İlham Əliyev Gideon Saarı qəbul edib FOTO
Siyasət 26 Yan 2026 10:34:00 77 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib.
Bu xəbəri də oxu: İlham Əliyev Avstraliyanın generalqubernatorunu təbrik edib
Son.az xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlandı, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirildi.
Ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulandı, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edildi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunuldu.
Eyni zamanda, hökumətlərarası komissiyanın rolu qeyd edilərək, bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyi vurğulandı.
Gideon Saar onu bu səfərdə böyük biznes və işgüzar dairələrin nümayəndələrinin müşayiət etdiyini deyərək, səfər çərçivəsində keçiriləcək Azərbaycan-İsrail biznes forumunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi. O, Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Müğənni Rəqsanə İsmayılova jurnalist və aparıcı Səidə Bəkirqızın
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Müğənni Qumral efirdə taxdığı bahalı qızıl dəstləri ilə diqqət mə
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət sazişinin Kanada üçün son dər
Səhər yeməyi günün ən vacib öyünü hesab olunsa da, onun nə vaxt yeyilm
Yüksək qan təzyiqi (hipertoniya) müasir dövrün ən çox yayılmış sağla
Mətbəx və vanna otaqlarında ən çox rast gəlinən problemlərdən biri suy
Avstraliyanın Kvinslend Universitetində 1927-ci ildən bəri davam edən və G
Qış mövsümündə qidalanma rejiminə düzgün əməl etmək həm həzm siste
