Yeni Bakıİrəvan savaşı olarsa... İCGnin sensasion təhlili
Siyasət 02 Yan 2023 23:50:00 390 0
Müharibədən cəmi iki il keçməsinə baxmayaraq, Ermənistan və Azərbaycan yeni konfrontasiyaya doğru gedir.
Bu xəbəri də oxu: Minsk qrupu gələn il ləğv olunacaq?
Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Krizis Mərkəzinin hesabatında bildirilib.
Qeyd edilib ki, yeni müharibə 2020-ci ildəki 44 günlük müharibədən daha qısa, ancaq İkinci Qarabağ savaşı qədər dramatik olacaq:
"O vaxtdan indiyə qədər hərbi balans yenə də Azərbaycanın xeyrinə dəyişib. Ənənəvi silah təchizatçısı olan Rusiyanın hazırkı vəziyyətinə görə (Ukrayna savaşı - red.) Ermənistan öz hərbi birliklərinin silahlanmasını tam təmin edə bilməyib, Azərbaycan isə əksinə, güclənir. Azərbaycan Ordusu Ermənistan ordusundan bir neçə dəfə böyükdür, daha yaxşı təchiz olunub və Türkiyənin dəstəyini alır".
Hesabatda bildirilib ki, 2020-ci il 10 noyabr Bəyanatından sonra Rusiya Qarabağda sülhməramlılar yerləşdirib, həmçinin Ermənistan-Azərbaycan sərhədinin 44 günlük müharibə nəticəsində "yeni cəbhə xəttinə çevrilmiş" hissələrində öz sərhəd qüvvələrini və hərbi heyətini gücləndirib. İdeya ondan ibarət idi ki, Rusiyanın hətta kiçikmiqyaslı kontingenti Azərbaycanı saxlayacaq, çünki Bakı Moskva ilə konfliktə girməyəcək:
"Ancaq Ukraynada müharibə bu hesablamanı təsdiqləmədi. Rusiya qüvvələri ötən il bir neçə qığılcımın qarşısını ala bilmədi".
Hesabat müəlliflərinin fikrincə, Azərbaycan Qarabağda və sərhəddə "bəzi əraziləri" mart və avqustda "ələ keçirib", sentyabrda isə "Ermənistan ərazisinə girib".
Ekspertlərin fikrincə, Ukrayna müharibəsi Ermənistan-Azərbaycan danışıqlarına kölgə salıb. Onların sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri Moskva Brüsselin vasitəçiliyini Rusiyanın təsirini cilovlamaq üçün növbəti cəhd kimi görür və Qərb paytaxtları onları nə qədər inandırmağa çalışsalar da, Kreml müdaxilə etməkdən imtina edir:
"Nəticədə iki saziş (sülhdən söhbət gedir - red.) layihəsi dövriyyəyə buraxılır: biri Rusiya, digəri Qərbin dəstəyi ilə hazırlanıb".
Ekspertlərin iddiasına görə, Qərbin dəstəklədiyi layihə daha perspektivlidir, ona görə ki, bu layihəni tərəflər hazırlayıb.
Hesabatda bildirilir ki, tərəflərin (Ermənistan və Azərbaycan) yanaşmaları bir-birindən çox fərqlənir:
"Bütün kartlar Bakının əlindədir və Azərbaycanın - hərbi yolla bu məqsədlərə çatmağa çalışmaqdansa - mümkün sövdələşmədən, xüsusən də hərbi və xarici siyasət baxımından, qazanacağı daha çox şey var".
Buna baxmayaraq, ekspertlər hesab edir ki, danışıqlar nəticə verməsə və ya "Moskvanın və Qərbin dəstəklədiyi yolları növbəti hərbi konflikt məhv etsə", Azərbaycan istədiklərini öz gücü ilə götürəcək.
Alimlər "XBB.1.5" adlı yeni variantın aşkarlandığını elan edə
Müğənni Valeri Meladzeni bütün titullarından məhrum edilməlidir.
16 il fasiləsiz baş nazirlik etdikdən sonra ötən ilin dekabrında vəzifəs
PKK terror təşkilatının ən güclü şəkildə fəaliyyət göstərdiyi ölk
"Ziyanlı şeylərə çox xəsisəm və pul xərcləmərəm".
Yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin
Rusiyadan diqqətçəkən açıqlama gəlib. Rusiyanın 2014-cü ildə Krımı i
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsinin qardaşı o
2022-ci ildə dünya müharibə, qida problemi və bir çox siyasi böhranın ş
İstanbulun Sabiha Gökçən hava limanına güclü duman səbəbindən 20-dən
Türkiyədə suriyalılar arasında yaranan borc mübahisəsində Əhməd S. Ala
Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərini
Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralova ağır itki üz verib.
Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Cavadxan küçəsində yerl�