Gədəbəydə qızıl mədənində yanğın olub, 8 nəfər tüstüdən zəhərlənib
Digərləri 06 Yan 2023 18:22:00 332 0
Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqilləri arasında yaranmış qısaqapanma nəticəsində yanğın baş verib.
Bu xəbəri də oxu: Avadanlıqların uzun müddət fəaliyyət göstərməsi üçün VACİB MƏQAMLAR
Son.az report-a istinadən xəbər verir ki, hadisə zamanı 8 nəfər tüstüdən zəhərlənib.
Belə ki, 1982-ci ildə anadan olmuş Ayaz Ələsgərov, 1986-cı il təvəllüdlü Etibar Nəsibov, 1989-cu ildə anadan olmuş Elburus Alıyev, 1994-cü il təvəllüdlü Füzuli Muxtarov, 1979-cu ildə anadan olmuş Anar Abdullayev, 1983-cü il təvəllüdlü Anar Şirinov, 1994-cü ildə anadan olmuş Yusif Nuriyev və 1979-cu il təvəllüdlü Rafiq Məmmədov zəhərlənmə diaqnozu ilə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Amma vəziyyətləri barədə əlavə məlumat verilməyib.
Məlumata görə, ümumi sahəsi 2 100 kvadratmetr olan sexin, 180 kvadratmetr sahədə yanğın baş verib: "Yanğın nəticəsində mühərriklər, nasoslar və bir sıra avadanlıqlar, elektrik kabel və panelləri yanıb".
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə Hissəsin 2 yanğınsöndürən maşını və 12 nəfər canlı qüvvə cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətindən "Report"a verilən məlumata görə, hadisə yerinə yaxınında olmuş 8 əməkdaş şirkətin daxili təhlükəsizlik qaydalarına uyğun olaraq Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yoxlanışa göndərilib.
"Həmçinin, yanğın Fövqəladə Hallar Nazirliyinin Gədəbəy Rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunaraq qısa zamanda aradan qaldırılıb, - şirkətdən bildirilib.
Xatırladaq ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
"Gədəbəy" bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən "Qadir" və "Gədəbəy" yatağından 50 km aralıdakı "Qoşa" yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.
Moskvanın Sevastopol prospektində baş verən dəhşətli yol qəzasında biri
Çində 78 milyon dollar rüşvət alan məmur barəsində edam hökmü çıxar�
Yanvarın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Qu
Əlilliyi olan şəxslərin işlə təmin edilməsi prosesi elektronlaşdırıl�
Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar nəticəsində birb
Bütün dünya bir daha bilməlidir ki, Laçın yolunda keçirilən etiraz aksiy
Xalq artisti Ağasəlim Abdullayev xəstəxanadan evə buraxılıb.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 121 yeni yolu
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Bakıda meyiti tapılan şəxslərin hamısının adları və ölüm səbəbi a�
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 7-si axşamd
"Yeni ilə qədəm qoysaq da Azərbaycan üçün əsas hədəflər dəyişm