"Onlar bizi məhv edirlər" ölümündən
Siyasət 04 Yan 2023 11:23:00 388 0
"Əzizim, doğmam! Burada olanda cəhənnəmi gördüm. Bu qədər ölüm nə Əfqanıstanda vardı, nə də Çeçenistanda. İnsan əti sanki dəniz təkidir. Amma getməyimin səbəbi bu deyil".
Bu xəbəri də oxu: “Nümayəndə heyətimiz Azərbaycandan razı qayıdıb” Zaxarova
Son.az xəbər verir ki, Ukraynadakı müharibə ilə bağlı Rusiyada elan edilmiş səfərbərlik nəticəsində ordu sıralarına çağırılaraq savaşa, ön cəbhəyə göndərilmiş Anatoli Yevseyev Luqansk vilayətində özünü yaşayış binalarından birində asaraq intihar etməzdən əvvəl arvadı Kseniyaya ünvanladığı məktubunda belə yazıb.
A.Yevseyevin sözlərinə görə, Çeçenistan prezidenti Ramzan Kadırovun Ukraynaya yolladığı "Axmat" alayının mənsublarının verdiyi əzablara və işgəncələrə dözməyərək intihar qərarına gəlib.
"Bizlər, rus insanlar burada heç kimik. Hər şeyin sahibi çeçenlərdir. Onlar içirlər, nə istəsələr edirlər, əsgərləri zorlayırlar, döyürlər. Kimsə onlara nə isə deyən, edən də deyil.
Kseniya, sənin yolladığın bütün pulları onlar əlimdən aldılar. Üstəlik, başıma oyun açdılar. Etdiklərini yaza bilmirəm. Lütfən, bil ki, müqavimət göstərirdim. Və unutma ki, mən və sən kimsəyə borclu deyilik. İndi dəqiq - borclu deyilik. Sevirəm. O tərəfdə görüşərik", - A.Yevseyev yazıb.
Luqanskda özünü asaraq intihar edən A.Yevseyev son aylarda suisidə əl atan yeganə rusiyalı hərbçi deyil.
Rusiyanın Müdafiə Nazirliyi və digər müvafiq dövlət qurumları heç bir rəsmi açıqlama verməsələr də, Ukraynada müharibə başlayandan bəri cəbhə bölgəsində 204 rusiyalı hərbçinin intihar etdiyi vurğulanır.
Bununla yanaşı, səfərbərliyə cəlb olunmuş şəxslər arasında hərbi hissəyə çatmamış vəfat edənlər və ya həlak olanlar da az deyil.
Rəsmi qurumlar bu halları gizlətməyə çalışırlar: Ukraynada hərbi hissələrə yollanarkən yolda vəfat etmiş və ya həlak olmuş hərbçilərlə bağlı indiyədək yalnız 2 (!) cinayət işi qaldırılıb, istintaq gedir.
Məsələn, hərbi hissəyə çatandan az sonra düzülmədə qəflətən ürəktutmadan keçinmiş Boris Şavayevin ölümü araşdırılmayıb. Zvyozdnı qəsəbəsinin sakininin ölüm səbəbi kimi "tromoemboliya" göstərildi, vəssəlam. Halbuki onun əsgər yoldaşlarının dediklərinə görə, B.Şavayevi "kadırovçular" ölümcül döyüblər.
Ukraynada, cəbhə bölgələrində olan hərbi hissələrdəki intiharlar isə, ümumiyyətlə, təhqiq olunmur.
Halbuki səfərbərliyə cəlb edilərək döyüşlərə göndərilmiş rusiyalılar arasında "Axmat" alayının mənsublarının, "kadırovçu"ların cinayətlərindən və vəhşicəsinə davranışlarından şikayətlər səngimək bilmir.
Orxan Hun Son.az
Biz Azərbaycan-Ermənistan problemlərinin kompleks həllinin necə olduğunu t
Avstriyanın dasfazit.at onlayn qəzetində Fransa və Ermənistanın Laçın
Şəki xanı olmuş Hacı Əbdülqadir xan hakimiyyətə necə gəldi və hansı
ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə bir müddət Milli Təh
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
Gürcüstan müxalifəti bu gün sabiq Prezident Mixeil Saakaşviliyə dəstək
BMT Təhlükəsizlik Şurası yanvarın 9-da Suriyaya transsərhəd yardım gös
Rusiya Prezidenti Vladimir Putin Mədəniyyət Nazirliyinə xüsusi əməliyyat
Ukrayna rus əsgərlərini məğlub etdikdən sonra müqaviləli orduya keçməl
Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətdə nomi