Avropadakı bəzi ermənipərəst dairələr Laçın yolunda azərbaycanlıların dinc aksiyasını təhrif edərək göstərməyə çalışırlar Sahil Kərimli
Siyasət 06 Yan 2023 17:40:00 393 0
Bütün dünya bir daha bilməlidir ki, Laçın yolunda keçirilən etiraz aksiyası Qarabağda yaşayan erməni əsilli dinc Azərbaycan vətəndaşlarına qarşı deyil, separatçı silahlı dəstələrin cinayətkar əməllərinin dayandırılması məqsədilə keçirilir. Sirr deyil ki, Ermənistan uzun illər Laçın yolundan cinayətkar məqsədlərlə istifadə edib.
Bu xəbəri də oxu: Ermənistan Azərbaycanla əməkdaşlıq iddialarını təkzib etdi
Bunu Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, 30 ilə yaxın işğal dövründə Azərbaycan ərazilərinin talan edilməsi, ərazilərimizin kütləvi minalanması, silah-sursat daşınması və digər cinayətkar əməllər Laçın yolu vasitəsilə həyata keçirilib.
"Hətta 44 günlük Vətən Müharibəsindəki Qələbəmizdən sonra da Ermənistan Laçın yolundan istifadə edərək Qarabağa mina daşıyıb, ərazilərimizi talan edərək ekoloji cinayətlər törədib. Laçın yolu Xankəndində məskunlaşan erməni silahlı terrorçuları və onların siyasi havadarları üçün nəfəslik rolunu oynayıb. Amma artıq bir aya yaxındır ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri Azərbaycanın təbii sərvətlərinin talanmasına, Laçın yolundan cinayətkar məqsədlərlə istifadə olunmasına etiraz edirlər".
S.Kərimli bildirib ki, Arutunyan, Vardanyan və digər cinayətkar ünsürlərin nəfəsi kəsilib.
"Onlar artıq əvvəlki kimi qanunsuz əməllərlə məşğul ola bilmirlər. Azərbaycan vətəndaşları bu yolda etiraz edərək bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına çalşır və hesab edirəm ki, biz buna nail olmuşuq. Yol vasitəsilə humanitar kalonlar, sülhməramlılara məxsus avtomobillər, Xankəndidən gələn mülki dinc şəxslər heç bir maneə olmadan hərəkət edir. Ermənistanı dəstəkləyən beynəlxalq dairələr gözünü yaxşı açsın və bu reallıqları görsün. Azərbaycanı ittiham etmək, yalan və saxta məlumatlar yayaraq nəyəsə nail olmaq istəyən ölkələr dərk etməlidir ki, bununla heç nəyə nail ola bilməyəcəklər. Görünür, Avropadakı bəzi ermənipərəst dairələr Laçın yolunda azərbaycanlıların dinc aksiyasını təhrif edərək göstərməyə çalışırlar. Onlar istəyir ki, Ermənistan yenə əvvəlki kimi Xankəndi və ətraf ərazilərə minlar, silah-sursat daşısın. İstəyirlər ki, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi davam etsin. Reallıq budur. Amma arzuları gözlərində qalacaq. Çünki, Azərbaycan xalqı öz dinc etiraz aksiyası ilə bu murdar planların qarşısını qətiyyətlə alır və bundan sonra da belə olacaq", - deyə S.Kərimli əlavə edib.
Xalq artisti Ağasəlim Abdullayev xəstəxanadan evə buraxılıb.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 121 yeni yolu
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Bakıda meyiti tapılan şəxslərin hamısının adları və ölüm səbəbi a�
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 7-si axşamd
"Yeni ilə qədəm qoysaq da Azərbaycan üçün əsas hədəflər dəyişm
"CinemaPlus" kinoteatrlar şəbəkəsində yanvarın 5-dən etibarən
Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azə
Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran