İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 28 Apr 2025 10:09:00 78 0

İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunur.

Çox şadıq ki, keçən ilin noyabrında Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanmışdır. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalamışdır.

100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının sonrakı dövrdə Qlobal Cənub QHT Platformasının təsisatlanması məqsədilə təşəbbüs qrupuna çevrilməsi birgə, koordinasiyalı fəaliyyətə ehtiyacı aydın nümayiş etdirmişdir.

Şaxələndirilmiş xarici siyasət yürüdən Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik edərək, inkişaf etməkdə olan ölkələrin maraqlarını qətiyyətlə müdafiə etmiş, mühüm qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu dövr ərzində tərəfimizdən fərqli iqtisadi durumda olan üzv dövlətlərə, o cümlədən COVID-19 zamanı 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımları göstərilmiş, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atılmışdır.

Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir.

Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı "Bakı sıçrayışı"nın əldə edilməsi ilə nəticələnmişdir. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir.

Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik.

İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın, və davamlı inkişafın təşviqinə daim sadiqik.

Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik.

Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik.

Qlobal Cənub QHT Platformasının fəaliyyətinə uğurlar arzu edir və hər bir iştirakçını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm!

Azərbaycana hər zaman güvənə bilərsiniz!".

Yer Kürəsini bu zireh qoruyurmuş  ŞOK GÖRÜNTÜLƏR yayıldı like
  • 28 Apr 10:00  
Digərləri Yer Kürəsini bu zireh qoruyurmuş ŞOK GÖRÜNTÜLƏR yayıldı

Yer Kürəsinin manyetik sahəsi - manyetosfer - Günəşdən gələn yüklü hi

arrow Ətraflı
Rövşən Nəcəf rəisi işdən çıxardı like
  • 28 Apr 09:57  
Digərləri Rövşən Nəcəf rəisi işdən çıxardı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kadr islahatı apa

arrow Ətraflı
Ən gözəl həyatı yaşayacaq 5 bürc: Kim xoşbəxtlik dalğasına qapılacaq? like
  • 28 Apr 09:50  
Digərləri Ən gözəl həyatı yaşayacaq 5 bürc: Kim xoşbəxtlik dalğasına qapılacaq?

Yeni həftə beş bürcün nümayəndələri üçün əsl möcüzə olacaq. Taro

arrow Ətraflı
Türkiyə yenə silkələndi  Əhali qorxu və təşviş içində like
  • 28 Apr 09:45  
Digərləri Türkiyə yenə silkələndi Əhali qorxu və təşviş içində

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 25 aprel tarixində baş ver�

arrow Ətraflı
Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI  Çantalarınızı hazır saxlayın like
  • 28 Apr 09:41  
Digərləri Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Məd�

arrow Ətraflı
Bu ərazilərdə qaz kəsiləcək like
  • 28 Apr 09:35  
Digərləri Bu ərazilərdə qaz kəsiləcək

Bu gün Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqət

arrow Ətraflı
Azərbaycanın unudulmaz simalarının arxiv like
  • 28 Apr 09:30  
Kriminal Azərbaycanın unudulmaz simalarının arxiv

Azərbaycan mədəniyyəti tarixində öz dəsti-xətti, öz imzası ilə iz qoy

arrow Ətraflı
İki valyuta bahalaşdı  RƏSMİ like
  • 28 Apr 09:22  
Digərləri İki valyuta bahalaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
May ayı bu bürclərin taleyini dəyişəcək like
  • 28 Apr 09:16  
Digərləri May ayı bu bürclərin taleyini dəyişəcək

May ayında dörd bürcün nümayəndələri heç vaxt xəyal etmədikləri bir

arrow Ətraflı
Stress zamanı yeyilməməsi lazım olan ən pis qidalar like
  • 28 Apr 09:13  
Digərləri Stress zamanı yeyilməməsi lazım olan ən pis qidalar

Stress dövrlərində bir çoxumuz təsəlli tapmaq üçün yeməyə üz tuturuq

arrow Ətraflı
Makronun mühafizə rəisi “qırmızı bülleten”lə axtarışa verildi like
  • 28 Apr 09:07  
Dünya Makronun mühafizə rəisi “qırmızı bülleten”lə axtarışa verildi

İNTERPOL Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətənda

arrow Ətraflı
“Dedim ki, sənə vardövlət yox, təhsil verəcəyəm” like
  • 28 Apr 09:06  
Şou-biznes “Dedim ki, sənə vardövlət yox, təhsil verəcəyəm”

Xalq artisti Nəzakət Teymurova qızı Nigarın Məkkə ziyarətindən danış�

arrow Ətraflı
“Titanik”dən sağ çıxanın məktubu hərracda 400 min dollara satıldı like
  • 28 Apr 08:35  
Dünya “Titanik”dən sağ çıxanın məktubu hərracda 400 min dollara satıldı

"Titanik"dən sağ çıxanın məktubu hərracda 400 min dollara satı

arrow Ətraflı
"Taksi sürücüləri çox aqressivdir" like
  • 28 Apr 08:08  
Şou-biznes "Taksi sürücüləri çox aqressivdir"

"Maşını səbirsiz və aqresiv idarə edilməsinin əleyhinəyəm. Xanım

arrow Ətraflı