Vəzifə maaşına əlavələr də hesablanacaq
Digərləri 28 Dek 2022 23:18:00 474 0
Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, onlar üçün bir sıra güzəştləri nəzərdə tutan dəstək paketinin tətbiqinə, bu ərazilərdə əmək resurslarının səmərəli idarə olunmasına xidmət edir.
Bu xəbəri də oxu: Yağsız məhsullar: İstehsalçılar başımızı belə aldadır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Son.az-a verilən məlumata görə, yeni qanunvericilik aktlarına əsasən, Əmək Məcəlləsinə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis" anlayışı əlavə olunub. Bu anlayışa peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər aid edilib.
İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən həmin mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət, 600 manat birdəfəlik müavinət veriləcək və aylıq vəzifə maaşına əlavələr hesablanacaq.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə işlərə cəlb edilən əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotası 5 il tətbiq edilməyəcək, kvotanın dolması səbəbindən iş icazəsi verilməsindən imtina edilməsi onlara şamil olunmayacaq. Onlara iş icazələrinin verilməsi sahəsində də güzəştlər tətbiq olunacaq.
Əgər kimsə Ukraynanın müstəqilliyinə qarşı - siyasi, iqtisadi və ya m�
Ukraynadakı müharibəyə görə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını həy
Azərbaycanın və SSRİ-nin xalq artisti Zeynəb Xanlarova uzun müddətdən so
Tovuzda azyaşlı qızın ərə verilməsiylə bağlı bəzi məlumatlar əldə
Tiflisdə keçmiş prezident Mixail Saakaşvilinin azad edilməsinə qarşı mit
ABŞ-da Pensilvaniya sakini Sevgililər Günündə ərini öldürməkdə təqsir
Birləşəcəyimiz təqdirdə 3 il ərzində Abxaziya və Samaçablo bölgələr
Yeni il gecəsi dedikdə bir çoxumuzun ağlına böyük süfrə atrafında əyl
Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göst�
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə
Bundan sonra da Naxçıvan Muxtar Respublikanın təhlükəsizliyinin təmin edi
Rusiyada, beş aylıq qızını və 10 və 15 yaşlı iki oğlunu "cinlər
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı