Zelenski Trampla "söz savaşı"ndan DANIŞDI
Dünya 02 Mar 2025 09:09:00 90 0
ABŞ-ın köməyi olmadan Ukraynanın Rusiyaya müqavimət göstərməsi çətin olacaq.
Bu xəbəri də oxu: 82 yaşlı kişi mülkünü ukraynalı xanıma miras qoydu: Ailə üzvləri isə...
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə mübahisə edəndən sonra "Foks Nyus"a açıqlamasında deyib.
Zelenski "ABŞ-ın dəstəyi olmadan Ukrayna Rusiyaya müqavimət göstərə biləcəkmi" sualına bu cür cavab verib:
"Bizim üçün çox çətin olacaq. Ona görə də buradayam. Ona görə də mən qarşıdan gələn danışıqlardan danışırdım. Sizin köməyiniz olmadan çətin olacaq. Amma biz öz dəyərlərimizi, xalqımızı, azadlığımızı itirə bilmərik. Ruslar ərazilərimizə girdilər, evimizə girdilər, nə qədər insanı öldürdülər. Sadəcə bunu unudub deyək ki, Putin əla oğlandır? Xeyr, bunu bizsiz edin".
O vurğulayıb ki, ukraynalılar genişmiqyaslı işğalın başlanğıcını yaxşı xatırlayırlar və yeni işğal dalğası ilə üzləşmək istəmirlər:
"Ona görə də mən indi təhlükəsizlik zəmanəti məsələsini qaldırıram. Biz təzyiq etmirik, sadəcə, xahiş edirik. Biz tərəfdaşlarımız, dostlarımız və amerikalılarla aydın mesajlar paylaşırıq. Əgər siz bizimlə qalsanız, təşəkkür edirəm, amma gəlin təhlükəsizlik zəmanətləri infrastrukturunu yaradaq".
Zelenski həmçinin əlavə edib ki, Ağ Evdəki mübahisə hər iki tərəf üçün yaxşı deyil.
Xəbərə aid video
2025-ci ilin mart ayında Yer kürəsini müxtəlif intensivlikdə bir sıra maq

Sosial şəbəkənin Azərbaycan seqmentində bir qrup şəxsin it döyüşdürm

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda məscidin istilik sistemi

Bəzi bürclər var ki, təbiətcə çox sərt olurlar və səhvləri bağışla

"Kommunal xidmət tarifləri hər il artır, buna görə də, mənzil-kommu

Mətbuat getdikdən sonra tərəflər ayrı-ayrı otaqlara çəkildilər. Mən,

Müğənni Rəvan Qarayev yenidən ailə qurmağa hazırlaşır.

Ağ Ev rəhbərinin müavini Den Skavino X sosial şəbəkəsində Ukrayna Prezi

"Hər hansı Əməkdar və ya Xalq artisti bir az qolu, sinəsi açıq geyi

Psixoloqlar vurğulayır ki, bəzi valideyn ifadələri uşaqlarda yalan danış

"Mən xoşbəxtəm, çünki övladım var. Qadına bundan artıq nə lazım

Psixoloqlar, münasibətlərdə kişilər tərəfindən deyilən və qadınları

Türkiyənin ən varlı daşınmaz əmlak sahibi olan məşhurların adları aç
