Bit dərmanından zəhərlənənlər şəhid övladları imiş
Digərləri 12 Yan 2023 11:15:00 342 0
Ötən gün Tovuz rayonunun Dondar Quşçu kəndində zəhərlənmə hadisəsi baş verib.
Bu xəbəri də oxu: Günün qoroskopu: planları hazırlayanda detallara fikir verin
Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, zəhərlənən şəxslər şəhid ailəsinin üzvləridir. Belə ki, kənd sakinləri 2019-cu il təvəllüdlü Əliyev Adəm Əmrah oğlu, 2021-ci il təvəllüdlü Əliyev Rüfət Əmrah oğlu və azyaşlıların nənə və babası zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların bit dərmanı içərək zəhərləndikləri bildirilir. Azyaşlılar 44 günlük Vətən müharibəsində şəhid olan Əmrah Əliyevin övladlarıdır.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan bildirilib ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə 4 nəfər 11.01.2023-cü il tarixində saat 01:00 radələrində yerləşdirilib: "Onlara zəruri tibbi xidmətlər göstərilib və saat 03:10 radələrində ambulator müalicə üçün evə buraxılıblar. Bundan sonra da evə 3 dəfə təcili tibbi yardım göndərilib və vəziyyətləri nəzarətdə saxlanılıb. Hazırda səhhətləri ilə bağlı heç bir narahatçılıq yoxdur".
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Əmrah Ürfət oğlu Əliyev 2020-ci il noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Əmrah Əliyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazil
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu sila
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobi
"Comedy Club" şousunun aktyoru Demis Karibidis səhnədə səslənən
Türkiyənin Antalya vilayətində qasırğa zamanı küləyin sürəti saatda 7
"Naxçıvan Bank" ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formala�
"Forbes" jurnalında 2023-cü ildə səyahət ediləcək ən yaxşı y
Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.
Bakının Nizami rayonunda daha bir yaşayış binalarının sökülməsinə ba�
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə ə
Müğənni Sevda Sanəliyeva üçüncü dəfə ailə qurmağa hazırlaşır.