Paşinyanın Qarabağ ermənilərinə çağırışında diqqətçəkən fakt:
Siyasət 14 Yan 2023 07:05:00 337 0
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan dövlətinin mövqeyinə yaxın mesajlar vermək məcburiyyətində qalıb. Azərbaycan əslində öz ərazisində olan Ermənistan vətəndaşlarını yola salmağa, bizim vətəndaşlığımızı qəbul edənlərin isə ölkəmizdə yaşamasına şərait yaratmağa hazır olduğunu bəyan edib. Ölkə başçısı da vurğuladı ki, kim bizim ölkəmizdə yaşamaq istəmirsə gedə bilər. Amma kim bizim ölkəmizin vətəndaşı olaraq yaşamaq niyyətindədirsə, dialoq, tövbə qapısı açıqdır. Onlara Azərbaycan hökuməti ölkə vətəndaşları kimi bütün təminatları verməyə hazırdır.
Bu xəbəri də oxu: COP29da Azərbaycana minnətdarlıq ifadə olunan qətnamə qəbul edilib
Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, dünya ictimaiyyətinin gözü önündə Azərbaycan öz vətəndaşlarına tətbiq etdiyi konstitusion hüquqları erməni əsilli vətəndaşlarına da şamil edəcək:
"Burada əslində başqa bir problem qalmır. Amma hansısa erməni durub burada "dövlət" yaratmaq istədiyini deyəcəksə, separatçılıq, terrorçuluqla məşğul olmaq istəyəcəksə buna sözsüz ki, yol verilməyəcək. Əslində bu gün Paşinyan da onları yönəltməyə çalışır ki, Ermənistana arxayın olmayın. Çünki Ermənistan artıq Azərbaycan ərazisində ermənilər üçün nəsə tələb etmək imkanına sahib deyil. Buna Ermənistanın ixtiyarı da yoxdur. Ona görə də Azərbaycanda yaşamaq istəyənlər ölkəmizlə dialoqa girməlidir. Azərbaycanın təklif etdiyi vətəndaşlıq modelini qəbul edib burada yaşamaq olar".
Partiya sədrinə görə, Paşinyan Qarabağ ermənilərinə son çıxışı ilə xüsusi bir mesaj verib:
"Onlara öz talelərini həll etmək üçün konstruktiv yol tutmalı olduqlarını bildirib. Bunun əksinə Azərbaycanı nəyəsə məcbur etmək, yol və s. istəmək kimi məsələlər artıq arxada qaldı. Bundan sonra bu cür məsələlərlə Azərbaycana təzyiq göstərmək imkanı yoxdur. Paşinyan da əslində bu faktı etiraf etdi".
Fazil Mustafa hesab edir ki, Azərbaycan da bu tezisləri davam etdirməlidir:
"Ölkə Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə erməni əsilli vətəndaşlara təkliflərimiz çatdırılmalıdır. Çünki onlar ya Vardanyan, Balasanyan, Arutyunyan kimi separatçıların, terrorçuların arxası ilə gedib daha böyük istirablara düçar olma yolunu seçməlidir, ya da əksinə Azərbaycanla qaynayıb-qarışmalıdırlar. Azərbaycan da buna ən yüksək təminat verməyə hazır olduğunu bəyan edib".
Vətən müharibəsi iştirakçısı Azər Bayramov vəfat edib.
"Siz "FaceApp" (fotoşop - red.) edən müğənnilər görməmisi
"Bəzi insanlar sanki mənimlə qalmaqal etməyi özünə fəxr, yüksəli�
Dəridən,əzələlərdən,sümük-oynaq sistemindən və daxili orqanlardan mə
"House of the Dragon" serialının ulduzu Milli Alkokun "Qızıl
1. Diqqət çəkmək Diqqət çəkmək idarəetmənin ən sadə yoludur. Bunu c
Türkiyənin reytinqli serialı "Yalı Çapkını"nın baş rol ifaç�
"Soyuq havalarda, immunitetin aşağı düşdüyü və bütün xroniki xəs
Kiçik böyrək anadangəlmə böyrəyin ölçüsünün normadan kiçik olmasıd
İzdihamlı mühitlərdə danışmağı sevən insanlar üçün başqaları ilə
Avstraliyalı psixoloq 30 illik kariyerasında analiz etdiyi 100 min yuxu içər
Son.az Kulis.az-a istinadən 23 yaşında dünyasını dəyişən pambıqçı S