Hər sevginin bədəli var


Digərləri 10 Yan 2023 21:45:00 174 0

Hər sevginin bədəli var

İstəyirsən ki, bu dünyada bir əlin yağda, bir əlin balda olsun, axirətin də cənnət olsun.

Nə deyirik, qismətindirsə, olsun, amma bildiyimiz bir həqiqət var ki, axirətini istəyən gərək dünyada hər cəfaya qatlansın. Quran bizə bildirir ki, axirət üçün yaşayın, amma dünyadan da nəsibinizi alın. Bu, heç də o demək deyil ki, zahid kimi tərki-dünya olasan, ya da axirəti unudub dünyanın zövqünə dalasan. "Dünyadan nəsibin almaq" mömin üçün ondan zərurət miqdarında faydalanmaqdır.

Rəsulullahın (s.ə.s.) yaşadığı səadət əsrində elə möhtəşəm ruhlar, elə xariqüladə şəxsiyyətlər var ki, hərəsi göy üzündə bir ulduz kimi parlayır, hərəsi bir iman abidəsidir. Allaha elə iman ediblər, Rəsulullaha elə təslim olublar ki, dünya onların sarsılmaz imanı qarşısında diz çöküb. Ac olublar, lüt olublar, evsiz, yurdsuz olublar, amma hər biri dünyadan daha böyük, dünyadan daha güclü olublar.

Bilal Həbəşi bir kölə idi, gündə bir ovuc xurma qarşılığında dəvə otarırdı. İslamı qəbul elədi və başına olmazın müsibətlər gəldi. Boynuna kəndir bağlayıb it kimi Məkkənin küçələrində dolaşdırdılar, yıxılanda sürüdülər. Musab Məkkənin ən yaraşıqlısı, dəliqanlısı idi, İslamı qəbul elədi və dünyanın bütün naz-nemətlərindən uzaq oldu. Uhudda şaqqalanaraq şəhid oldu. Rəsulullahın "Mənim Cənnətdəki qonşum" dediyi Musabın geyimini özünə kəfən elədilər, yetmədi, üzünü örtdülər, ayağının üstünə ot yığdılar. Peyğəmbərin əmisi, ən çətin anlarında dayağı olan, şəhidlərin seyyidi Həzrəti-Həmzəni nizəylə şəhid elədilər, burnunu, qulaqlarını, dodaqlarını kəsdilər, köksünü yardılar, ciyərini çıxardılar. Hubeybə "Məhəmmədin peyğəmbərliyini inkar elə, səni azad edək", - dedilər. "Mənim bir deyil, min canım olsa da hamısını ona qurban edərəm. Onun ayağına tikan batınca mənim vücudum parça-parça olsun", - söylədi, elə boğazı kəndirdəcə sevimli Peyğəmbərinə salam göndərdi və şəhadət şərbətini sevə-sevə içdi.

Hələ İmam Hüseyndən danışmırıq. O İmamdan ki, İslamın haqq üzünü dünyaya nüməyiş etdirmək üçün təkcə öz canını deyil, yaxınlarının, ailəsinin, qundaqdakı körpəsinin qanını, canını fəda elədi.

İnsan öz sevgisinin bədəlini ödəməyi qəbul etməlidir. Azadlıq istəyən məhbəsi göz altına alsın, Allaha (c.c.) və Rəsuluna (s.ə.s.) aşiq olduğunu söyləyən bu yolda başından keçməyə hazır olsun. Hər şeyin qarşılığı var, qarşılıqsız Cənnət olmur.

Fransa Frankofoniyada uğursuzluğa düçar oldu, BMTdə like
  • 10 Yan 21:43  
Siyasət Fransa Frankofoniyada uğursuzluğa düçar oldu, BMTdə

Müharibə zamanı da onlar BMT-də bizə qarşı bir təşəbbüsə əl atdıla

arrow Ətraflı
Prezident: Fransanın antiAzərbaycan mövqeyinin əsas səbəbi onların planlarını altüst etməyimizdir like
  • 10 Yan 21:41  
Siyasət Prezident: Fransanın antiAzərbaycan mövqeyinin əsas səbəbi onların planlarını altüst etməyimizdir

Bizim müharibədə qalib gəlməyimiz Fransada bir çoxlarını çox qıcıqlan

arrow Ətraflı
Yer üzü heç zaman Höccətsiz qalmaz like
  • 10 Yan 21:40  
Digərləri Yer üzü heç zaman Höccətsiz qalmaz

Hədislərdə təkidlə vurğulanan məsələlərdən biri də yer üzünün ila

arrow Ətraflı
Paşinyan meydan oxudu – Ermənistan Rusiyanı like
  • 10 Yan 21:38  
Siyasət Paşinyan meydan oxudu – Ermənistan Rusiyanı

"Paşinyan Rusiya hərbi bazasını Ermənistandan çıxarsa, Azərbaycan v

arrow Ətraflı
Rusiyaya gizli dəstək verən iki ölkə: Biri İran, like
  • 10 Yan 21:36  
Siyasət Rusiyaya gizli dəstək verən iki ölkə: Biri İran,

"Şimali Koreya Rusiyanın istəyi ilə üçüncü ölkələr vasitəsilə

arrow Ətraflı
Uşaq və böyüklərdə pnevmoniya like
  • 10 Yan 21:35  
Digərləri Uşaq və böyüklərdə pnevmoniya

Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya - yüksək

arrow Ətraflı
Nərminin atası İlkinin ailəsindən şikayətləndi: “Allaha and olsun ki, like
  • 10 Yan 21:34  
Digərləri Nərminin atası İlkinin ailəsindən şikayətləndi: “Allaha and olsun ki,

10 yaşlı Nərmin Quliyevanın qətlinin təfərrüatları ilə bağlı mərhum

arrow Ətraflı
Şəfa axtararkən sağlamlığınızdan olmayın like
  • 10 Yan 21:30  
Digərləri Şəfa axtararkən sağlamlığınızdan olmayın

Fəsil dəyişməsi ilə əlaqədar olaraq soyuqdəymə və qripdən əziyyət �

arrow Ətraflı
Bu çaydanlardan istifadə etməyin  Böyrəklərdə like
  • 10 Yan 21:25  
Digərləri Bu çaydanlardan istifadə etməyin Böyrəklərdə

İçində kirəc yığılmış çaydandan su və ya çay içmək böyrəklərdə

arrow Ətraflı
İnsanın hәqiqi kamilliyi Allahla әlaqә vә yaхınlıqdır like
  • 10 Yan 21:20  
Digərləri İnsanın hәqiqi kamilliyi Allahla әlaqә vә yaхınlıqdır

Qurani kərim buyurur: "Allah оnun lütfünә sığınanları әmin-amanl�

arrow Ətraflı
Azərbaycanın erməniləri “blokadaya” aldığı barədə iddialar like
  • 10 Yan 21:19  
Siyasət Azərbaycanın erməniləri “blokadaya” aldığı barədə iddialar

Laçın yolundan vətəndaşların, Beynəlxalq Qızıl Xaç Komitəsinin, təci

arrow Ətraflı
Azərbaycan Prezidenti: Ermənistan nəhayət anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır like
  • 10 Yan 21:18  
Siyasət Azərbaycan Prezidenti: Ermənistan nəhayət anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır

Son bir il ərzində - mart ayından bəri biz üç dəfə göstərdik ki, heç

arrow Ətraflı
İlham Əliyev: Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək like
  • 10 Yan 21:17  
Siyasət İlham Əliyev: Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək

Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən

arrow Ətraflı
Dişlərin ev şəraitində ağardılması. like
  • 10 Yan 21:15  
Digərləri Dişlərin ev şəraitində ağardılması.

Bəzi təbii vasitələrin köməyi ilə dişləri ev şəraitində ağartmaq m�

arrow Ətraflı
Türkiyə və Azərbaycana qarşı planı olanlar... like
  • 10 Yan 21:13  
Siyasət Türkiyə və Azərbaycana qarşı planı olanlar...

Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək.

arrow Ətraflı