Uşaq evində böyüyən şəhidin
Digərləri 12 Yan 2023 13:13:00 336 0
Vətən müharibəsinin şəhidlərindən biri - 2000-ci ildə Gəncədə doğulmuş, uşaq evində böyümüş, 2020-ci ilin 8 oktyabrında Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Əmrah Rəcəbovun anası tapılıb.
Bu xəbəri də oxu: IRU Orta Dəhlizi dünya səviyyəli nümunəvi nəqliyyat marşrutuna çevirmək niyyətindədir – Baş katib
Son.az bildirir ki, nəşi bir neçə ay morqda qalan, uşaq evində böyüdüyü üçün ailəsi, qohumları olmayan və kimsəsiz kimi dəfn edilən şəhidimiz Əmrah Rəcəbovun anası üzə çıxıb. Əmraha uşaqlıqda ata-anasının öldüyü deyilsə də, sən demə, hər iki valideyni sağ imiş.
Özünü şəhidin anası kimi təqdim edən Gövhərcan Yaraş qızı Rajapova hazırda Türkiyədə - Ardahanda yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndirib. Ailə qurduqdan sonra Goranboyda yaşayıblar. Bir müddət sonra ayrılıblar.
Əmrahın 7 yaşı olanda G.Rajapova Gəncədə kirayə ev tutaraq və övladını nənəsi və bacısına əmanət edərək Türkiyəyə işləməyə gedib. İşləyib pul göndərirmiş. Bir müddət sonra əlaqələr kəsilib. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilib. Gövhərcan deyir ki, sonradan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var: "Amma heç bir sənədim yoxdur. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonunda, TikTok platformasındakı paylaşımlardan öyrənmişəm".
G.Rajapova yaşadıqlarına görə bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi olmayan qadın sənədlərini düzəldib oğlunun məzarını ziyarət etmək istəyir.
Qeyd edək ki, Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını döyüş mövqeyindən çıxarmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmrah Rəcəbovun nəşi 23 fevral 2021-ci ildə tapılmış və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
İstismar müddətini başa vuran avtomobillər akt əsasında götürülərək
Rusiyaya məxsus "Soyuz MS-22" kosmik gəmisindəki çox ciddi texniki
Müğənni Namiq Qaraçuxurlu əfsanəvi müğənni, mərhum Xalq artisti Oqtay
Yevlaxda 65 yaşlı həkim 20-yə yaxın bıcaq zərbəsi ilə qətlə yetirlib.
Fransalı məşhur aktrisa Marion Kotillard yanvarın 7-də İranda edam edil�
Yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Prezident İlham Əliyev bundan əvvəl də Ermənistan üçün sülh danışıq
Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pən
Qazanxana var, amma istilik sistemi işləmir. Bəzi bölgələrdəki məktəbl�
Son zamanlarda sığorta şirkətləri ilə bağlı ciddi narazılıq yaranıb.
"Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də olmayacaq". Bu ifa
"Çoxları elə bilir ki, Pərvin "Tiktok"dan qazandığı pulla
Söhbət Sumqayıt şəhər 18-ci mikrorayon ərazisindəki yerləşən 36 nömr
Elşad Həsənov: "Bu o deməkdir ki, lazım gəlsə, bundan siyasi məqsə
"Müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında h