Günün qoroskopu: Pullarınızı itirə bilərsiniz
Digərləri 19 Yan 2023 00:01:00 370 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Bu xəbəri də oxu: Günün qoroskopu: planları hazırlayanda detallara fikir verin
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - bilik və məlumatlarınızı artırın. Sizi qarşıda gözləyən problemləri həll etmək üçün hazırlıqlı olmalısınız. Çoxdan bəri cavab axtardığınız sualların bundan sonra da narahat etməsinə imkan verməyin. Uzunmüddətli öhdəliklər və genişmiqyaslı anlaşmalarla bağlı olmayan proseslər yaxşı alınacaq. Günün ikinci yarısında şəxsi münasibətlərdə öz maraqlarınızı sürəkli olaraq başqalarının mənafelərindən üstün tutmayın. Bütün iradlar və tənqidlərə nəzarət etmək mümkün deyil. Sevdiyiniz insanın belə, dediklərinizə şübhə ilə yanaşmasına təəccüblənməyin. Axşam saatlarında kəskin başağrısı ola bilər. Buğa - çalışdığınız və ya oxuduğunuz kollektiv üçün xas problemlər sizi də narahat edəcək. Yaşanan olaylardan kənar qalmağa çalşısanız da, bu mümkün deyil. Gərgin, emosional situasiyaya rəğmən təmkinli davranın. Günün ikinci yarısında hadisələrə süni təkan verməyə lüzum yoxdur. İşlər rəvan şəkildə davam edəcək. Yaxınlarınızla münasibətlərinizdə diqqətli, məsuliyyətli olun. Şəxsi təmaslarda önəmli qərar qəbul etmək olar. Vədlərinizə əməl edin. Yorulsanız da, sözlərinizin sahibi olun. Əkizlər - peşəkar fəaliyyət müstəvisindəki qeyri-müəyyənlik nigaranlıq yaradacaq. Günün ilk yarısı önəmli qərarların qəbulu, anlaşmalar üçün əlverişli deyil. Daşınmaz əmlakla bağlı müzakirələri və əməliyyatları ertələyin. Günün ikinci yarısında verdiyiniz borcun qaytarılması və ya ödəniş istisna deyil. Eşitdiyiniz iradlarla tənqidləri yaxın ətrafınızdakı insanların azadlığınıza müdaxiləsi, işlərinizə qarışmaları kimi qəbul etməyin. Aqressiv reaksiya nümayiş etdirməyin. Olub-keçənlərin yeganə suçlusu sizsiniz. Xərçəng - həssas və bir qədər də dalğın olmağınıza rəğmən gün sakit olacaq. Peşəkar fəaliyyət sahənizdə qəfil irəliləyişlər gözləməyin. Bununla belə, geriləmələr də olmayacaq. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə kor-koranə əməl etməyin. Günün ikinci yarısında kobud səhvə yol verməmək üçün həssas davranın. Yanlışlığın fəsadları acı ola bilər. Şəxsi münasibətlərdə mövqelərinizi möhkəmləndirmək, nüfuzunuzu artırmaq şansları var. Valideynlərinizə, yaşlı qohumlarınıza qayğı bəsləyin. Sevdiyiniz insan özünü tənha hiss edir. Şir - uzunmüddətli layihələr və önəmli danışıqlar üçün sərfəli gün deyil. Adi, rutin işlər daha məhsuldar olacaq. Daşınmaz əmlak, vərəsəlik, hüquqi məqamlar və vergilərlə bağlı məsələlərdə sayıqlığı əldən verməyin. Günün ikinci yarısında ifrat qürurlu və təşəxxüslü davranış ailə üzvləri ilə problemlər yarada bilər. Sizə ən adi, normal təsir bağışlayan yaxınlarınızın qəlbinə dəyə bilər. Enerjinizi axşam saatlarında məişət problemlərinin həllinə yönəldin. Qız - günün ilk yarısından etibarən hərəkətləriniz, əməlləriniz və qərarlarınız düşünülmüş olmalıdır. Ən kiçik, önəmsiz məsələlərə görə yaxın ətrafınızdakı insanlarla sərt mübahisə etməyin. Qıcıqlı, aqressiv olmayın. Bir müddət kölgədə qalaraq məsləhətlərə qulaq assanız, məqsədə doğru daha sürətlə irəliləyə bilərsiniz. Günün ikinci yarısında ailə üzvləri ilə dartışmalarda sözlərinizin mütləq həqiqət olduğunu göstərməyə çalışmayın. Həlim, qayğıkeş olsanız, bir çox problemlərin yaranmasını əngəlləyəcəksiniz. Tərəzi - çətin işlər, mürəkkəb xasiyyətli insanlarla qarşılaşanda soyuqqanlı olun. Az sonra atacağınız addımları planlaşdırın. Ölçüb-biçəndən sonra qərar verin. Məntiqlə davransanız, əlavə gəlir əldə edə bilərsiniz. Təcrübəni zənginləşdirmək, yeni məlumatlar əldə etmək üçün pis zaman deyil. Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla müzakirədə yeni situasiyanı nəzərdən keçirin. Qarşı tərəf emosional danışarsa, səbrli, hövsələli olun. Axşam saatlarında səhhətinizin qayğısına qalın. Əqrəb - günün ilk yarısında işlərə aktiv başlayın. İradəli olun, yad təsirə uymayın. Yaxın ətrafınızdakı insanlara təzyiqlər göstərərək mövqeyinizin dürüstlüyünə onları inandırmağa çalışmayın. Dəyərləndirdiyiniz insanlardan sözsüz itaət tələb etməyin. Günün ikinci yarısında enerjinizi mənasız işlərə sərf etməyin. Gərəksiz söhbətlər və dedi-qodulara qatılmayın. Məişət durumunuzun yaxşılaşdırılması üçün zəruri əşya və ya avadanlıq ala bilərsiniz. Yaxınlarınızla münasibətlərdə diqqətli olun. Tənqidlərə sərt reaksiya verməyin. Oxatan - mühüm qərarlar qəbul etməzdən əvvəl vəziyyəti götür-qoy edin. Emosional, aqressiv olmayın. Hisslərə qapılsanız, çox kobud, fəsadları acı səhvlərə yol verə bilərsiniz. Məramlarınızı yaxın ətrafınızdakı insanlara anladın. Günün ikinci yarısında ailə üzvlərinin maraqlarını nəzərə alın. Problemlərinizi təkbaşına həll etməyə çalışın. Səhhətinizə fikir verin. Rasionunuzda ciddi dəyişikliklər etməyin. Axşam saatlarında normal istirahət edin. Gəzintiyə çıxa bilərsiniz. Oğlaq - ədalətsizlik və haqsızlıqla qarşılaşmağa hazır olun. Adi günlərdən fərqli olaraq hissiyyatlı davranış incikliklər yarana bilər. Tənbəllik etməyin, hər şeyi atıb getmək hisslərindən uzaq olun. Praqmat olun. Emosiyalara əsir düşməyin. Günün ikinci yarısında yaxınlarınızla birlikdə çalışmaqda xeyir var. İnsanların gur olduğu tədbirə qatılmayın. Müstəqil fəaliyyət daha məhsuldar olacaq. Yaşlı qohumlarınıza diqqət ayırın. Axşam saatlarında həssaslığı unutmayın. Dolça - günün ilk yarısında bir-birinə zidd olan öhdəliklər götürməyin. Vədlərinizi unutmayın, laqeydlik etməyin. Qərarlar qəbul etməzdən və vədlər verməzdən əvvəl işləri görməyin yollarını düşünün. Maliyyə durumu stabil deyil. Hansısa məsələlərdə uğur qazanmaq, hansısa sahələrdə isə geriləmək ehtimalı var. Günün ikinci yarısında avantüralara qatılmayın. Pullarınızı itirə bilərsiniz. Axşam saatlarına yaxın yaxınlarınızdan yardım və dəstək ala bilərsiniz. İstəklərinizlə arzularınız diqqətsiz qalmayacaq. Sevdiyiniz insanla qarşılıqlı anlaşmaya can atın. Balıqlar - bu gün qeyri-standart düşünməyə çalışın. Problemlərin həllində bacarıq, istedad və yaradıcılıq potensialınızı nümayiş etdirin. Ətrafınızdakı insanlara ideya və fikirlərinizdən danışın. Yeni tərəfdaşlar, müttəfiqlər cəlb etməyə can atın. Günün ikinci yarısında nailiyyətlər, irəliləyişlər uzunmüddətli olmayacaq. Sevdiyiniz insana hisslərinizi etiraf edin. Axşam saatlarında romantik hisslərə qapıla bilərsiniz. Subaysınızsa, tale sizi sevindirəcək. Son.azUkraynanın Donetsk vilayətinin Soledar şəhərinin yaxınlığındakı Sol q�
Gözəllik müsabiqələri müasir dövrdə o qədər artıb ki, artıq adiləş
Artıq Ukraynaya göndərdiklərimiz kifayət deyil. Ukrayna bizim daha çox sə
18 yanvar 2023-cü il tarixində Qazax-Tovuz Regional Təhsil İdarəsində keç
Azərbaycan Latviyanın çox önəmli tərəfdaşıdır.
Azərbaycanın davamlı şəhər planlaşdırılması sahəsində çox yaxşı n
Azərbaycanda hava şəraitinin yenidən pisləşəcəyi gözlənilir.
Çərşənbə günü Braziliyanın Rio-de-Janeyro Beynəlxalq Hava Limanının y
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki,
Rusiya ilə Ukrayna arasında müharibə təkcə döyüş meydanında getmir. Bu
Ukraynanın daxili işlər naziri Denis Monastırskinin və müavininin də həl
Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli barəsində qətimkan t
Yanvarın 18-də axşam 21:10 radələrində "Manella" MMC-nin istisma
Göyçay rayonunda hamilə qadın yaşadığı evdə qəflətən dünyasını d�