Muxtar Səqəfi cəhənnəmə daxil olacaq...” hədisi nə dərəcədə doğrudur?


Digərləri 01 Yan 2023 22:50:00 494 0

Muxtar Səqəfi cəhənnəmə daxil olacaq...” hədisi nə dərəcədə doğrudur?

Muxtar Səqəfi cəhənnəmə daxil olacaq..." hədisi nə dərəcədə doğrudur?

Təəssüf ki, cəmiyyət içində belə bir hədisin yayıldığını görürük:

Guya Muxtar aşura faciəsini törətmiş canilərə həddən artıq amansız şəkildə divan tutduğuna və İslamın cəza qanunlarının həddini aşdığına görə qiyamət günündə cəhənnəmə salınacaq. Əhli-beytin üzvləri cəhənnəmin kənarından keçəndə Muxtar onları çağırıb şəfaət istəyər, onu cəhənnəmdən qurtarmalarını xahiş edər.

Amma Peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (ə) və İmam Həsən (ə) ona etina etməzlər. İmam Hüseyn (ə) də kömək etmədən ötüb keçmək istəyəndə Peyğəmbər (s) Ona buyurar ki, Muxtar üçün şəfaət et: Çünki o, sənin intiqamını almaq üçün qiyam edib və sənin qatillərindən qisas alıb. İmam Hüseynin (ə) şəfaəti ilə Muxtar cəhənnəmdən qurtular.

İslam tarixi boyunca ən çox şübhələrə, iradlara məruz qoyulan, haqqında zidd fikirlər söylənilən şəxsiyyətlərdən biri də Muxtar Səqəfidir. Muxtarın imanı, əqidəsi, hətta Əhli-beytə(ə) sədaqəti barədə yaranmış şübhələrin kökü isə Əhli-beytə(ə) nifrət bəsləyən qüvvələrə gedib-çıxır.

Məhz Əhli-beytlə düşmən olan qüvvələr böyük şəxsiyyətlərə iftira atmağı özlərinə silah etmişlər. İmamları tənqid edib gözdən salmaq üçün bəhanə tapa bilmədiklərindən, məsum olmayan və eyni zamanda imamət ideyasına xidmət edən böyük şəxsyiyyətləri öz hücumlarına hədəf seçmişlər.

Məhz bu məqsədlə Həzrət Əlinin (ə) atası Əbu Talibin guya iman gətirmədən müşrik halda dünyadan köçməsi, Həzrət Əlinin (ə) oğlu Muhəmməd ibn Hənəfiyyənin guya imamət iddiası etməsi barədə əsassız və qondarma hədislər ortaya atıldı.

Abdullah ibn Səbə adlı xəyali bir şəxs uyduruldu və onun şiə məzhəbini yaratması barədə əfsanə yaradıldı. Abdullah ibn Abbasın Həzrət Əliyə (ə) xəyanət etməsi və beytül-malı oğurlayıb Müaviyənin yanına qaçması haqqında şayiə yayıldı. Sonrakı dövrlərə baxsaq, Xacə Nəsirəddin Tusi məhz bu məqsədlə Abbasilər xilafətinin məhvinin səbəbkarı kimi təqdim edildi və sairə və ilaxır.

Bu cür "qurban"lardan biri də Muxtardır. Onu gah peyğəmbərlik fikrinə düşməkdə, gah Muhəmməd ibn Hənəfiyyənin imamlığını irəli sürməkdə, gah Keysaniyyə məzhəbini yaratmaqda, gah da Aşura qatillərinə qarşı ifrat amansızlıqla təqsirli biliblər.

Muxtar Səqəfinin guya cəhənnəmə salınacağı və oradan İmam Hüseynin (ə) şəfaəti ilə xilas olacağı barədə həqiqətən bəzi rəvayətlər mövcuddur. Bu barədə mənbələrdə cəmi iki hədis vardır.

Bütün kitablardakı məlumatların kökü bu iki hədisə gedib çıxır. Həmin hədislərin birini Şeyxüt-taifə Tusi "Təhzibül-ehkam" kitabında, o birini də İbn İdris Hilli "Əs-Sərair" əsərində vermişdir. Sonrakı mənbələr bu hədisləri zaman etibarilə ən qədim olan bu iki kitabdan nəql etmişlər (o cümlədən, "Biharül-ənvar"ın 45-ci cildində də).

Əvvəla, böyük alimlər bu hədisləri nəinki məna, həm də sənəd etibarilə zəif sayırlar. Mərhum Ayətullahül-üzma Seyyid Əbül-Qasim Xoyi özünün fundamental həcmli rical kitabında Muxtarın tərcümeyi-halını verərkən (19-cu cild, səh. 106-108) bu hədislərin mötəbərlik dərəcəsinə aydınlıq gətirir.

O, yazır ki, "Təhzibül-ehkam" kitabında verilmiş hədis əvvəla mürsəldir, yəni sənəd zəncirinin başında İmam Cəfər Sadiqdən (ə) rəvayət edən şəxsin kimliyi məlum deyil, "bəzi ravilərdən" ifadəsi işlədilib.

Mürsəl hədis mübahisəli məsələlərdə hüccət (sübut) sayılmaz. İkincisi, hədisin sənəd silsiləsində yer alan Üməyyə ibn Əli Qeysi də mötəbər ravi deyil, məşhur rical alimi Nəcaşi onu zəif sayırdı.

"Əs-Sərair" kitabındakı hədisin də sənədi dolaşıqdır. Sənəd silsiləsindəki ilk üç ravinin bir-birindən hədis rəvayət etməsi zaman etibarilə ya qeyri-mümkün, ya da çox qəribədir. Buna görə, Ayətullah Xoyi bu iki hədisi qəti olaraq zəif adlandırır.

Bunu da deyək ki, həmin hədislər zəif olsalar belə, onlarda Muxtarın guya cəhənnəmə düşməsinin səbəbi kimi aşura qatillərinə amansız divan tutması yox, ürəyində iki nəfərə (yəni birinci və ikinci xəlifələrə) qarşı məhəbbətdən bir zərrənin olması göstərilib: "Çünki onun qəlbində o ikisindən bir şey (yəni məhəbbət) var idi.

Muhəmmədi haqq üzrə göndərən Allaha and olsun ki, əgər Cəbrailin və Mikailin qəlbində o ikisinin zərrəcə məhəbbəti olsaydı, Allah onları üzü üstə cəhənnəm alovunun içinə atardı".

İlahiyyatçı Natiq Rəhimov

Peyvənddən sonra fəsadların qarşısını almaq üçün... like
  • 01 Yan 22:45  
Digərləri Peyvənddən sonra fəsadların qarşısını almaq üçün...

Son zamanlar bəzi valideynlər uşaqlara peyvəndlərin vurulmasından imtina e

arrow Ətraflı
QuraniKərimdə adı çəkilən canlılar like
  • 01 Yan 22:40  
Digərləri QuraniKərimdə adı çəkilən canlılar

Qurani-Kərim qiyamətə kimi öz aktuallığını itirməyən, bəşəriyyəti

arrow Ətraflı
Bu yeməkləri ikinci dəfə qızdırmaq like
  • 01 Yan 22:35  
Digərləri Bu yeməkləri ikinci dəfə qızdırmaq

Bir çox yeməkləri ikinci dəfə qızdıraraq istifadə edirik. Ancaq mütəx�

arrow Ətraflı
Çimnazdan kişilərə: “Pulunuz çox oslun ki, like
  • 01 Yan 22:31  
Şou-biznes Çimnazdan kişilərə: “Pulunuz çox oslun ki,

Açıq-saçıq foto və videoları ilə gündəmdə olan "Vicdan haqqı&quo

arrow Ətraflı
Soyuq olmasa belə üşüyürsünüzsə, like
  • 01 Yan 22:30  
Digərləri Soyuq olmasa belə üşüyürsünüzsə,

Hava çox soyuq olmayanda belə üşüyürsünüzsə, bu, bir çox xəstəliklə

arrow Ətraflı
Şəkərli diabet xəstəliyinin 5 tipi– like
  • 01 Yan 22:25  
Digərləri Şəkərli diabet xəstəliyinin 5 tipi–

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 1980-ci ildən bu

arrow Ətraflı
Beş məsələni 700 alimdən soruşdum, eyni cavabı aldım like
  • 01 Yan 22:20  
Digərləri Beş məsələni 700 alimdən soruşdum, eyni cavabı aldım

İkinci hicri əsrinin tanınmış sufi alimlərindən olan Şəqiq bin İbrahim

arrow Ətraflı
Kivinin 10 faydası like
  • 01 Yan 22:15  
Digərləri Kivinin 10 faydası

Kivi kiçik bir meyvə olmasına baxmayaraq, faydaları çoxdur. Əsil vətəni

arrow Ətraflı
Çətinlik yükümüzü necə asan edək? like
  • 01 Yan 22:10  
Digərləri Çətinlik yükümüzü necə asan edək?

Biz elə bir dünyada yaşayırıq ki, çox sayda çətinliklərimiz vardır. H�

arrow Ətraflı
Limonun üstünə duz, istiot səpib yeyin – 9 xəstəliyə like
  • 01 Yan 22:05  
Digərləri Limonun üstünə duz, istiot səpib yeyin – 9 xəstəliyə

Limon diliminin üzərinə qara istiot, dəniz duzu səpib, sonra istifadə ets�

arrow Ətraflı
Artriti yaradan səbəblər və onunla mübarizə like
  • 01 Yan 22:01  
Digərləri Artriti yaradan səbəblər və onunla mübarizə

Revmatoloji xəstəliklərin ilkin əlamətlərindən biri oynağın iltihabi x�

arrow Ətraflı
Avstraliyalı alim: Axır ki Quranda səhv tapdım like
  • 01 Yan 21:55  
Digərləri Avstraliyalı alim: Axır ki Quranda səhv tapdım

Avstraliyalı elm adamı Makkeni Human 20 il Quranla vuruşdu...

arrow Ətraflı
Bəhlul Danəndənin mifik deyil, real tarixi şəxsiyyət olması doğrudurmu? like
  • 01 Yan 21:50  
Digərləri Bəhlul Danəndənin mifik deyil, real tarixi şəxsiyyət olması doğrudurmu?

Şərq ölkələrində, xüsusilə, Azərbaycanda Bəhlulu "danəndə"

arrow Ətraflı
Bakıda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın like
  • 01 Yan 21:48  
Digərləri Bakıda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın

Bu gün H. Əliyev prospektindəki dəhşətli qəzanın baş vermə anının g�

arrow Ətraflı
Hər gün toxunduğumuz ən çirkli like
  • 01 Yan 21:45  
Digərləri Hər gün toxunduğumuz ən çirkli

Amerika alimləri xüsusi avadanlığın köməyi ilə bizi əhatə edən müxt�

arrow Ətraflı