Günün qoroskopu: Şəxsi münasibətlərdə çox kövrək situasiya yaranıb


Digərləri 03 Yan 2023 00:01:00 355 0

Günün qoroskopu: Şəxsi münasibətlərdə çox kövrək situasiya yaranıb

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - günün ilk yarısından etibarən ciddi işlərə başlamayın. Mürəkkəb hesablamalar, sənədləşdirmə və ya digər formada intellektual fəaliyyətdə tələskənliyə yol verməyin. Aramla hərəkət edin, ciddi təhlil olmadan qərar qəbul etməyin. Yanlışlıqlar və səhvlərin sayını artırmayın.

Günün ikinci yarısında ünsiyyətdə səmimi, qayğıkeş olun. Dostlar və tanışların məclisində diqqəti cəlb edə bilərsiniz. Sizinlə maraqlanan insanın ümidlərini doğrultmağa çalışın. Alış-verişə axşam saatlarında yollana bilərsiniz.

Normal istirahət etməyə çalışın.  

Buğa - yaxşı tanımadığınız insanlarla ünsiyyətdə maksimal dərəcədə ehtiyatlı olun. Yad təsirlərə, bədxahların şirin dillərinə aldanmayın. Xüsusi maraq oyatmayan işləri görmək məcburiyyətində qalacaqsınız. Münaqişəli situasiya yaranıb. Qarşıdurmaya səbəbkar olmayın.

Günün ikinci yarısında seçim etmək çətindir. Qətiyyətli və iradəli olun. Alış-verişdə çox pul xərcləməyin. Axşam saatlarını ailənizə ayırın.  

Əkizlər - diqqətinizi mənasız işlərə ayırmayın. Sizi işdən ayıra biləcək səbəblər sürəkli olaraq artır. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə məntiqli olun. Yığılan problemlər sizdən təxirəsalınmaz həll tələb edir. Aktiv olun, işləri yarımçıq qoymayın.

Günün ikinci yarısında iddialarınız ifrata varmasın. Hamının xoşuna gəlmək asan deyil. Buna cəhd göstərməyin. Axşam saatlarına yaxın əhvalınızda problemlər yarana bilər. İstirahəti unutmayın.

Xərçəng - səhər saatlarında işiniz və ya biznesinizlə bağlı xoşagəlməz xəbərlər alacaqsınız. Böyük ümidlər bəslədiyiniz sifariş, yaxud da layihədə çətin situasiya yaranıb. Hər məqamla maraqlansanız, fəaliyyət prosesində ləngimələr müşahidə olunacaq.

Günün ikinci yarısında aldığınız məlumatdan faydalanın. Köhnə dostlardan biri ilə qarşılaşa bilərsiniz. Sevdiyiniz insanla təmaslarda diqqətli olun. Məişət qayğıları və ailə problemlərini sakit şəraitdə müzakirə edin. Qarşılıqlı anlaşmaya nail olun.

Şir - dünyagörüşü, bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün münasib zaman günün ilk yarısıdır. Aldığınız son məlumatı dostlarla paylaşın. Sirlərinizi etiraf etməyə tələsməyin. Ümumi işdə yaranmış qəfil situasiyanı müzakirə edin.

Günün ikinci yarısında əhvalınızdakı dəyişikliklər şəxsi münasibətlərinizə mənfi təsir etməməlidir. Yaxınlarınızın irad və tənqidlərini normal qəbul edin. Əməkdaşlığa başlasanız, qarşı tərəfi anlamağa çalışsanız, situasiyada yenilənməyə nail ola bilərsiniz.

Qız - səhər saatlarından etibarən özünüzü əzgin, pərişan hiss etməyin. Ailə qayğıları ilə iş arasında optimal balansa nail olun. Yaxınlarınızın qarşısındakı öhdəlikləri yerinə yetirmək zamandır. Eyni zamanda, fəaliyyət planını da unutmayın. Hamının xoşuna gəlməyə çalışmayın.

Günün ikinci yarısında bütün diqqəti mühüm işlərə yönəldin.

Şəxsi münasibətlərdə tələsik, düşünülməmiş addımlar atmayın. Seçim zamanı uzun-uzadı tərəddüd etməyin.  

Tərəzi - situasiyanın çətinliklərindən şikayətlənmək əvəzinə şəraitə uyğunlaşmağa çalışın. Toplantı, çıxış və görüş pis alınmayacaq. Yeni layihəyə başlamayın. İşinizdə səlist, dürüst olun. Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.

Günün ikinci yarısında yaxşı bələd olmadığınız insanlardan birini əməkdaşlığa cəlb edin. Maraqlı ideyalardan birindən yararlanmağa çalışın.

Əhvalınızın korlanmaması, səhhətinizdə problemlərin yaranmaması üçün hiperaktivlik etməyin. Axşam saatlarında romantik görüş normal keçəcək.

Yaxınlarınız sizi diqqətlə dinləyəcəklər. Zənniniz sizi aldatmayacaq.

Əqrəb - şərait fərqli yanaşma tələb edəndə vasvasılıq etməyin. Tərəddüdlər yalnız geriləmə vəd edir. Mövqelərinizdə səbatlı olun və qalib gəlməyə çalışın. Amma bunun üçün mütəhərrik davranış, çeviklik tələb olunur.

Günün ikinci yarısında aktiv ünsiyyət tələb olunur. Çətinliklərin öhdəsindən təkbaşına gəlin. Kimsədən yardım istəməyin.

Şəxsi münasibətlərdə problemlər istisna deyil. Yaxınlarınızla fikir ayrılıqları ola bilər. Ailə üzvləri ilə söhbət zamanı problemlərin müzakirəsindən yayınmayın. Sizi narahat edən, tədbən çıxaran məsələlərin həllini arayın.

Oxatan - ən dəqiq, ağır və mürəkkəb işi görmək üçün səhər saatları əlverişlidir. Vaxt keçdikcə situasiya ağırlaşacaq. Başqalarının problemlərini həll etməyə can ataraq öz işinizə barmaqarası baxmayın. Gəlir, mənfəət əldə edə biləcəyiniz ünsürləri kimsəyə həvalə etməyin.

Günün ikinci yarısında yaxınlarınızın tələbləri artacaq. Onların iradlarını sakit dinləyin. Ehtiyaclarınızın ödənməsinə çox pul xərcləməyin. Plana uyğun hərəkət edin. Axşam saatlarını ailə üzvləri ilə ünsiyyətə, qohumlarla söhbətlərə həsr edin.  

Oğlaq - yaxşı tanıdığınızı düşündüyünüz insanın bu gün tamamən fərqli məziyyətlərini görəcəksiniz. Bəzi adamlarınsa xain olduğunu anlayacaqsınız. Fəqət peşəkar fəaliyyətiniz sizdən belə adamlarla zahirən normal münasibətlər qurmağı tələb edir.

Günün ikinci yarısında yeni işlərə başlamayın, eksperimentlərin yeri yoxdur.

Şəxsi münasibətlərdə çox kövrək situasiya yaranıb. Yaranmış problemləri ailəniz üçün ənənəvi yollarla həll etməyə çalışın.

Axşam saatlarında romantik hisslər vəd edən görüş olacaq.

Dolça - genişmiqyaslı layihəyə başlamaq üçün əlverişli zaman deyil. Rutin öhdəlikləri unutmayın, cari işləri və tapşırıqları yerinə yetirin. İşdə rəhbərliklə danışığı təxirə salın. Asılı olduğunuz insanlarla münasibətləri korlamayın.

Gününi ikinci yarısında problemləri ənənəvi yolla həll etməyə çalışmayın. Qeyri-adi, orijinal variantı seçin.

Axşam saatlarını ailəvi istirahətə həsr edin.

Balıqlar - sözlərinizdə ehtiyatlı olun. Yaxın ətrafınızdakı insanları çox tənqid etməyin. Ehtiyatsız, düşünülməmiş deyilən kəlmə rəqiblərinizin sayını artıra bilər. Özünüzə düşmən qazanmayın.

Günün ikinci yarısında əhvalınız dəyişəcək. Hər şeyə rəğmən özünüzdən bədgüman olmayın. Şərtləri nəzərə alın, situasiyanı dəyərləndirin.

Zövq və ya seçimlə bağlı uzun-uzadı mübahisələrə başlamayın. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Son.az

Bakıda partlayış baş verən binanın sakinlərinin qalması üçün çadırlar qurulub  VİDEO  FOTO like
  • 02 Yan 23:57  
Digərləri Bakıda partlayış baş verən binanın sakinlərinin qalması üçün çadırlar qurulub VİDEO FOTO

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərt

arrow Ətraflı
Yeni Bakıİrəvan savaşı olarsa...  İCGnin sensasion təhlili like
  • 02 Yan 23:50  
Siyasət Yeni Bakıİrəvan savaşı olarsa... İCGnin sensasion təhlili

Müharibədən cəmi iki il keçməsinə baxmayaraq, Ermənistan və Azərbaycan

arrow Ətraflı
Koronavirusun yeni növü yayılır  Dünyada yenə həyəcan təbili  Simptomlar belədir like
  • 02 Yan 23:43  
Digərləri Koronavirusun yeni növü yayılır Dünyada yenə həyəcan təbili Simptomlar belədir

Alimlər "XBB.1.5" adlı yeni variantın aşkarlandığını elan edə

arrow Ətraflı
Meladze bu sözünə görə titullardan məhrum edilə bilər like
  • 02 Yan 23:37  
Dünya Meladze bu sözünə görə titullardan məhrum edilə bilər

Müğənni Valeri Meladzeni bütün titullarından məhrum edilməlidir.

arrow Ətraflı
Merkelin müşavirindən illər sonra ŞOK ETİRAF  Bu, səhv idi... like
  • 02 Yan 23:30  
Dünya Merkelin müşavirindən illər sonra ŞOK ETİRAF Bu, səhv idi...

16 il fasiləsiz baş nazirlik etdikdən sonra ötən ilin dekabrında vəzifəs

arrow Ətraflı
AKP: PKKnı birbaşa Fransa maliyyələşdirir like
  • 02 Yan 23:23  
Dünya AKP: PKKnı birbaşa Fransa maliyyələşdirir

PKK terror təşkilatının ən güclü şəkildə fəaliyyət göstərdiyi ölk

arrow Ətraflı
Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin rəsmi görüşü keçiriləcək like
  • 02 Yan 23:10  
Siyasət Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin rəsmi görüşü keçiriləcək

Yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin

arrow Ətraflı
NATOnun "Moskva planı" ÜZƏ ÇIXDI  Putin buna məcbur ediləcək like
  • 02 Yan 23:03  
Dünya NATOnun "Moskva planı" ÜZƏ ÇIXDI Putin buna məcbur ediləcək

Rusiyadan diqqətçəkən açıqlama gəlib. Rusiyanın 2014-cü ildə Krımı i

arrow Ətraflı
Vasif Talıbovun qohumu polisdən qovuldu like
  • 02 Yan 22:56  
Digərləri Vasif Talıbovun qohumu polisdən qovuldu

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsinin qardaşı o

arrow Ətraflı
Dünyanın gözü TÜRKİYƏDƏ  Bu il bütün gedişat DƏYİŞƏ BİLƏR like
  • 02 Yan 22:49  
Dünya Dünyanın gözü TÜRKİYƏDƏ Bu il bütün gedişat DƏYİŞƏ BİLƏR

2022-ci ildə dünya müharibə, qida problemi və bir çox siyasi böhranın ş

arrow Ətraflı
İstanbulda güclü duman: 48 reys ləğv edildi like
  • 02 Yan 22:42  
Dünya İstanbulda güclü duman: 48 reys ləğv edildi

İstanbulun Sabiha Gökçən hava limanına güclü duman səbəbindən 20-dən

arrow Ətraflı
Borc davası qanla bitdi  Ata və oğlunu GÜLLƏLƏDİLƏR  FOTO like
  • 02 Yan 22:35  
Dünya Borc davası qanla bitdi Ata və oğlunu GÜLLƏLƏDİLƏR FOTO

Türkiyədə suriyalılar arasında yaranan borc mübahisəsində Əhməd S. Ala

arrow Ətraflı
"Türkiyədə seçkilərin keçiriləcəyi tarix dəyişdirilə bilər" like
  • 02 Yan 22:29  
Dünya "Türkiyədə seçkilərin keçiriləcəyi tarix dəyişdirilə bilər"

Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərini

arrow Ətraflı
Zakir Qaralovun qardaşı vəfat etdi like
  • 02 Yan 22:22  
Digərləri Zakir Qaralovun qardaşı vəfat etdi

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralova ağır itki üz verib. 

arrow Ətraflı