Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülür
Digərləri 31 Dek 2022 22:03:00 389 0
1979-cu ildə Çin qanun qəbul etdi ki, bir ailə ancaq bir uşaq dünyaya gətirə bilər. 2015-ci ildə bu demoqrafik tədbir ləğv edildi, amma bunun insanlar üçün mənfi nəticələri oldu. "Bir ailə, bir uşaq" qanunu çinlilərin valideynlik öhdəliyində dərin iz qoyub. Əlbəttə ki, bundan ilk növbədə valideynlər və uşaqlar təsirləndi.
Bu xəbəri də oxu: Bunu gündə 1 dəqiqə edin və arıqlayın
Son.az oxucularını Çinlilərin bizə olduqca qəddar, ən azı qəribə görünə bilən tərbiyə üsulları ilə tanış edir.
Uşağı elə tərbiyə etmək lazımdır ki, dahi olsun
Çinli analar hesab edirlər ki, uşaq istənilən halda dahi olmalıdır. Odur ki, təlim-tərbiyəyə beşikdən başlayırlar. Uşaqlar günün çox hissəsini oxumaqla keçirirlər: Riyaziyyat, Çin dili, musiqi təhsili və.s Əgər uşaq məktəbdə pis qiymət alırsa, çinli ana bunun öz boynuna yazacaq, deməli, o, valideyn öhdəliklərini yerinə yetirə bilmir.
Valideynlər uşaqları oxumağa həvəsləndirmək üçün açıq şəkildə manipulyasiya edirlər: onları "qonşunun, ya rəfiqələrinin uşağı" ilə müqayisə edirlər, aylarla ev dustağı edə, hədiyyələrdən məhrum edə, bu da azmış kimi, günlər və həftələrlə uşaqlarıyla danışmaya bilərlər.
Məktəb heç də valideynlərdən geri qalmır. Burada uşaqlar arasında yarışlar təşkil etməyi sevirlər. Məsələn, iki uşağa eyni tapşırığı verirlər ki, görək kim daha yaxşı və tez həll edəcək. Fərq minimal olsa belə, uduzan bütün sinfin qarşısında alçaldılacaq. Yeri gəlmişkən, Çin məktəblərində fiziki cəzaya qanunla olaraq icazə verilir.
Təhqir normadır!
Çində uşaqlar böyüklərə böyük hörmət bəsləyirlər - bu, müqəddəs qaydadır. Amma belə görünür ki, böyüklər uşaqların hisslərini qətiyyən nəzərə almırlar. Uşağa zibili atmadığına görə "zibil" və ya testdə mənfi nəticə göstərdiyinə görə "axmaq" demək tərbiyədən kənar deyil. Çinli valideynlər uşaqların çatışmazlıqlarını qeyd etməkdə qəbahət görmürlər. Məsələn, artıq çəkilidirsə, bunu onun üzünə kobud şəkildə deyə bilərlər.
Fransızlar isə buna imkan vermirlər. Onlar başqalarına qarşı hörmətsizliyə dözmür və uşaq dünyaya gələn andan ona şəxsiyyət kimi yanaşırlar. Uşaqlar nəzakətli və itaətkardırlar. Fransız tərbiyəsinin 6 əsas prinsipi ilə sizi növbəti yazımızda tanış edəcəyik, odur ki, qayıdaq çinlilərə.
Qızlara heç nə olmaz!
Yeni il gecəsi hansı tərzi seçək? Kişilər və qadınlar ziyafətə hansı
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təc
ABŞ Müdafiə Nazirliyi və "Lockheed Martin" konserni arasında 398
Ukrayna müdafiəçiləri Kiyev üzərində Rusiyanın yeddi hava hədəfini mə
Fəlsəfə tarixində pessimist alim kimi tanınan alman filosofu Artur Şopenha
Türkiyənin "Siper" uzaqmənzilli hava hücumundan müdafiə raketi u
Bu gün Rusiya Ordusunun Kiyevə endirdiyi raket zərbələri nəticəsində yap
Deyingən, həmişə narazı və kişinin baş-beynini aparan qadınlar ərinə
"2023-cü il rəqəmlərin birləşməsində 7-ni təşkil edir. 7 mənəvi
ABŞ əsilli aktyor, yazıçı, ssenarist, prodüser, 4 "Qremmi" müka
Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğl
Hazırda Rusiyanı zəiflətmək, parçalamaq üçün Ukrayna və xalqından ist