BYD lüks idman avtomobili təqdim etdi "Tesla" və "Porsche"yə rəqib gəlir
Digərləri 23 Apr 2025 17:41:00 87 0
Çinin elektrikli avtomobil nəhəngi BYD, artıq elektrikli nəqliyyat vasitələrinin satışında uzun müddətdir lider olan Teslanı geridə qoyub. İndi isə şirkət lüks idman avtomobili bazarına iddialı daxil olur.
Son.az xəbər verir ki, BYD-nin premium brendi olan "Denza" bu həftə Şanxayda keçirilən Çinin ən böyük avtomobil sərgisi - "Auto Shanghai 2025"də Z adlı yeni modelini təqdim edib.
Dərin mavi rəngli bu cəlbedici model, şirkətin "Porsche" və "Mercedes-Benz" kimi yüksək səviyyəli Qərb brendləri ilə rəqabətə hazır olduğunu göstərir.
Hazırda, ABŞ Prezidenti Donald Trampın idxal avtomobillərinə tətbiq etdiyi yeni tariflər səbəbilə qlobal avtomobil sənayesi çətinliklərlə üzləşir. Bu isə Çin bazarını daha da cazibədar edir və qlobal brendləri yeni strategiyalar qurmağa, o cümlədən Çin istehsalçıları ilə tərəfdaşlıqları gücləndirməyə vadar edir.
BYD, 2024-cü ildə qlobal satışlarda "Tesla"nı geridə qoyaraq Çinin EV bazarındakı liderliyini möhkəmləndirib. Şirkət daxili bazarda "Tesla" ilə müqayisədə daha çox üstünlük əldə edib.
Digər tərəfdən, "Tesla" bu həftə gözləniləndən daha böyük bir gəlir itkisi açıqlayıb. Şirkət, Donald Trampın ticarət müharibəsi, həmçinin Elon Maskın administrasiyadakı rolu ilə bağlı istehlakçı narazılığı kimi amillərlə üzləşib. "Tesla"nın avtomobil satışları 20%, ümumi gəliri isə 9% azalıb. Xalis mənfəəti isə ötən illə müqayisədə 71% aşağı düşüb.
Xəyal Abdullayev Son.az
Rusiyanın paytaxtında yerləşən "Moskva City" biznes mərkəzində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiy

Xəbər verdiyimiz kimi, aprelin 21-də Roma Papası Fransiski vəfat edib.

Əməkdar artist Nüşabə Ələsgərli toy məclislərində əllərində veril�

1997-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Savlatov Sotim

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra müvafiq quruml

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Tra

"İstilik təchizatı haqqında" yeni qanun qüvvəyə mindikdən sonr

Aprelin 26-da, 2025-ci il tarixində, saat 18:00 və 20:00-da Bakının mərkəz

Tanınmış psixoloq Samirə Bağırova yenidən qalmaqallı sözləri ilə diqq

İstanbulda baş verən şiddətli zəlzələdən sonra xəsarət alma ilə ba
