Naxçıvanda DTX ləğv edildisə, DİN niyə saxlanılır?
Siyasət 30 Dek 2022 09:42:00 465 0
Naxçıvanda Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Gömrük Komitəsi ləğv edilərək, əvəzində mərkəzə tabe baş idarələr yaradılıbsa, digər strukturlarda da eyni proseslərin cərəyan edəcəyini gözləyirik. Çünki Naxçıvanda çox şeylər ölkəmizin konstitusiyası ilə üst-üstə düşmür.
Bu xəbəri də oxu: Afaq Gəncəli FOTOları ilə diqqət çəkdi
Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər nazirinin təyin edilməsinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, Naxçıvan Daxili İşlər Nazirliyi böyük bir bürokratik aparatdır:
"Müəyyən şərhlərdə belə hesab edilir ki, orada kadr ordusunu və ya kadrları, ştat vahidlərini ixtisar edərək müəyyən həddə saldıqdan sonra nazirlik baş idarəyə çevriləcək. Amma mən bu mövqeni bölüşmürəm. Baş idarə ola-ola da köhnə nazirlik strukturunda ciddi islahat aparmaq mümkündür".
Q.Hüseyni vurğulayıb ki, nazir vəzifəsinə o qədər də populyar olmayan, rayon polis idarəsinin rəisi işləmiş şəxs gətirilib:
"Təzadlı məsələlərdən biri də onun Ali Məclisin sədri tərəfindən təyin edilməsidir. Hesab edirəm ki, Naxçıvanda Ali Məclisdən tutmuş qanunvericilik və icra aparatına qədər, bütün struktur dəyişdirilməlidir. Bu dəyişikliklərin mahiyyətində də Azərbaycan Konstitusiyasında təsbit edilən unitar dövlət modeli əsas götürülməlidir".
Son.az
Bu ilin yanvar-noyabr aylarında qalıqlı tədiyə balansı şəraitində Azər
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovu
Xəbər verdiyimiz kimi, dekabrın 28-də gecə saatlarında Abşeron rayonu Mas
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsin�
Bakıda taksi sürücüsünə qarşı hədə-qorxu gəlinərək telefonu və pul
Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov deyib ki, Ukraynada h�
Ukrayna lideri Vladimir Zelenski qarşısına qoyulan tapşırıqları icra etdi
Dünyanın 3 ən böyük hərrac evi olan "Christie`s", "Sotheby`
Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona səfəri zamanı HİMARS MLRS �