Yeni tikilən binalarda məcburi olacaq Yeni QANUN


Digərləri 23 Apr 2025 15:55:00 84 0

Yeni tikilən binalarda məcburi olacaq   Yeni QANUN

"İstilik təchizatı haqqında" yeni qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır.

Son.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, çoxmənzilli yaşayış binaların layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır.

Layihəyə əsasən, tikinti obyektlərinin şəbəkəyə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçiriləcək.

Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə güc alması texniki şərtlər əsasında təmin olunacaq. Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə güc alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların şəbəkəyə qoşulması bu qanunda nəzərdə tutulmuş qaydalarla tənzimlənəcək. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin şəbəkəyə qoşulması qadağandır.

Çoxmənzilli yaşayış binalarının şəbəkəyə qoşulması (bu Qanun qüvvəyə minənədək tikilmiş yaşayış binalarına münasibətdə) və ya həmin şəbəkədən ayrılması yalnız binanın mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə) və ya onları təmsil edən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilatın paylayıcıya yazılı müraciəti əsasında həyata keçiriləcək.

Bu Qanun qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan və şəbəkə vasitəsilə istilik təchizatı təmin edilən çoxmənzilli yaşayış binalarında ayrı-ayrı mənzillər üzrə təbii qaz ilə qidalanan fərdi istilik sistemlərinin quraşdırılmasına və istismarına yol verilməyəcək.

Qeyd edək ki, mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin məcburi hala gətirilməsi bu sahədə ciddi dəyişikliyə səbəb olacaq və nəticədə enerji resurslarına qənaət edilməsi, ətraf mühitə atılan emissiyaların azaldılması təmin ediləcək.

Unikal konsert: Şam işığında musiqi sehrinə qərq olun like
  • 23 Apr 15:50  
Kriminal Unikal konsert: Şam işığında musiqi sehrinə qərq olun

Aprelin 26-da, 2025-ci il tarixində, saat 18:00 və 20:00-da Bakının mərkəz

arrow Ətraflı
"Biri var, Tamaradı, Kəmalədi...Dilənçi kimi kişidən pulları birbir alır" like
  • 23 Apr 15:50  
Digərləri "Biri var, Tamaradı, Kəmalədi...Dilənçi kimi kişidən pulları birbir alır"

Tanınmış psixoloq Samirə Bağırova yenidən qalmaqallı sözləri ilə diqq

arrow Ətraflı
İstanbulda zəlzələdə xəsarət alanlar var? – Rəsmi açıqlama like
  • 23 Apr 15:40  
Digərləri İstanbulda zəlzələdə xəsarət alanlar var? – Rəsmi açıqlama

İstanbulda baş verən şiddətli zəlzələdən sonra xəsarət alma ilə ba

arrow Ətraflı
Zəlzələ vaxtı insanlar binadan belə qaçıblar  VİDEO like
  • 23 Apr 15:38  
Digərləri Zəlzələ vaxtı insanlar binadan belə qaçıblar VİDEO

Bu gün, 23 aprel 2025-ci il tarixində, İstanbulda yerli saatla 12:49-da 6.2 b

arrow Ətraflı
24 yaşlı aktrisa qəfil vəfat etdi like
  • 23 Apr 15:37  
Şou-biznes 24 yaşlı aktrisa qəfil vəfat etdi

2014-cü ildə Darren Aronofskinin "Nuh" adlı biblik epik filmində R

arrow Ətraflı
Efirdə BİABIRÇILIQ  Anasına demədiyi söz qalmadı  VİDEO like
  • 23 Apr 15:13  
Digərləri Efirdə BİABIRÇILIQ Anasına demədiyi söz qalmadı VİDEO

"Bizimləsən" efirində yaşadığı ailə problemləri ilə gündəm

arrow Ətraflı
Bu şəxslər üçün pulsuz göz əməliyyatı olacaq  RƏSMİ like
  • 23 Apr 15:06  
Digərləri Bu şəxslər üçün pulsuz göz əməliyyatı olacaq RƏSMİ

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olması

arrow Ətraflı
Zəlzələ ilə bağlı ekspertdən XƏBƏRDARLIQ: “Risk var” like
  • 23 Apr 14:55  
Digərləri Zəlzələ ilə bağlı ekspertdən XƏBƏRDARLIQ: “Risk var”

İstanbulda bu gün günorta saatlarında 6,2 bal gücündə zəlzələ baş ver

arrow Ətraflı
Azərbaycanlı rejissor vəfat etdi  FOTO like
  • 23 Apr 14:48  
Kriminal Azərbaycanlı rejissor vəfat etdi FOTO

Rejissor Nicat Rzazadə vəfat edib.

arrow Ətraflı
İstanbulda zəlzələ anı  Canlı yayımda studiya belə silkələndi  VİDEO like
  • 23 Apr 14:23  
Digərləri İstanbulda zəlzələ anı Canlı yayımda studiya belə silkələndi VİDEO

Xəbər verdiyimiz kimi bu gün İstanbulda zəlzələ olub.

arrow Ətraflı
Kadırov 17 yaşlı oğlunu yüksək vəzifəyə təyin etdi  FOTO like
  • 23 Apr 14:17  
Dünya Kadırov 17 yaşlı oğlunu yüksək vəzifəyə təyin etdi FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu - 17 yaşlı Adam Kadırov respu

arrow Ətraflı
İstanbulda zəlzələ oldu like
  • 23 Apr 13:26  
Digərləri İstanbulda zəlzələ oldu

İstanbulda zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Bu küçədə cərimə yazırlar: 100 manat like
  • 23 Apr 13:25  
Digərləri Bu küçədə cərimə yazırlar: 100 manat

Paytaxtın Puşkin küçəsində Səməd Vurğun bağı istiqamətindən üzü H

arrow Ətraflı
İlham Əliyev Cao Lıci ilə görüşüb like
  • 23 Apr 13:14  
Siyasət İlham Əliyev Cao Lıci ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı