Azərbaycan Avrasiya tranzitinin drayveri kimi
Siyasət 03 Yan 2023 12:16:00 393 0
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Avrasiya məkanında nəqliyyat dəhlizlərinin inkişafı üçün drayverə çevrilib.
Son.az Trend-ə istinadən bildirir ki, müxtəlif beynəlxalq iqtisadi forum və konfranslardakı çıxışlarında Prezident İlham Əliyev ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi proqramlarının həyata keçirildiyini bəyan edib. Təbii ki, Azərbaycanın nəqliyyat imkanlarının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından çox mühümdür, iqtisadiyyata böyük töhfədir.
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun mühüm nəqliyyat-logistika mərkəzi kimi tanınır. Ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri yüklərin daşınması üçün həm məsafəyə, həm də vaxta qənaət baxımından əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi xeyli artır.
Avropa və Çin arasında strateji mövqe tutan və inkişaf etmiş aviasiya, dəmir yolu, boru kəməri və dəniz infrastrukturuna malik Azərbaycan Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən formalaşdırılması fonunda yeni aparıcı logistika mərkəzi kimi yüksəlir.
Azərbaycanın da mühüm halqası olduğu Orta Dəhlizin əhəmiyyəti də artır. Çindən Avropaya gedən Orta Dəhliz gündəmdə böyük rol oynayır. Çin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində bir tərəfdən Mərkəzi Asiya və Qafqaz ölkələrində yerli nəqliyyat şəbəkələrini qurmaq və ya təkmilləşdirmək, digər tərəfdən, Qazaxıstanın Aktau limanı kimi xüsusi iqtisadi zonalar üçün əlverişli şərait yaratmaq üçün regional infrastrukturu daha böyük multimodal nəqliyyat dəhlizləri ilə birləşdirmək niyyətindədir.
Çin, Azərbaycan, Türkiyə və Avropanı birləşdirən Transxəzər dəhlizi üçün getdikcə daha çox əhəmiyyət kəsb edən Qazaxıstan Türkiyə və Azərbaycan tandeminə daha fəal baxır. 2022-ci ilin martında Qazaxıstan Azərbaycan, Türkiyə və Gürcüstanla Şərq-Qərb nəqliyyat dəhlizini açıb, daha sonra iyunda Türkmənistan və İran ərazisindən keçməklə Pavlodardan Türkiyənin cənubundakı Payas şəhərinə yük qatarı göndərib.
Türkiyə və Azərbaycan da Ukraynada müharibə başlayandan sonra Mərkəzi Asiyadan keçən nəqliyyat şəbəkələrindən istifadəni artırıb. Mərkəzi Asiya ilə ümumi sərhədi olmayan Türkiyə Azərbaycana region üçün körpü kimi baxır.
Azərbaycan müxtəlif istiqamətlərə yüklərin tranzit daşınmasının səmərəli təşkilini təmin edir. Bu, daha sərfəli şərtlərlə təhlükəsiz və vaxtında çatdırılma imkanı verir. Tranzit marşrutları genişlənməkdə davam edir, ticarət artır və bu, son nəticədə Azərbaycanın və bütövlükdə regionun çiçəklənməsinə gətirib çıxarır.
Xüsusi vurğulamaq lazımdır ki, dünyanın aparıcı iqtisadiyyatlı dövlətlərinin, transmilli şirkətlərin Azərbaycana diqqəti Prezident İlham Əliyevin "Bizim sözümüzün imzamız qədər qüvvəsi var" ifadəsinin əməldə təsdiqidir.
Son.az
Xerson rayonunun Çulanovka kəndi yaxınlığında Rusiya ordusunun xeyli canl�
Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Səidə Quliyeva haqqında ma
Geridə qoyduğumuz 2022-ci il bir sıra unudulmaz hadisələrlə yadda qaldı.
Sabirabadda Vətən müharibəsi qazisi icra nümayəndələri ilə görüşdə
Bir neçə ay öncə ağır vəziyyətdə Avropa ölkələrindən birinə aparı
Bakının Nərimanov rayonunda 1972-ci il təvəllüdlü Nəsimi həyat yoldaş�
Mançesterdə təhsil alan həmvətənimiz Fəridə Əliyeva Elman qızı itki
Sağlam həyat tərzi yaşamaq o qədər də asan deyil. Yediyimiz qidalar, ald
Son.az Kulis.az-a istinadən məşhur cazmen, pianoçu, Xalq artisti Əzizə Mus
Ukrayna Silahlı Qüvvələri və müdafiə qüvvələrinin digər hissələri f
DTX-nin Naxçıvanda apardığı antikorrupsiya əməliyyatları, külli miqdard
Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.
Yanvar ayının 1-dən "Vergi Məcəlləsi"ində yeni dəyişikliklər
Gələcəkdə Rusiyadakı aviabazalara zərbələr daha da dərindən bilər.