Zəngəzur dəhlizi Laçın yoluna bərabər deyil


Siyasət 12 Yan 2023 12:18:00 335 0

Zəngəzur dəhlizi Laçın yoluna bərabər deyil

"Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də olmayacaq". Bu ifadəni yerli analitiklər, ekspertlər və media geniş işlətməkdədir.

Halbuki Qüstav Flober demişkən, "Le diable est dans les détails". Yəni İblis təfərrüatlarda gizlənib.

Azərbaycanın iki bölgəsini, yəni Şərqi Zəngəzurla Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi ekstraterritorial layihədir.

Bu dəhlizin prinsipi və beynəlxalq hüquqla nəzərdə tutulmuş fəaliyyət məcrası bir sıra məqamları özündə ehtiva edir. Onların arasında ən başlıcası Zərgəzur dəhlizi ilə daşımalara Ermənistanın müvafiq dövlət qurumlarının və strukturlarının nəzarət etməməsidir.

Zəngəzur dəhlizi ilə daşımaların reallaşdırılması zamanı Ermənistanın polis, gömrük və s. qurumlarının nümayəndələri heç bir halda Azərbaycana məxsus nəqliyyat vasitələrini saxlaya, yoxlaya, baxışa məruz qoya və təftiş edə bilməzlər.

Sadəcə, demarkasiya və delimitasiyadan sonra bəlirlənəcək Azərbaycan-Ermənistan sərhədini keçərkən sözügedən nəqliyyat vasitələri Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının mənsubları tərəfindən müvafiq sərhəd nəzarətindən keçirilə bilər.

Zəngəzur dəhlizi ilə daşımaların təhlükəsizliyini də Rusiya təmin etməlidir.

Bu isə həmin daşımalara görə Ermənistana hansısa tariflərin, rüsumların və s. ödənilməsini istisna edir.

Rəsmi İrəvan bunun tam əksini tələb edir, daşımalara nəzarət funksiyası ilə yanaşı, rüsum və tarif ödənişlərinin gerçəkləşdirilməsini də istəyir.

Bəhs etdiyimiz məsələdə Ermənistanla İranın mövqeləri tamamən üst-üstə düşür.

Zəngəzurdan keçəcək və uzunluğu təqribən 40 km olacaq dəhlizin reallaşması 2020-ci ilin noyabrın 1-də Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulub.

Lakin İrəvan və Tehran layihəni irredentist əsaslı "pantürkist istək" kimi qələmə verirlər.

Halbuki üçtərəfli bəyanatın 9-cu bəndində yazılıb: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir".

2021-ci ilin yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistanın rəhbərlərinin imzaladıqları birgə bəyanatda da bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasının təminatı üçün baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun yaradılması nəzərdə tutulmuşdu.

İşçi qrup 2021-ci ilin martın 1-dək sözügedən məsələ ilə bağlı zəruri tədbirlərin siyahısını və qrafikini hazırlamalı idi.

Kommunikayaların bərpa olunacağı təqdirdə Ermənistan Rusiya və İrana çıxış üçün Azərbaycanın dəmiryol marşrutlarından istifadə edə bilər.

2021-ci ilin fevralında 100 km uzunluğunda Horadiz-Ağbənd dəmiryolunun inşasına başlanıb ki, bu da Zəngəzur dəhlizi layihəsinin reallaşmasına yönəlmiş prosesdir.

Proses çərçivəsində Zəngilan rayonundakı Mincivan qəsəbəsindəki dəmiryol vağzalı da bərpa ediləcək.

2021-ci ilin payında isə Ordubadda dəmiryol stansiyası və Culfa-Ordubad avtomagistralı istifadəyə verildi. Eyni zamanda, Ordubaddan Ermənistanla sərhədə qədər 16 km uzunluğunda yeni yolun inşası da nəzərdə tutulub.

Türkiyədə isə Qarsla Naxçıvan arasındakı dəmiryol marşrutunun, habelə Qars-Aralıq-Dilucu dəmiryolunun inşası başa çatdırılıb.

Naxçıvan-Qars dəmiryolu da Zəngəzur dəhlizi layihəsinin davamıdır.

2021-ci ilin dekabrın 16-da isə Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən danışıqlar zamanı Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmioryolunun inşası barədə razılıq əldə olunmuşdu.

2022-ci ilin yanvarın 14-də Nikol Paşinyanın göstərişi ilə Arazdəyən və Meğri arasında dəmiryol hissəsinin bərpası ilə bağlı işçi qrup yaradılmış, baş nazirin müşaviri Artaşes Tumanyan bu qrupa rəhbər təyin edilmişdi.

Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra Azərbaycan ixracını ən qısa zamanda minimum 710 milyon dollar artıracaq. Eyni zamanda, dəhlizin işə düşməsi Bakı-Naxçıvan aaivreyslərinə dövlət büdcəsindən ayrılan illik 10 milyon dollarlıq dotasiyaları dayandırmağa, habelə Naxçıvana, oradan da Türkiyəyə təbii qaz nəqlinə imkan verəcək.

Bakı-Zəngilan-Meğri-Naxçıvan-Qars dəmiryol marşrutu beləcə sadəcə, Naxçıvanın nəqliyyat blokadasına son qoymaqla yanaşı, nəqliyyat xərclərinin azaldılması, xarici ticarət imkanlarının artırılması, turizm və sərnişin dövriyyəsinin yüksəldilməsi, habelə bölgəyə əlavə olaraq əhəmiyyətli miqyasda investisiyaların cəlb olunmasına imkan verəcək.

Zəngəzur dəhlizi həm də Türkiyə və Rusiya arasında ticari dövriyyəni də artıracaq, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin əhəmiyyətini yüksəldəcək.

Belə əhəmiyyətli layihənin Ermənistanın Gorus rayon mərkəzini Azərbaycanın Xankəndi şəhəri ilə birləşdirən yolla bərabər tutulması yolverilməzdir.

İlk əvvəl ona görə ki, Zəngəzur dəhlizi Azərbaycanın iki bölgəsini birləşdirəcəksə, Laçın yolu Gorusla Azərbaycan şəhərini birləşdirən və Azərbaycan ərazisindən keçən kiçik, qısaməsafəli loqistika vasitəsidir.

Rusiyanın sülhməramlı kontingentinin (RSK) hazırda müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər də bunu artıq anlamalıdır.

2025-ci ildə RSK-nın səlahiyyət müddəti bitəndə və rusiyalı hərbçilər Azərbaycandan çıxarılandan sonra Gorus-Laçın yolunun ölkəmizin ərazinsindəki hissəsi bütünlüklə rəsmi Bakının nəzarətinə keçəcək.

Belədə, həmin yolun "dəhliz" adlandırılması ən azı absurddur.

Elçin Alıoğlu Son.az

"Elə bilirlər, maşınımı "Tiktok"un puluyla almışam" like
  • 12 Yan 12:16  
Şou-biznes "Elə bilirlər, maşınımı "Tiktok"un puluyla almışam"

"Çoxları elə bilir ki, Pərvin "Tiktok"dan qazandığı pulla

arrow Ətraflı
Sumqayıtda təmir adı ilə bağlanan məktəbdə niyə iş görülmür? like
  • 12 Yan 12:05  
Digərləri Sumqayıtda təmir adı ilə bağlanan məktəbdə niyə iş görülmür?

Söhbət Sumqayıt şəhər 18-ci mikrorayon ərazisindəki yerləşən 36 nömr

arrow Ətraflı
Prezident enerji siyasətimizdə kardinal dəyişiklik edir  neftqaz həm də siyasi məsələdir... like
  • 12 Yan 12:03  
Siyasət Prezident enerji siyasətimizdə kardinal dəyişiklik edir neftqaz həm də siyasi məsələdir...

Elşad Həsənov: "Bu o deməkdir ki, lazım gəlsə, bundan siyasi məqsə

arrow Ətraflı
Hərbçilərin icbari narkoloji müayinədən keçməsi qaydası təsdiqlənib like
  • 12 Yan 11:57  
Digərləri Hərbçilərin icbari narkoloji müayinədən keçməsi qaydası təsdiqlənib

"Müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında h

arrow Ətraflı
Putinin yeni təyinatı: like
  • 12 Yan 11:54  
Digərləri Putinin yeni təyinatı:

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukrayna

arrow Ətraflı
Kəsəmənskinin bağ evində mühafizəçisinin meyiti tapıldı like
  • 12 Yan 11:45  
Kriminal Kəsəmənskinin bağ evində mühafizəçisinin meyiti tapıldı

Bakıda bağ evindən mühafizəçinin meyiti tapılıb.

arrow Ətraflı
Xalq artistinin səhhəti pisləşdi, like
  • 12 Yan 11:43  
Şou-biznes Xalq artistinin səhhəti pisləşdi,

Xalq artisti Məleykə Əsədova səhhətində problem yarandığını bildirib.

arrow Ətraflı
Qərb rəsmi Kiyevə ilk dəfə belə tanklar verəcək like
  • 12 Yan 11:32  
Dünya Qərb rəsmi Kiyevə ilk dəfə belə tanklar verəcək

Britaniya hökuməti Ukraynanı öz tankları ilə təmin edəcək.

arrow Ətraflı
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər? like
  • 12 Yan 11:24  
Siyasət Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər?

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi

arrow Ətraflı
Zaur canlı efirdə özündən çıxdı like
  • 12 Yan 11:21  
Şou-biznes Zaur canlı efirdə özündən çıxdı

Zaur Baxşəliyev aparıcılıq etdiyi "Bizimləsən" verilişində g�

arrow Ətraflı
Bit dərmanından zəhərlənənlər şəhid övladları imiş like
  • 12 Yan 11:15  
Digərləri Bit dərmanından zəhərlənənlər şəhid övladları imiş

Ötən gün Tovuz rayonunun Dondar Quşçu kəndində zəhərlənmə hadisəsi b

arrow Ətraflı
Rusiya sülhməramlıları Laçın yolunda ağacları kəsirlər like
  • 12 Yan 11:12  
Digərləri Rusiya sülhməramlıları Laçın yolunda ağacları kəsirlər

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazil

arrow Ətraflı
Silah və narkotik əməliyyatı  Saxlanılanlar var like
  • 12 Yan 11:10  
Digərləri Silah və narkotik əməliyyatı Saxlanılanlar var

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu sila

arrow Ətraflı
Sülhməramlılara aid daha 13 maşın Laçın yolundan keçib  FOTO like
  • 12 Yan 11:08  
Digərləri Sülhməramlılara aid daha 13 maşın Laçın yolundan keçib FOTO

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobi

arrow Ətraflı
Məşhur komediya aktyoru səhnədəki ədəbsiz zarafatlardan danışdı like
  • 12 Yan 10:59  
Şou-biznes Məşhur komediya aktyoru səhnədəki ədəbsiz zarafatlardan danışdı

"Comedy Club" şousunun aktyoru Demis Karibidis səhnədə səslənən

arrow Ətraflı