Sülhməramlılara aid daha 2 avtomobil Laçın yolundan keçdi FOTO
Digərləri 02 Yan 2023 11:00:00 414 0
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 22-ci gündür ki, davam edir.
Bu xəbəri də oxu: Keçi otaran çobandan maraqlı kəşf İnsanları xoşbəxt etdi
Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 2 minik maşını Xankəndindən Laçın istiqamətinə maneəsiz keçib.
Xatırladaq ki, daha əvvəl də bir neçə dəfə təminat avtomobilləri Laçın yolundan maneəsiz şəkildə keçiblər.
Daha əvvəl erməni KİV saxta xəbərlər yayaraq azərbaycanlıların Laçın yolunu bağladıqlarını və təminat avtomobillərinin buraxılmadığını bildirirdilər.
Etirazçılar sülhməramlılardan öhdəliklərini yerinə yetirməyi tələb edirlər. Onların Ermənistan tərəfindən tələbi isə qanunsuz mədən işlərinin aparıldığı, ölkəmizin ekosisteminə ciddi ziyan vurulan mədənlərə Azərbaycanın hökumət nümayəndələrinin və mütəxəssislərinin daxil olmasını təmin etməkdir.
Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.
Ötən il dekabrın 31-də və cari il yanvarın 1-də (şənbə və bazar günl
İsrail Suriyanın Dəməşq beynəlxalq hava limanına hava zərbələri endiri
Metroda qeyri-adi olay yaşanıb.
Bayram günü bacısıgilə qonaq gedən oğlan ürəyindən bıçaqlanıb.
Mərhumun bir qız, bir oğlan olmaqla 2 övladı var idi. Oğlunun 5 yaşı var
Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, pol
Xankəndi-Laçın yolunda təşkil olunan aksiya vətənpərvərlik əzmində da
"Gecenin ucunda" serialında rol alan aktrisa Bestemsu Özdemir evlili
İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yo
Şəmkir şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Moskvada ictimai nəqliyyatda gediş haqqı tarifləri yanvarın 1-dən etibarə
Yanvarın 1-də ABŞ-nin "Black eyed peas" qrupunun TVN kanalının ye