən seriallard
"Marvel" kainatındakı "Qisasçılar" ("The Avengers&q
İsfahanda fermerlər əkin sahələri üçün su kvotasınıdan istifadə edə
Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən at
Videoqraf Fuad İsmayılov bloger həyat yoldaşı Asya İsmayılovadan (Aslanov
Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir.
Yanvarın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2022-
Suriyada planlaşdırılan quru əməliyyatları ilə bağlı Türkiyə ABŞ-dan
19 yanvarda iş gününün müddəti 1 saat qısaldılıb.
Ermənistanın Basarkeçər rayonunda, Göyçə mahalındakı Azad kəndində ye
2022-ci ildə KOBİA on beş ölkədə KOB-lara dəstək və xidmətlər sahəsi