Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur
Digərləri 31 Dek 2022 00:02:00 394 0
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.
Bu xəbəri də oxu: Toy evində kütləvi DAVA ilə bağlı araşdırmalar başlayıb
Son.az bildiriri ki, bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
BMT-nin Təhlükəsizlik Şurasında Fransa və Ermənistan bütün səylərinə
2022-ci ilin 10 ayı ərzində Ukrayna Qərb tərəfdaşlarından 31 milyard dol
Avropada bugünkü hərracda qazın qiyməti fevralın 16-dan bəri ilk dəfə 1
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Dekabrın 30-da, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
Rusiyanı BMT-dən çıxarmağın heç bir qanuni yolu yoxdur - bu, hansısa ş�
"Bu gün təhlükəsizlik və iqtisadiyyat sahələrində etibarlı tərəf
"Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarş�
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismar�
Naftalan şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd
Rusiya Prezidenti Vladimir Putin hazırkı Avropa liderlərindən yalnız Serbiy
Rusiyanın paytaxtı Moskvadakı üç hava limanında - Vnukovo, Domodedovo və