Tarixin ən zəngin bankirindən 6 məsləhət
Digərləri 31 Dek 2022 21:27:00 355 0
Bu xəbəri də oxu: Ən təhlükəli bürclər: Onları əsla qarşınıza almayın!
Yakob Fugger kralları, səyyahları, yepiskopları və papaları maliyyələşdirən və bu müddətdə dövrünün, bəlkə də tarixin ən zəngin adamına çevrilən alman bankirdir. Məhz onun sayəsində Papa X Leo bankçılığı qanuniləşdirdi. Fugger 1519-cu ildə Müqəddəs Roma İmperatorunun seçilməsində də həlledici rol oynayıb - məhz onun pulu İspaniya kralı V Karlı Napoleonun imperiyası ilə müqayisə oluna biləcək imperiyanın zirvəsinə qaldırdı.
1525-ci ildə vəfat edəndə Fuggerin müasir pulla var-dövlətini o vaxtkı Avropa ÜDM-nin 2 faizi kimi qiymətləndirmək olar. Günümüzün reallıqlarıyla müqayisədə bu, təxminən 400 milyard dollardır. Tarixin başqa ən zəngin adamı kimi tanıdığımız Con Rokfellerin sərvəti isə ABŞ iqtisadiyyatının daha kiçik bir hissəsi idi.
Son.az bu yazıda oxucuları Yakob Fuggerin maliyyə sahəsində uğur qazanmaq sirləri ilə tanış edir.
Bir kəndlinin nəvəsi olan Yakob Fugger o dövrün biznes mərkəzində - Venesiyada yaxşı təhsil alıb. Orada qazandığı əlaqələr, bilik və təcrübə ona həyatı boyu kömək edib.
Başqaları qorxarkən siz investisiya yatırın!
Onun sərvətinin sürətlə artmasında iki əsas investisiya rol oynayıb. Birincisi Tirol Arkduke Sigismund ilə müqavilə idi: Venesiya ilə münaqişəsi zamanı Sigismundu heç kimin maliyyələşdirmək istəmədiyi bir vaxtda Fugger ona böyük məbləğdə borc verdi. Digər bankirlər hersoqu maliyyələşdirməkdən imtina etsə də, Fugger ona tapa biləcəyi hər şeyi təklif etdi və hersoq Venesiya ilə münaqişəni yoluna qoydu. Onun dəstəyi müqabilində Arkduke Fuggerə yer üzündəki ən böyük gümüş mədənini idarə etmək hüququ verdi. Bundan əlavə, hamı türklərin Macarıstana hücumundan qorxduğu bir dövrdə Fugger Macarıstanın mis mədənlərinə sərmayə qoydu. Nəticədə o, əvvəllər gümüş hasilatı ilə eyni şəkildə mis istehsalını öz üzərinə götürə bildi.
Əvəzolunmaz olun
Bəzi müəssisələrin batmayacaq qədər çox böyük olması fikri yeni deyil. Fugger bunu çox gözəl bilirdi və nəzəri olaraq hesablarını ödəməkdən imtina edə bilən monarxların özbaşınalığından özünü qorumaq üçün istifadə edirdi. Bilirdi ki, müştərilər sadə bir səbəbdən onunla münasibətləri korlamaq istəməzlər. Çünki Fugger müştərilərinin onsuz edə bilməyəcəyi bir şeyə sahib idi: qısa müddətdə böyük məbləğdə pul qazanmaq bacarığı. Onlar Fuggerin özünü və şərtlərini bəyənmirdilər. Amma onların alternativi yox idi.
Məlumatlı olun!
Sübut edilmiş faktların dəyəri danılmazdır. Odur ki, ilk növbədə ona xidmət edən və bazar münasibətlərindən xəbərdar olmağa imkan verən dünyanın ilk xəbər xidmətinin yaradıcısı məhz Fugger olub. Məsələn, bir dəfə Roma imperatoru Maksimilian ona deyir ki, İngiltərə kralı VII Henrixdən qızıl gözləyir. Fuggerdən borc istəyən Roma imperatoru söz verir ki, onu tezliklə qaytaracaq. Amma İngiltərədəki bir casus Fuggerə kralın gəmilərinin limanı tərk etmədiyi xəbərini çatdırmış və beləliklə bankir sövdələşmədən imtina etmişdi.
ABŞ Müdafiə Nazirliyi və "Lockheed Martin" konserni arasında 398
Ukrayna müdafiəçiləri Kiyev üzərində Rusiyanın yeddi hava hədəfini mə
Fəlsəfə tarixində pessimist alim kimi tanınan alman filosofu Artur Şopenha
Türkiyənin "Siper" uzaqmənzilli hava hücumundan müdafiə raketi u
Bu gün Rusiya Ordusunun Kiyevə endirdiyi raket zərbələri nəticəsində yap
Deyingən, həmişə narazı və kişinin baş-beynini aparan qadınlar ərinə
"2023-cü il rəqəmlərin birləşməsində 7-ni təşkil edir. 7 mənəvi
ABŞ əsilli aktyor, yazıçı, ssenarist, prodüser, 4 "Qremmi" müka
Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğl
Hazırda Rusiyanı zəiflətmək, parçalamaq üçün Ukrayna və xalqından ist
Taleyi dəyişmək üçün çərçivədən çıxmaq lazımdır. Özünüzü dəy
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 705 vaksin vurulub.