Kamaləddin Qafarov: “Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar”


Siyasət 13 Yan 2023 14:00:00 342 0

Kamaləddin Qafarov: “Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar”

"Ölkə Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində  2022-ci ilin nəticələrinə, eləcə də yeni - 2023-cü illə bağlı əsas gözləntilərə dair təhlil və açıqlamalarını təqdim etdi. Dövlət başçısının səsləndirdiyi fikirlər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gedən bir çox mühüm proseslərə mahiyyət baxımından aydınlıq gətirdi, onların düzgün qiymətləndirilməsi üçün əsaslı zəmin yaratmış oldu.  Prezident İlham Əliyev son iki ildə gedən proseslərin ölkəmiz üçün son dərəcə vacib əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirdi ki, İkinci Qarabağ savaşından sonra dövlətimizin qarşısında duran əsas vəzifə Azərbaycanın hərbi qələbəsini siyasi müstəvidə də təsdiqləmək olub. Bu gün Azərbaycanın haqlı olması faktı və bu vəziyyətin yaratdığı yeni reallıqlar dünya tərəfindən qəbul edilir". 

Bu xəbəri də oxu: Prezident fərman imzaladı

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, ötən ilin nəticələri 2023-cü ilin də xalqımız və dövlətimiz üçün uğurlu olacağını söyləməyə əsas verir:

"Dövlət başçısının öz müsahibəsində qeyd etdiyi kimi, bu gün Azərbaycan dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır.  Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursu ölkəmizə bütün beynəlxalq müstəvilərdə öz sözünü açıq və birmənalı demək imkanı verib. Əlbəttə ki, bunun təməlində, ilk növbədə, 2020-ci ildə əldə olunmuş tarixi Qələbə və ölkənin hərbi qüdrəti durur. Bu iki həlledici amil isə birbaşa 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı gərgin və əhatəli iş, formalaşdırdığı və uğurla həyata keçirdiyi daxili və xarici siyasi kursu sayəsində əldə olundu.  Lakin müharibə faktiki olaraq başa çatsa da, Azərbaycanın müəyyən qüvvələrə qarşı mübarizəsi hələ də davam edir. Azərbaycan bundan sonra da həm hərbi, həm siyasi, həm də iqtisadi gücünü artırmalıdır.  Dövlətimiz bu böhranlı vəziyyəti xalqımız üçün yüngülləşdirmək məqsədilə əhatəli sosial layihələr və proqramlar həyata keçirir. Cənab Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı çox geniş sosial paket bir daha bunu göstərir. Müharibədən təzə çıxmış və ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkənin sosial sahəyə bu qədər vəsait ayırması, deməli, dövlətin sosial siyasəti, ilk növbədə, ölkənin iqtisadi gücünü əhalinin rifah yüksəlişinin təminatına yönəltməyə hesablanıb".

Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin xüsusilə böyük önəm kəsb etdiyini vurğulayan K.Qafarov bu istiqamətdə atılmış və atılacaq addımların bütün beynəlxalq konvensiyaların tələblərinə uyğun olduğunu qeyd edib:

"İlk növbədə, birmənalı olaraq qeyd olunmalıdır ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Həm də bu hüquqlar eyni zamanda həm Azərbaycanın, həm də Ermənistanın qoşulmuş olduğu bütün beynəlxalq konvensiyalar tərəfindən tanınır. Lakin cənab Prezident İlham Əliyevin söylədiyi kimi, Qarabağ problemi həll olunmamış Qərbi azərbaycanlıların hüquqlarından danışmaq tez idi. Qeyd edim ki, dövlət başçımızın hələ 2020-ci ildə dediyi sözlər - "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" ifadəsi bu gün artıq beynəlxalq səviyyədə müzakirələrə çıxarılmış Qərbi azərbaycanlıların hüquqları ilə bağlı məsələdə bir daha özünün qabarıq şəkildə təsdiqini tapır. Hazırda bu istiqamətdə dövlət başçısının tövsiyə və tapşırıqları əsasında görülən işlər vahid konsepsiya əsasında aparılır. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdırlar və Azərbaycan dövləti bu hüququ təmin etmək üçün bütün lazım olan addımları atacaq. Dövlətimizin başçısı keçən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndələri ilə keçirdiyi görüşdə demişdi ki, dövlətimiz bunu sülh yolu ilə etmək istəyir və buna nail olacaq. Bu məsələ ilə bağlı Prezident İlham Əliyevin qeyd etdiyi çox maraqlı və eyni zamanda da önəmli məqamlardan biri də budur ki, Qərbi azərbaycanlıların deportasiyasından sonra onların boşaltdıqları kəndlərdə, demək olar, həyat yoxdur. Bu isə o deməkdir ki, gələcəkdə soydaşlarımızın öz əzəli dədə-baba yurdlarına dönərkən məskunlaşma ilə bağlı problem yaranmayacaq. Əlbəttə ki, bu ali məqsədə nail olmaq üçün vaxtilə Qarabağ mövzusu ətrafında olduğu kimi, Azərbaycan xalqı yenə də eyni yanaşmanı nümayiş etdirməli, vahid mövqedən çıxış etməlidir. Artıq təkcə xalqımız deyil, həm də bütün dünya ictimaiyyəti bilir ki, Azərbaycan Prezidenti heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmir. Buna görə də ən yaxın gələcəkdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi yurdlarına qayıdacaqları və tarixi ədalətin bərpa ediləcəyi artıq heç kəsdə şübhə doğurmur".

Hansı partiya və media orqanları İrandan göstəriş alır? like
  • 13 Yan 13:57  
Digərləri Hansı partiya və media orqanları İrandan göstəriş alır?

Azərbaycan İranın kabusudur. Əsas faktor da İranın qədim türk dövləti

arrow Ətraflı
“Qadın paltarında atılıb düşməyə ehtiyac yoxdur” like
  • 13 Yan 13:46  
Şou-biznes “Qadın paltarında atılıb düşməyə ehtiyac yoxdur”

Aktyor Fərda Amin açıqlaması ilə diqqət çəkib.  

arrow Ətraflı
İlham Əliyevin müharibə ilə bağlı dedikləri GERÇƏYƏ DÖNÜR like
  • 13 Yan 13:36  
Siyasət İlham Əliyevin müharibə ilə bağlı dedikləri GERÇƏYƏ DÖNÜR

Bu gün Rusiya ilə Ukrayna arasında müharibənin 324-cü günüdür. Amma Ru

arrow Ətraflı
Binədə narkotik satan dəstənin üzvləri saxlanılıb like
  • 13 Yan 13:35  
Digərləri Binədə narkotik satan dəstənin üzvləri saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının h�

arrow Ətraflı
Prezidentin müsahibəsi xarici KİVlərdə like
  • 13 Yan 13:28  
Siyasət Prezidentin müsahibəsi xarici KİVlərdə

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanalla

arrow Ətraflı
Səidə şoubiznesdən kiminlə evlənər? like
  • 13 Yan 13:24  
Şou-biznes Səidə şoubiznesdən kiminlə evlənər?

Müğənni Səidə Sultan bir neçə məşhur bəy haqqında maraqlı fikirlər

arrow Ətraflı
Xarici jurnalistlər sülhməramlıların avtomobilinin maneəsiz keçidinə şahid olublar  FOTO like
  • 13 Yan 13:19  
Digərləri Xarici jurnalistlər sülhməramlıların avtomobilinin maneəsiz keçidinə şahid olublar FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
Rusiyada üç uşaqlı atalar üçün səfərbərlikdən möhlət hüququ like
  • 13 Yan 13:13  
Dünya Rusiyada üç uşaqlı atalar üçün səfərbərlikdən möhlət hüququ

Rusiyada üç uşaqlı atalar üçün qismən səfərbərlikdən möhlət hüquq

arrow Ətraflı
“Polad” ləqəbli polkovnik vəfat etdi like
  • 13 Yan 13:06  
Digərləri “Polad” ləqəbli polkovnik vəfat etdi

"Polad" ləqəbli polis polkovniki Mirəli Şıxəliyev vəfat edib.

arrow Ətraflı
ABŞ Rusiyanın “Vaqner” hərbi şirkətini zərərsizləşdirməyə çalışır like
  • 13 Yan 13:02  
Dünya ABŞ Rusiyanın “Vaqner” hərbi şirkətini zərərsizləşdirməyə çalışır

"ABŞ Rusiyanın Xüsusi Hərbi Şirkətinin - "Vaqner"in bütün

arrow Ətraflı
Sürücü avtobusda qaz balonundan istifadə etdi, işdən azad edildi like
  • 13 Yan 12:56  
Digərləri Sürücü avtobusda qaz balonundan istifadə etdi, işdən azad edildi

Cəlilabadda sürücü sərnişin avtobusunu qızdırmaq üçün məişət üç�

arrow Ətraflı
Yol qəzası baş verib, xəsarət alanlar var like
  • 13 Yan 12:54  
Digərləri Yol qəzası baş verib, xəsarət alanlar var

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəs

arrow Ətraflı
Anar Hüseynovun nəşi Bakıya gətirildi like
  • 13 Yan 12:51  
Şou-biznes Anar Hüseynovun nəşi Bakıya gətirildi

Rusiyada vəfat edən rejissor Anar Hüseynovun nəşi bu gün Bakıya gətirili

arrow Ətraflı
Bakıda oğul atasını döyərək öldürdü like
  • 13 Yan 12:40  
Kriminal Bakıda oğul atasını döyərək öldürdü

Bakıda oğul atasını döyərək öldürüb. 

arrow Ətraflı
Yanvarın 14ü HAVA necə olacaq like
  • 13 Yan 12:35  
Digərləri Yanvarın 14ü HAVA necə olacaq

Yanvarın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı