Sağlam KÖKƏLMƏNİN YOLLARI Tanınmış fitoterapevt açıqladı
Digərləri 01 Yan 2023 19:30:00 368 0
Sağlam kökəlmək istəyənlər çəki artımına mane olan səbəbi araşdırmalı və nədən şübhələnməli olduqlarını bilməlidirlər.
Bu xəbəri də oxu: Zurabişili aksiyaya gəldi VİDEO
Kökəlməyə mane olan ilkin səbəblərdən biri qurd xəstəlikləridir.
Həkim-fitoterapevt Fizuli Hüseynov bağırsaq parazitlərini bədəndən xaric etmək üçün qarışım təqdim edib:
- Dağtərxunu çiçəyi - 50 qram
- Boymadərən otu - 50 qram
- Qızılçətir otu - 50 qram
- Səna yarpağı - 50 qram
"Bu tərkib, demək olar ki, bütün qurdları tökür. Bu bitkiləri bir-birinə qarışdırın, 2 xörək qaşığı qarışığı 3 stəkan qaynar suya tökün və çaynikdə dəmləyin, süzün və termosa tökün. Böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan, uşaqlar yarım stəkan olmaqla, yeməkdən əvvəl içə bilər. Dəmləmə çox acı olduqda ona bal qatmaq olar".
Fitoterapevt bildirib ki, kökəlməməyin ikinci səbəbi zob xəstəliyidir. Bu zaman nə qədər yemək yeyilsə də, yenə də adam arıqlayır. Sizdə hansı zobun olduğunu və qanda yodun miqdarını bilmək lazımdır. Əgər yod azdırsa, aşağıdakı qarışımdan istifadə edə bilərsiniz:
Bunları bir-birinə qarışdırıb, qarışımdan 3 çay qaşığı 3 stəkan qaynar suda dəmləyib, süzün, sonra termosa tökün, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.
- Qaytarma otu- 50 qr
- Öksəotu - 50 qr
- Qoz arakəsməsi - 50 qr
Əgər yod çoxdursa, aşağıdakı qarışımı yoxlayın.
- Öksəotu - 50 qr
- Sofora qönçələri - 50 qr
- Damotu - 50 qr
- Zəncəfil kökü - 50 qram
Bu qarışım da birinci qarışım kimi içilir. İçdikdən sonra əsəblərə fikir vermək lazımdır.
Həm yodun artıqlığı zaman, həm də yodun azlığı zaman ud hindi bikisinin köklərindən istifadə edə bilərsiniz, köklər toz halına salınır, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ağıza atılır, üstdən 1 stəkan su içilir.
Bir çox vitamin əlavələrinin sağlamlığa heç bir müsbət təsiri yoxdur.
Naxçıvanda onu saxlayan polisin qarşısında özünü öldürməklə təhdid
Göz - qəlbin və düşüncələrin pəncərəsidir. Əgər necə lazımdır ba
İnsanların çoxu yuxudan oyanandan sonra bəzi oxşar əlamətləri hiss edir.
NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfind�
Bəzi insanların dindən qaçmağının səbəblərini bilmək üçün onların
Almaniya hökuməti ölkədə müvəqqəti yaşamaq statusu almış və işsiz o
İtaliyada Yeni il gecəsi pirotexniki vasitələrin partlaması nəticəsində
Bu resepti nəinki xərçənglə mübarizə aparan şəxslər, həmçinin xərç
Almaniyada Ukrayna üçün ən son özüyeriyən artilleriya texnikasının iste
"Cavan illərimdə əzab-əziyyət çəkmişəm, kağız daşımışam. All
Kardioloq Anna Koreneviç ürək üçün ən faydalı, zərərsiz yağ barədə