2023cü il üçün büdcə xərclərinin ÜDMə gözlənilən nisbəti
Digərləri 30 Dek 2022 10:14:00 435 0
2023-cü ildə dövlət büdcə xərclərinin ÜDM-ə nisbətinin 30%-i üstələyəcəyi gözlənilir.
Bu xəbəri də oxu: Sənədsiz evlərin tükənməyən dərdi: Minlərlə insanın aqibəti necə olacaq?
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə məlumatında deyilir.
Bildirilir ki, 2023-cü ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaq. Növbəti ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi ilə qeyri-neft fiskal kəsrin və borclanmanın azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq, Mərkəzi Bank 2023-cü ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə müntəzəm yeniləyəcək.
"2023-cü ildə əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft məhsul və xidmət ixracı potensialının reallaşması Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır. Qiymətləndirmələrə görə, 2023-cü ildə də tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir. İxracın strukturunun diversifikasiyası cari hesabı balanslaşdıran neft qiymətinin rolunun azalmasına səbəb olur", - deyə məlumatda qeyd olunur.
"Bu gün suveren Azərbaycan Respublikası dünyanın müxtəlif ölkələr
Rusiyanın Xalq artisti, bəstəkar Eduard Artemyev vəfat edib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Son zamanlar Azərbaycanda bəzi dərman vasitələri, eləcə də onların əv�
Azərbaycan Ordusunun maddi-texniki təminatının daha da yaxşılaşdırılmas
Naxçıvanda Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Gömrük Komitəsi
Bu ilin yanvar-noyabr aylarında qalıqlı tədiyə balansı şəraitində Azər
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovu
Xəbər verdiyimiz kimi, dekabrın 28-də gecə saatlarında Abşeron rayonu Mas
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsin�
Bakıda taksi sürücüsünə qarşı hədə-qorxu gəlinərək telefonu və pul
Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov deyib ki, Ukraynada h�