Şəki xanının səhvi ucbatından özü və AİLƏSİ necə ÖLDÜRÜLDÜ?
Digərləri 04 Yan 2023 10:39:00 521 0
Şəki xanı olmuş Hacı Əbdülqadir xan hakimiyyətə necə gəldi və hansı formada devrildi?
Bu xəbəri də oxu: Baş ağrılarının çarəsi
Dünya memarlıq incisi Şəki xan sarayının daxili divarlarındakı rəsmlərdən biri bu qədim diyara rəhbərlik edən Hacı Əbdülqadir xanın hakimiyyət illərini təsvir edir. Bu rəsm ətrafında bir çox maraqlı fikir və söhbətlər olsa da, əsl həqiqət var və bu tarixi faktlarla öz təsdiqini tapır. Divardakı həmin rəsmdə Hacı Əbdülqadir xanın üz cizgiləri və geyimi rəssam tərəfindən tam dəqiqliyi ilə ifadə olunur. Son.az Bizim.Media-ya istinadən bildirir ki, o, yəni Hacı Əbdülqadir xan 1780-ci ilin avqustunda qardaşı oğlu Məhəmmədhüseyn xanı devirərək hakimiyyətə gəlir və sonra onu edam etdirir. Cəmi 3 il sonra yəni 1783-cü il tarixdə isə 3 il əvvəl devirdiyi və öldürtdüyü Məhəmmədhüseyn xanın oğlu Məhəmmədhəsən xan tərəfindən özü devrilir, öldürülür. Hacı Əbdülqadir xanın yeddi oğlu və bir qızı olub. Lakin oğlanlarının hamısını Məhəmmədhəsən xan tərəfindən öldürtmürmüşdür. Qızı Bala xanım əvvəl Səlim xanın, sonra isə İlisu sultanı-Danial sultanın arvadı olub. Danial sultandan Kərimət bəyim adlı qızı doğulub və bu qız Şeyx Şamilin öğlu Məhəmmədə ərə gedib. Kərimət bəyim Rusiyanın Kaluqa vilayətində vəfat edib, nəşini gətirib indiki Şəki şəhərinin Dodu hissəsindəki qəbiristanlıqda dəfn ediblər. Bala xanım isə 100 yaşında vəfat edib, onu da qızı Kərimət bəyimin yanında dəfn ediblər. Mənbələrdə göstərilir ki, bir xanın səhvi ucbatından nəinki özü hətta ailəsi məhv edilib. Hətta ailədən bir qız övladı qalıb ki, onu da gizli yollarla İlisuya apara biliblər. Bu dəhşətli hadisədən sonra Şəki xan nəsilləri arasında əvvəlki kimi devrilmə və sui-qəsdlərə son verilib. Hakimiyyət tərəflərin razılığı, ya da xanın vəfatı ilə dəyişilib.
Son.az
ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə bir müddət Milli Təh
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
Gürcüstan müxalifəti bu gün sabiq Prezident Mixeil Saakaşviliyə dəstək
BMT Təhlükəsizlik Şurası yanvarın 9-da Suriyaya transsərhəd yardım gös
Rusiya Prezidenti Vladimir Putin Mədəniyyət Nazirliyinə xüsusi əməliyyat
Ukrayna rus əsgərlərini məğlub etdikdən sonra müqaviləli orduya keçməl
Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətdə nomi
Bakının Xəzər rayonununda 38 yaşlı kişi özünə bıçaqla xəsarət yeti
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsin�
Cənubi Afrika Respublikası, Rusiya və Çin bu ilin fevralında Afrikanın cə