Mal ferması, yoxsa kazarma?
Siyasət 19 Yan 2023 14:48:00 421 0
Ermənistanın Basarkeçər rayonunda, Göyçə mahalındakı Azad kəndində yerləşən hərbi hissədə yanğın baş verib.
Bu xəbəri də oxu: İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb FOTO
Yanğın saat 01:30-da, hərbi hissənin binalarından birində sobanın benzinlə qızdırılması səbəbindən baş verib. Hadisə nəticəsində 15 çağırışçı ölüb, daha 6 çağırışçı və bir zabit bədən xəsarətlərilə Göyçə mahalının qarnizon hospitalına gecə saat 02:00 radələrində çatdırılıb.
Yanğınla mübarizə 5 saat davam edib.
Cinayət işinin materialları İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə göndərilib.
Bu məlumat Ermənistanın Müdafiə Nazirliyinin və Baş Prokurorluğunun yaydıqları rəsmi bəyanatlardandır.
Kənddəki kazarmada baş vermiş yanğınla bağlı Ermənistan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandanı Vahram Qriqoryan, Müdafiə Nazirliyinin Baş Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, 2-ci Ordu Korpusunun qərargah rəisi polkovnik Miqran Maxsudyan, korpus komandirinin arxa cəbhə üzrə müavini polkovnik Şiraz Xaçatryan və döyüş xidməti üzrə korpus komandirinin müavini polkovnik Artur Ohanyan vəzifələrindən kənarlaşdırılıblar.
Cəzalar baş vermiş faciə ilə bağlı Ermənistan cəmiyyətində yaranmış qəzəbi və aqressiyanı bir qədər azaltmaq məqsədi güdür.
Amma vəzifədən kənarlaşdırmalar, hətta həbslər belə, Ermənistan Silahlı Qüvvələrinin bərbad vəziyyətinin mənzərəsini dəyişə bilməz.
2-ci Qarabağ Müharibəsində tam məğlub olaraq kapitulyasiyaya məruz qalan Ermənistan ordusunun "modernləşməsi" və təminatının yaxşılaşdırılması, habelə döyüş hazırlığı ilə qabiliyyətinin "yüsəldilməsi" məqsədilə baş nazir Nikol Paşinyanın göstərişi ilə dövlət büdcəsindən 482,45 milyon dollar vəsait ayrılıb.
Maliyyə və Müdafiə nazirliklərinin rəhbərliklərinin açıqlamalarına görə, sözügedən vəsaitin böyük qismi "təyinatı üzrə sərf olunub".
Lakin hara, necə?
Ermənistan Silahlı Qüvvələrindəki kazarmaların, yəni əsgər qışlalarının və hərbi hissələrin təqribən 99,8 faizi həddən ziyadə pis vəziyyətdədir.
Binalar və tikililər sovetlər dönəmində inşa olunmuş baraklardır.
Azad kəndindəki kazarma isə ümumiyyətlə, mal-qara fermasından əsla fərqlənmir.
İlkin məlumatlara görə, yanğının başvermə səbəbi də həmin fermaya bənzəyən barakdakı erməni əsgərlərin qışın soyuğunda qızınmaq üçün elektrik sobasından istifadə etmələri olub.
Kustar üsulla hazırlanmış qızdırıcı qısaqapanma yaradıb, yanğın başlayıb.
Həmin yanğında da 15 erməni hərbçi yanıb.
Yanan sadəcə, Azaddakı kazarma yox, Ermənistan ordusuna ermənilərin ümidləri idi.
Orxan Hun Son.az
2022-ci ildə KOBİA on beş ölkədə KOB-lara dəstək və xidmətlər sahəsi
Norveç təyyarəsinin baş stüardı iranlıların etirazına dəstək olub.
Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif
Ötən il innovasiya üzrə sahibkarlara 54 startap şəhadətnaməsi verilib.
2023-cü ildə Gəncədə "Gəncə KOB evi"nin açılışı planlaşd�
2023-cü ilin əvvəllərində Kiçik və Orta Biznesin İnkişaf Agentliyinə A
Zəngəzur dəhlizinin Naxçıvandan başlanacaq nöqtəsindən ilk görüntül�
Türkiyədə Cəmil Eksilmez adlı vətəndaşın tikdirdiyi ev görənləri mə
Bir-birindən gözəl mahnıları ilə milyonlarla uşağın sevimlisinə çevr
Model Bella Hadid imicini dəyişərək özünü Merilin Monroya oxşayıb.
Dünən saçları qırxılan gənc oğlanın Şağan qəsəbəsində yaşadığ�
"Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatmaq üzrədir&
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Dünən Bakı-Sumqayıt yolundakı ağır qəza baş verib .
Bakıda banka basqın edən şəxs zərərsizləşdirilib.