Selektiv abortların qarşısı necə alınmalıdır? Araşdırma


Digərləri 08 Yan 2023 16:20:00 807 0

Selektiv abortların qarşısı necə alınmalıdır?  Araşdırma

Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. Heç bir xarici müdaxilə olmadığı təqdirdə, doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı doğulmalıdır. Hazırda isə ölkəmizdə doğulan hər 100 qız uşağına 116 oğlan düşür. BMT-nin Əhali Fondunun (UNFPA) proqnozuna görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 çox olacaq.

Bəs buna qarşı necə mübarizə aparmalı? Selektiv abortlarla mübarizədə maarifləndirmə ilə yanaşı, Cinayət Məcəlləsində xüsusi məsuliyyət növü olmalıdırmı?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzvə Komitəsinin sədr müavini Elgün Səfərov qəzetimizə açıqlamasında bildirib ki, şəxsi cinayət məsuliyyətinə cəlb etməsək, problemi aradan qaldıra bilməyəcəyik:

"Beynəlxalq praktikada da, bizdə də uşaq birinci qız olanda, bəxti gətirir, 99 faizi həyatda qalır. İkinci uşaq qız olanda 30, üçüncüdə isə 74 faizi abort edilir. 2012-2020-ci illərdə uşaq nikahlarının sayı 10 dəfə azaldı. Çünki məsuliyyət növü müəyyənləşdi. Cinayət Məcəlləsinin 176-cı maddəsində 4000 manata qədər cərimə, 4 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Hansısa rayonda bir nəfər məsuliyyətə cəlb edildikdə, digərlərinə görk olur. Cəza metodu maarifləndirmə ilə bir yerdə olmalıdır ki, cins nisbətinin də pozulmasının qarşısını ala bilək. Bu gün selektiv abortların aradan qaldırılması ilə bağlı beynəlxalq ekspertlərlə, BMT-nin Əhali Fondu ilə birlikdə daha güclü maarifləndirmə işləri aparırıq. Lakin məsuliyyət növü tətbiq edilməsə, istədiyimiz nəticəyə gələ bilməyəcəyik".

Gender məsələləri üzrə mütəxəssis Aynur Veysəlova deyir ki, selektiv abort da məişət zorakılığının bir formasıdır. Bu məcburiyyətə qalan şəxslər istənilən halda əgər müraciət ediblərsə, əlbəttə ki, qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunur:

"Lakin bununla bağlı müraciətlər olmur. Ümumiyyətlə, abortun qadın sağlamlığına ziyanları ilə bağlı həm qadınlar, həm kişilər maarifləndirilməlidir. Müasir kontraseptiv vasitələrdən istifadə etməklə hər bir ailə uşaqların dünyaya gəlmə vaxtını qərarlaşdıra və arzu etdikləri sayda övlad sahibi ola bilərlər. Bu vasitələr hamiləliyin planlaşdırılmasının ən sağlam yoludur. Eyni zamanda, oğlan uşağına verilən üstünlüyə səbəb olan stereotiplərin aradan qaldırılması ilə bağlı maarifləndirmə işlərinin daha da gücləndirilməsi gündəmdə olmalıdır".

Mütəxəssis vurğulayır ki, təcrübəyə görə, qadına hamiləliyi süni şəkildə dayandırmağa həyat yoldaşından çox qaynanası, anası, baldızı məcbur edir:

"Qadına qadın tərəfindən təzyiq var ki, sən mütləq dünyaya oğlan gətirməlisən. Halbuki uşağın cinsiyyətinin oğlan və ya qız olmasının qadına heç bir aidiyyəti yoxdur. Biz maarifləndirməni bu istiqamətdə aparmalıyıq. Sözün əsl mənasında patriarxal mədəniyyətin aradan qaldırılmasına çalışmalıyıq". 

Hüquqi məsuliyyətə gəldikdə isə, Ailə, Qadın Uşaq Problemi üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov deyir ki, selektiv abortlarla mübarizədə Koreya təcrübəsindən yararlana bilərik:

"Abort qadının sağlamlıq hüququdur. Bu səbəbdən abortların qarşısını tam ala bilmərik. Lakin hazırda selektiv abortlarla mübarizədə cəza mexanizminin tətbiq olunması zərurəti yaranıb. Biz Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birlikdə layihə həyata keçirdik. Həmin layihə çərçivəsində onların selektiv abortlarla mübarizə üsulları ilə tanış olduq. Bu üsullardan biri də ana bətnində uşağın cinsiyyəti haqqında məlumat verilməsinə qadağa qoyulmasıdır. Belə ki, Koreya qanunvericiliyində qeyd olunur ki, dölün cinsini təyin etmək üçün tibb işçisi hamilə qadının müayinəsini apara bilməz və bununla bağlı heç kimə məlumat verə bilməz". 

Mütəxəssis vurğulayır ki, bizdə də uşağın cinsi haqqında məlumat verən həkimlər məsuliyyətə cəlb olunmalıdır:

"Bu gün ultrasəs müayinəsi çox əlçatandır və bu, selektiv abortların çoxalmasına şərait yaradır. Əgər biz Koreya təcrübəsini nəzərə alsaq, tibb müəssisələrində uşağın cinsi haqqında məlumat verən həkimləri məsuliyyətə cəlb edə bilərik. Məsələn, tibb işçisinin lisenziyasının əlindən alınmasını, tibbi xidmətin göstərilməsi ilə bağlı cərimə sistemini tətbiq etsək, selektiv abortlarla bağlı hansısa nəticəyə gələ bilərik. Koreyada bunu edən həkim 3 ilə qədər azadlıqdan məhrum oluna bilər. Bundan əlavə, 25 min dollar cərimə tətbiq olunur və tibb lisenziyası ləğv edilir".

Məlumat üçün bildirək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində də Azərbaycanda hamilələri uşağın cinsinin təyini üçün müayinə etmək qadağan olunur. Lakin bu qanun hələ qüvvəyə minməyib.

Mütəxəssis sonda vurğuladı ki, hazırda selektiv abortların qarşısının alınması dövlətin əsas prioritetlərindən biridir:

"Nazirlər Kabineti 24 fevral 2020-ci il tarixdə "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nı qəbul edib. Əgər biz bu gün bu problemin həllini tapmasaq, acı nəticələrini 20-30 ildən sonra görə biləcəyik. Hazırkı problemi Koreya da vaxtilə yaşayıb və bu gün stabilləşmə mövcuddur. Onların təcrübəsindən biz də faydalana bilərik".

Ukrayna özünün MiQ29nu vurub? like
  • 08 Yan 16:12  
Dünya Ukrayna özünün MiQ29nu vurub?

Ukrayna ordusu səhvən özünün MiQ-29 təyyarəsini vurub.

arrow Ətraflı
Əbdül Xalid qızına ad günü etdi  FOTO like
  • 08 Yan 15:52  
Şou-biznes Əbdül Xalid qızına ad günü etdi FOTO

Müğənni Əbdül Xalidin qızı Dilbərin ad günü olub.

arrow Ətraflı
Naxçıvan DİNə yeni BMWlər verildi like
  • 08 Yan 15:41  
Digərləri Naxçıvan DİNə yeni BMWlər verildi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Mux

arrow Ətraflı
Rusiya yarım milyon əsgər yığır  Xaos başlayır... like
  • 08 Yan 15:30  
Digərləri Rusiya yarım milyon əsgər yığır Xaos başlayır...

Yaxın gələcəkdə Rusiya Federasiyasında hərbi xidmətə çağırışın ye

arrow Ətraflı
Bu ölkədə demək olar ki, yeni avtomobil alan yoxdur like
  • 08 Yan 15:19  
Digərləri Bu ölkədə demək olar ki, yeni avtomobil alan yoxdur

Ötən il Böyük Britaniyada 1,61 mln. ədəd yeni avtomobil qeydiyyatdan keçi

arrow Ətraflı
"Həkim səhlənkarlığının qurbanı oldum, 6 ay danışa bimədim" like
  • 08 Yan 15:07  
Şou-biznes "Həkim səhlənkarlığının qurbanı oldum, 6 ay danışa bimədim"

"2002-2003-cü illərdə səsim batdı. Həkimə getdim və o mənim səs t

arrow Ətraflı
"Gmail" hesabınızı necə qoruya bilərsiniz? like
  • 08 Yan 14:56  
Digərləri "Gmail" hesabınızı necə qoruya bilərsiniz?

E-poçt xidmətləri tərəfindən görülən bütün ehtiyat tədbirlərinə ba

arrow Ətraflı
Bakıda ağac aşdı  Bir neçə marşrut üzrə hərəkət sxemi dəyişdirildi like
  • 08 Yan 14:44  
Digərləri Bakıda ağac aşdı Bir neçə marşrut üzrə hərəkət sxemi dəyişdirildi

Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınl�

arrow Ətraflı
Dünyada 2023cü ilə daxil olmayan yerlər  FOTO like
  • 08 Yan 14:32  
Dünya Dünyada 2023cü ilə daxil olmayan yerlər FOTO

"38 yaşımdan 40 yaşa bir neçə ay fasilə ilə keçdim, bir neçə dəf

arrow Ətraflı
"Terminator"un ulduzu vəfat etdi like
  • 08 Yan 14:30  
Şou-biznes "Terminator"un ulduzu vəfat etdi

"Terminator" filminin üç hissəsində rol alan Hollivud ulduzu Erl B

arrow Ətraflı
Ermənistanda Rusiya əleyhinə mitinq keçirilir like
  • 08 Yan 14:26  
Digərləri Ermənistanda Rusiya əleyhinə mitinq keçirilir

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qar�

arrow Ətraflı
Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, like
  • 08 Yan 14:20  
Digərləri Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir,

Bank kartına pul gələn kimi onu nağdlaşdıranlar əvvəllər daha çox idi.

arrow Ətraflı
Professor Rusiyanın dağılacağını düşünür like
  • 08 Yan 14:08  
Dünya Professor Rusiyanın dağılacağını düşünür

Qərb üçün yaxşı və ya pis olmasından asılı olmayaraq, Rusiyanın dağ�

arrow Ətraflı
Ermənistanda polis Rusiyanın hərbi bazasına like
  • 08 Yan 13:32  
Digərləri Ermənistanda polis Rusiyanın hərbi bazasına

Gümrü şəhərində polislər elan edilən anti-Rusiya aksiyasından əvvəl R

arrow Ətraflı