Müasir qadının ağıllı qarderob strategiyası FOTO
Digərləri 31 Dek 2022 19:07:00 1921 0
Bu xəbəri də oxu: Bakıda avtomobillər səkini zəbt etdi
"Qadınlıq" sözünü eşidəndə təsəvvürünüzdə necə bir obrazı canlandırırsınız? Təxminən 20 il əvvəl bu obraz belin incəliyini vurğulayan paltarlar, dikdabanlar, volanlar, uzun saçlar və kifayət qədər parlaq makiyajdan ibarət idi. Geyimdə rahatlığın qadının çoxdankı arzusu olduğunu duyan müasir dizaynerlər anladı ki, kişi stilini qadın qarderobuna gətirmək çox uğurlu çıxış yolu olacaq. Bu gün qızları boş köynək, şalvar və gödəkçələrdə görəndə xüsusilə yaşlı kişilər zarafat edirlər ki, indi qadınla kişi arasındakı sərhəd demək olar ki, silinib. Bu, müəyyən dərəcədə doğrudur. Lakin bu o demək deyil ki, indi qadınlar əvvəlki kimi xanım-xatın geyinmir...
Son.az xəbər verir ki, rusiyalı stilist Gülnaz Sairova stilinizi korlamadan dəbli geyinməyin yollarını göstərib.
Buqidi və süni kirpiklər aktual deyil!
Zaman göstərdi ki, gözəgəlimli olmaq üçün saçları gecədən buqidilərə sarıyıb əziyyət içində yatmağa ehtiyac yoxdur. Müasir qadın istənilən saç düzümündə və saç uzunluğunda da seksual görünür.
Makiyaj konkret vəziyyətdən asılı olaraq həm minimalist, həm gündəlik, həm də parlaq ola bilər. Əgər ideal gözəllik axtarırsınızsa, onu təbiiliyinizdə tapın, boya və rənglərdə yox!
Kişi kostyumu
Bugünkü qarderobunu qızların çoxu kişi geyimlərinə borcludur. Kişilik və incəliyin təzadı qadınlığı, kövrəkliyi vurğulayır, eyni zamanda da şıq görünür. Dikdabanlar zəruri deyil, obrazlar artıq daha rahat olub.
Volan detalı şərt deyil
Paltar hələ də qadınlıq simvolu olaraq qalır. Ancaq indi volanlar əvəzinə başqa fəndlər istifadə olunur: asimmetriya, bədənin ən cəlbedici hissələrini vurğulayan maraqlı kəsiklər, yarıqlar və ya göstərmək istəmədiyinizi gizlətməyə imkan verən drapelər. Bu üslub seksuallıq, cəsarət və müasirliyi göstərmək üçün idealdır, ona görə də romantik görüşlər, yaradıcı şənliklər və korporativ mərasimlər üçün belə paltarlar seçin.
Xəbər verildiyi kimi, bu həftənin cümə günü ABŞ Nümayəndələr Palata
Müharibənin davam etdiyi Ukraynada ağır qarşıdurmaların izlərini daşıy
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya xarici işlər n
Rusiya Prezidenti Vladimir Putin hökumətə pilotsuz aviasiyanın inkişafı ü
Fransanın keçmiş prezidenti Fransua Olland Angela Merkelin ardınca Minsk raz
"Kosmetikanın atası" kimi tarixə düşən yəhudi əsilli rusiya v�
Bakının Nəsimi rayonunda 33 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı x
Dırnaqlarınız davamlı olaraq qırılır, soyulur, tibbi laklar, salon prosed
31 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naz
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsas�
Almaniyada yeni maye qaz terminalları açılacaq. Bununla da Almaniya və Avrop
Tonal krem xanımlar arasında ən lazımlı və populyar məhsullardan bi
2022-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərind