Apteklərdə dərmanlar tapılmır, nazirlik isə qıtlıq olmadığını deyir
Digərləri 30 Dek 2022 09:45:00 459 0
Son zamanlar Azərbaycanda bəzi dərman vasitələri, eləcə də onların əvəzediciləri tapılmır.
Bu xəbəri də oxu: DYPdən sürücülərə müraciət: Ötən gün 1 nəfər həyatını itirib, ana və azyaşlı qızı...
Son.az bildirir ki, "Report"un apardığı araşdırma zamanı "Paraferin", "Panadol", "Nurofen", "Lazolvan" şərbətlərinin, "Diazolin" və "Pankreatin" tabletkalarının, "Taufon" göz damcısının, "Natrium xlorid" infuziya üçün məhlulun, "Depakin xrono" 300 mg, "Depakin xrono" 500 mg tabletkalarının, "Depakin" siropunun, "Mezaton" ampulasının və s. dərmanların apteklərdə satışda olmadığı aşkarlanıb.
Araşdırma adları çəkilən və başqa dərmanların ümumiyyətlə depolarda da tükəndiyini üzə çıxarıb.
Əczaçı Tofiq Abdullayev "Report"a bildirib ki, Azərbaycanda bəzi dərmanların tapılmamasının bir neçə səbəbi var. Onun fikrincə, bunlar arasında dünyanın əczaçılıq bazarında baş verən qiymət artımını, Tarif Şurasının əvvəllər müəyyənləşdirdiyi qiymətlərin hazırda firmalar üçün sərfəli olmamasını, Rusiya-Ukrayna mübaribəsinin bu sahəyə mənfi təsirini qeyd etmək olar.
"Çünki bunlar ölkəyə dərman gətirən şirkətlərə təsir edir. Onlar qiymət artımını əsas gətirərək ziyanla işlədiklərini bəyan edirlər. Bu səbəbdən ya az dərman gətirilir, ya da ümumiyyətlə, gətirilmir. Misal olaraq, xeyli vaxtdır qrip əleyhinə olan tozlardan bir neçəsi Azərbaycana gətirilmir. Hesab edirəm ki, bu, həmin dərman preparatlarını istehsal edən firmanın qiymətləri artırması ilə əlaqəlidir.
Müharibəyə görə Rusiya və Ukraynadan Azərbaycana dərman gətirilməməsi başadüşüləndir. İndi həmin ölkələrdən dərman gətirilsə də, sayı və miqdarı əvvəlki dövrlərlə müqayisədə azdır. Depolar da dərmanları limitlə satır. Adi yodu və ya brilliant, yaşıl alkoqol həlli (zelyonka) belə məhdud sayda verirlər".
Əczaçı əlavə edib ki, hazırda depolarda "Korqlikon" ampulası, "Vikasol" tabletkası və iynəsi, "Eufillin" tabletkası, "Indometacin" mazı tapılmır.
"Report" məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu verib. Qurumun Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli deyib ki, ölkədə kütləvi dərman qıtlığı yoxdur və məsələnin belə qiymətləndirilməsi doğru deyil.
Azərbaycan Ordusunun maddi-texniki təminatının daha da yaxşılaşdırılmas
Naxçıvanda Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Gömrük Komitəsi
Bu ilin yanvar-noyabr aylarında qalıqlı tədiyə balansı şəraitində Azər
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovu
Xəbər verdiyimiz kimi, dekabrın 28-də gecə saatlarında Abşeron rayonu Mas
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsin�
Bakıda taksi sürücüsünə qarşı hədə-qorxu gəlinərək telefonu və pul
Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov deyib ki, Ukraynada h�
Ukrayna lideri Vladimir Zelenski qarşısına qoyulan tapşırıqları icra etdi
Dünyanın 3 ən böyük hərrac evi olan "Christie`s", "Sotheby`
Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona səfəri zamanı HİMARS MLRS �