NATOnun "Moskva planı" ÜZƏ ÇIXDI Putin buna məcbur ediləcək
Dünya 02 Yan 2023 23:03:00 436 0
Rusiyadan diqqətçəkən açıqlama gəlib. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsində və Ukraynanın şərqindəki Donbas bölgəsindəki münaqişədə əsas rol oynayan rus komandir İqor Girkin uğursuzluğun səbəbini açıqlayıb.
Bu xəbəri də oxu: Bu ölkədə bərə aşdı 38 nəfər öldü, 100 nəfər itkin düşdü
Son.az bildirir ki, musavat.com Newsweek-ə istinadən xəbər verir ki, Girkin Ukraynanın uğurunun əsas səbəbi kimi rus hərbi rəhbərlərinin məsuliyyətsizliyini göstərib.
PUTİNİ QƏZƏBLƏNDİRƏCƏK AÇIQLAMA
"Təəssüf ki, bəzi yerlərdə onların bizim hərbi obyektlərə hücumu Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşunlarının komandanlığının hədsiz israfçılığı, lazımsız şeylərə pul ayırması səbəbindən uğurlu alınıb", - rusiyalı komandir Telegram-da yazıb.
Rusiyanın Ukraynanın infrastrukturunu hədəfə aldığını vurğulayan Girkin bu taktikanın Kiyevi sülhə məcbur edə bilməyəcəyini deyib.
Girkin bundan əvvəl bəyan etmişdi ki, müharibədəki vəziyyət Rusiya Federasiyasının siyasi rejiminin və hətta dövlətinin dağılmasına gətirib çıxara bilər.
NATO "MOSKVA PLANI"NI AÇIQLADI
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiyanın Ukraynaya hücumlarında azalma əlamətləri yoxdur, ona görə də Qərb ölkələri uzunmüddətli perspektivdə Kiyevə dəstəyini davam etdirməyə hazır olmalıdır.
BBC-yə danışan Stoltenberq bəyan edib ki, Ukraynanın müstəqilliyini qoruyub saxlamağın və Rusiyanı danışıqlar masasına oturtmağın yolu bundan keçir.
Rusiyadakı qismən səfərbərliyin Moskvanın müharibəni bitirmək niyyətində olmadığını göstərdiyini vurğulayan Stoltenberq həmin əsgərlərə təlimlər keçirildiyini bildirib: "Bu onların həm müharibəni davam etdirmək istəyini, həm də yeni hücuma başlamaq niyyətini göstərir".
Stoltenberq gələcəkdə Ukraynanın danışıqlar masası arxasında güclü olması üçün Qərbin dəstəyinin vacibliyinə diqqət çəkib:
"Biz təcili olaraq Ukraynaya dəstək verməliyik. Bura hərbi dəstək də daxildir. Çünki bu, Rusiyanı danışıqlar masasına əyləşmək məcburiyyətində hiss etdirəcək. Biz bilirik ki, Ukraynanın danışıqlar masası arxasında nəyə nail olması tamamilə cəbhədəki vəziyyətdən asılıdır".
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsinin qardaşı o
2022-ci ildə dünya müharibə, qida problemi və bir çox siyasi böhranın ş
İstanbulun Sabiha Gökçən hava limanına güclü duman səbəbindən 20-dən
Türkiyədə suriyalılar arasında yaranan borc mübahisəsində Əhməd S. Ala
Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərini
Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralova ağır itki üz verib.
Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Cavadxan küçəsində yerl�
Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonunda hündürmərtəbəli yaşa
İkinci Körfəz Müharibəsindən sonra itkin düşən və bir müddət ABŞ-ı
NATO-nun keçmiş generalı Hans-Lotar Domreze Rusiya və Ukraynanın 2023-cü i
Ankara ABŞ-nin Suriyanın şimalında terror təşkilatlarına qarşı mübariz
Şotlandiyanın Pert şəhərində oteldə baş verən yanğında 3 nəfər öl�
Kupyansk və Liman istiqamətində sutka ərzində 70 ukraynalı döyüşçü ö