Ukrayna müharibəsində Rusiyadan KRİTİK HƏMLƏ
Siyasət 12 Yan 2023 14:09:00 308 0
"Son zamanlar Rusiya ordusunun döyüş fəaliyyəti daxili media məkanını qələbə təəssüratı ilə doldurmaq üçün nəzərdə tutulur".
Bu xəbəri də oxu: Nikol Paşinyanın Bakıya yeni “təklif”ləri var
"Rusiya qoşunlarının Donetskin Soledar yaşayış məntəqəsinin mərkəzinə nəzarəti ələ keçirməsi ilə bağlı aşağıdakılara nəzər yetirmək lazımdır:
✔️ Soledar adətən xəritələrdə şəhər tipli qəsəbə kimi istinad edilən, əhalisi 10 min nəfərə qədər olan, bütün yaşayış məntəqələrini əhatə edən strateji bir qəsəbədir.
✔️ İstənilən hücumun məqsədi düşmənin müdafiəsinin sabitliyini pozmaqdır. Birinci Dünya Müharibəsi illərində olduğu kimi, müdafiəni yavaş-yavaş geri "itələmək" ordunun sabitliyini pozmur, sadəcə cəbhə xətti öz konfiqurasiyasını dəyişərək sabit qalır. Elə buna görə də, Birinci Dünya Müharibəsinin mənasız döyüşlərinin təcrübəsi əsasında "dərin sıçrayış" nəzəriyyəsi yaradıldı.
Kritik müdafiə nöqtəsini (Soledar) götürdükdən sonra dərinlikdə sürətli irəliləyiş müdafiə sıçrayışının göstəricisi kimi də qəbul edilə bilər. Əgər yaxın gələcəkdə Rusiya tərəfindən belə bir hücumlar olmasa, onda hər hansı bir sıçrayışdan danışmaq yersizdir.
Eyni zamanda cəbhənin bu sektorunda Rusiya ordusunun sabit əməliyyat planı qarşısında Ukrayna ordusunun aşağı döyüş hazırlığı nümayiş etdirdiyini də vurğulaya bilərik. Bəzi məlumatlara görə, bu da səfərbərlikdən orduya döyüşlərə cəlb edilənlərin sayının çox olması ilə əlaqədardır.
Soledara basqın zamanı Rusiya hərbi qüvvələri tərəfindən nə qədər insan qətlə yetirildi, biz dəqiq rəqəmləri bilmirik, onları heç kim heç bir statistikada dəqiqliklə qeyd edə bilməyib. Cəbhə xəttində mülki atəşkəs olacağı gözlənilsə də, bu dəqiqəyə kimi o da baş tutmayıb, döyüşlər davam edir".
Təhməz Əsədov Son.az
Zəfər yolunda gecə boyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi ist
Sursat çatışmazlığı Rusiya ordusuna Ukraynanın şərqində hücum əməli
Son vaxtlar xaricdə qatıldığı açılışlar və reklam çarxları ilə adı
Tərtərin Hacıqərvənd kənd tam orta məktəbinin şagirdləri dərs vaxtı
İranda molla rejimi daha bir güneyli gənci işgəncələrə məruz qoyub.
Vətən müharibəsinin şəhidlərindən biri - 2000-ci ildə Gəncədə doğul
İstismar müddətini başa vuran avtomobillər akt əsasında götürülərək
Rusiyaya məxsus "Soyuz MS-22" kosmik gəmisindəki çox ciddi texniki
Müğənni Namiq Qaraçuxurlu əfsanəvi müğənni, mərhum Xalq artisti Oqtay
Yevlaxda 65 yaşlı həkim 20-yə yaxın bıcaq zərbəsi ilə qətlə yetirlib.
Fransalı məşhur aktrisa Marion Kotillard yanvarın 7-də İranda edam edil�
Yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Prezident İlham Əliyev bundan əvvəl də Ermənistan üçün sülh danışıq
Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pən