Professor Rusiyanın dağılacağını düşünür
Dünya 08 Yan 2023 14:08:00 377 0
Qərb üçün yaxşı və ya pis olmasından asılı olmayaraq, Rusiyanın dağılmasına hazır olmaq lazımdır.
Bu xəbəri də oxu: Koreyalı hərbçilər Xarkovda
Son.az axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Rutters Universitetinin professoru Aleksandr Motıl "Foreign Policy" üçün yazdığı məqaləsində deyib.
"Rusiyanın Ukraynadakı məğlubiyyəti daha da aydınlaşdıqdan sonra onun baş verə biləcəyi müxtəlif ssenarilər var. Çox güman ki, bu, Rusiya Prezidenti Vladimir Putinin vəzifədən getməsidir. Bundan sonra hərbi səyləri davam etdirmək və mövcud siyasi iyerarxiyanı məhv etmək istəyən ifrat sağçı millətçilərlə sistemin mövcudluğunun saxlanılması, müharibəni bitirmək və Rusiyada islahatlar aparmaq məqsədi daşıyan yarıdemokratik hərəkatın canlanmasında maraqlı olan avtoritar mühafizəkarlar arasında hakimiyyət uğrunda şiddətli mübarizə başlayacaq. Biz kimin qalib gələcəyini deyə bilmərik, amma əminliklə proqnozlaşdıra bilərik ki, hakimiyyət mübarizəsi rejimi zəiflədəcək", - Motıl bildirib.
Onun sözlərinə görə, zəifləmiş rejim və zəif işləyən iqtisadiyyat rusların silahlanıb küçələrə çıxmasına səbəb ola bilər. Bundan əlavə, Rusiya Federasiyasının bəzi subyektləri daha böyük müstəqillik seçmək qərarına gələ bilərlər:
"Əsas namizədlər Tatarıstan, Başqırdıstan, Çeçenistan, Dağıstan və Saxadır. Rusiya bu sarsıntılardan sağ çıxsa, çox güman ki, Çinin müştəri dövlətinə çevriləcək. Əks halda Avrasiyanın xəritəsi çox fərqli görünəcək".
"Microsoft"-un "Windows 7" və "Windows 8" əməli
Gümrü şəhərində polislər elan edilən anti-Rusiya aksiyasından əvvəl R
Aparıcı Vüsalə Əlizadə sosial media hesabındakı paylaşımı ilə diqqə
XBB.1.5 indiyə qədər aşkar edilmiş ən yoluxucu Omikron alt variantı kimi
Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir,
İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması
Yanvarın 8-nə keçən gecə Almaniyanın terrorla mübarizə üzrə polisinin
Ukraynanın Zaporojye vilayətində BMT missiyası Rusiya hərbçiləri tərəfi
Türkiyəli aktyor Aytaç Uşunun yeni layihəsi bəlli olub.
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan xalqına təşəkkü
Reperlər "50 Cent" və Eminem "8 Mil" ("8 Mile" -
Qızılağac Milli Parkının ərazisində elektrik cərəyanı ilə ov edən ş
Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 1
Sosial şəbəkə fenomeni Geabriella Ellis paylaşımı ilə diqqət çəkib.