Səddam Hüseynlə bağlı 20 İLLİK SİRRİN üstü açıldı ŞOK DETALLAR
Dünya 02 Yan 2023 21:54:00 404 0
İkinci Körfəz Müharibəsindən sonra itkin düşən və bir müddət ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən axtarılan Səddam Hüseyni əsir götürən əsgər sükutu pozub. ABŞ əsgərinin açıqlaması ilə 20 illik sirr deşifrə edilib...
Bu xəbəri də oxu: Türkiyənin bu addımını unutmayacağıq Colani
İraq lideri Səddam Hüseynin 2003-cü ildə ələ keçirildiyi əməliyyatla bağlı yeni məlumatlar ortaya çıxıb.
Son.az musavat.com-a istinadən bildirir ki,ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri paytaxt Bağdada girdikdən sonra yoxa çıxan Səddam Hüseyni tutan əsgər diqqətçəkən açıqlamalar verib.
Kevin Hollandın açıqlamaları ilə 20 ilin sirrin üstü açılıb.
Holland gələn xəbərdarlıqdan sonra bölgəyə getdiklərini və əməliyyatla bağlı bilinməyənləri açıqlayıb. Səddamı gizləndiyi yerdən Texas əsgərinin çıxardığını bildirən Holland devrilmiş lideri yanında silah olması ehtimalını nəzərə alaraq saxladıqlarını bildirib.
"Səddamı sonradan bağladıq və dedik ki, prezident Buş sizə salamlarını göndərir. Səddam bizə ingiliscə danışıqlara açıq olduğunu söylədi, biz isə artıq gec olduğunu bildirdik" - əsgər deyib.
Çəkdikləri görüntülərin ABŞ mətbuatında dərc olunduğunu bildirən Holland devrilmiş liderin bu qədər müddət bir çuxurda necə sağ qaldığı sualına cavab verib: "O, orada çox qalmadı və bölgədə iki mühafizəçisi var idi".
1937-ci ildə Tikritdə anadan olan Səddamın siyasətlə ilk tanışlığı gənclik illərinə təsadüf edir. Həmin günlərdə ərəb dünyasına hakim olan millətçi-azadlıq və anti-imperialist küləyinə özünü qapdıran Səddam gənc yaşlarında Baas Partiyasına qoşulub. Onun 1956-cı ildə çevriliş cəhdi uğursuz olub. Monarxiyaya son qoyulmasından sonra baş nazir Əbdül Kərim Hassamı öldürmək üçün yaradılmış sui-qəsd təşkilatında mühüm rol oynayıb. Lakin bu hadisənin üstü açıldığı üçün Səddam ölkədən qaçmağa məcbur olub, 1963-cü ildə Baas Partiyası hakimiyyətə gəldikdən sonra ölkəsinə qayıdıb. Bu arada əmisi qızı Sacide ilə ailə qurub, ikisi oğlan, üçü qız olmaqla beş övladı dünyaya gəlib. Lakin illər keçdikcə onunla Baas Partiyası arasında fikir ayrılıqları dərinləşməyə başlayıb, münaqişələr şiddətləndikdə Səddam həbs olunub.
1968-ci il çevrilişi Səddamı həbsdən xilas edib. Partiyada sürətlə yüksələn Səddam barışmaz qətiyyəti və möhkəmliyi sayəsində Baas-in ən mühüm strukturlarından biri olan İnqilab Şurasına daxil olub. Zamanla o öz mövqeyini möhkəmləndirib və prezident Əhməd Həsən Bəkrinin hakimiyyətinin arxasındakı əsas güc mənbəyinə çevrilib. 1979-cu ildə o, dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirib. İlk növbədə o, rəqiblərinə qarşı amansız "məhv" kampaniyasına başlayıb. O vaxtdan Səddam öz iqtidarını güclü kəşfiyyat şəbəkəsinə əsaslanan repressiv metodlar üzərində qurur. O, səsini qaldıranları öldürməkdən çəkinməyib.
NATO-nun keçmiş generalı Hans-Lotar Domreze Rusiya və Ukraynanın 2023-cü i
Ankara ABŞ-nin Suriyanın şimalında terror təşkilatlarına qarşı mübariz
Şotlandiyanın Pert şəhərində oteldə baş verən yanğında 3 nəfər öl�
Kupyansk və Liman istiqamətində sutka ərzində 70 ukraynalı döyüşçü ö
Son.az oxu24.com-a istinadən oxuculara məntiq testini təqdim edir.
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməl
Türkiyənin "Baykar" şirkəti 18 ölkə ilə yeni ixracat anlaşmas�
Sosial şəbəkələrdə yayılan görüntü insanı heyrətləndirib.
Xəbər verildiyi kimi rus qoşunlarının zəbt etdiyi Makeyevkada Ukrayna ordu
Daşkənd-Almatı marşrutu ilə uçan "Air Astana" aviaşirkətinə m
İsrail bütün vasitələrlə İranın nüvə silahı əldə etməsinin qarşı
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın qardaşı Kamo Ter-Petros
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin sentyabrında Yunanıs
"Dost, ailə problemləri baxımından 2022-ci il heç düşərli olmadı b