24 yaşlı aktrisa qəfil vəfat etdi
Şou-biznes 23 Apr 2025 15:37:00 63 0
2014-cü ildə Darren Aronofskinin "Nuh" adlı biblik epik filmində Russell Crowe, Jennifer Connelly, Emma Watson və Anthony Hopkins kimi ulduzlarla birlikdə rol alan Sophie Nyweidenin vəfatı Hollivudu və pərəstişkarlarını sarsıdıb.
Bu xəbəri də oxu: “O, studiyaya gəlsə yerimdən qalxıb onu qucaqlayıb, öpəcəyəm"
Son.az xarici mediaya istinadən xəbər verir ki, gənc aktrisanın ailəsi onun ölüm xəbərini 17 aprel tarixində yayımlanan onlayn nekroloqla açıqlayıb.
Ölüm səbəbi rəsmən açıqlanmasa da...
Rəsmi ölüm səbəbi açıqlanmasa da, ailə Sophienin uzun illərdir şəxsi mübarizələr apardığını bildirib.
Açıqlamada qeyd olunub:
"Sophie mehriban və etibarlı bir qız idi. Bu xüsusiyyəti bəzən onun istismar edilməsinə səbəb olurdu"
Ailəsi həmçinin onun yazı və rəsmlərə olan ehtirasının, həm daxili zənginliyini, həm də yaşadığı ağrını əks etdirdiyini vurğulayıb:
"O, dayanmadan yazır və çəkirdi. Bu sənətlər onun nə qədər dərin düşüncəli olduğunu göstərdiyi kimi, yaşadığı ağrını da əks etdirirdi. Yazdıqları və çəkdikləri, keçdiyi travmaların və çətinliklərin bir xəritəsi idi".
Ailə, Sophieyə göstərilən peşəkar və şəxsi dəstəyə baxmayaraq, onun taleyini dəyişməyin mümkün olmadığını acı şəkildə etiraf edib:
"Ən yaxınları, terapevtləri, hüquq-mühafizə orqanları və ona kömək etməyə çalışan digər insanlar çox kədərlidirlər. Bütün səylərə baxmayaraq, onu xilas edə bilmədilər".
Açıqlamada o da qeyd olunub ki, Sophie yaşadığı travmalar və utanc hissi ilə mübarizə aparmaq üçün özünü müalicə etməyə çalışırdı və bu, onun ölümünə səbəb olub.
İstedadlı ulduz itirildi
Sophie Nyweide yaradıcı, idmanla məşğul olan və yaşına görə olduqca müdrik bir gənc kimi xatırlanır. Hələ uşaqlıqdan aktrisa olmağı xəyal edirdi və bu sənətə heyrətamiz bir rahatlıqla qədəm qoymuşdu.
Nyu-Yorkda təhsil alan Sophie həm ingilis, həm də ispan dillərində sərbəst danışırdı. Bu isə ona beynəlxalq kino sahəsində tez uyğunlaşmaq və əməkdaşlıq qurmaq imkanı verirdi.
Sophienin son ekran çıxışı 2015-ci ildə ABC kanalının "What Would You Do?" adlı realiti proqramında olub.
Kameralardan uzaqda isə o, oxumağı, rəsmlə məşğul olmağı və idmanı çox sevirdi.
Ailəsi qeyd edib ki, Sophie çəkiliş meydanlarında özünü ən xoşbəxt hiss edirdi:
"O, bir başqasına çevrilə bildiyi film setlərində özünü təhlükəsiz hiss edirdi. Orada onun istedadını və rifahını dəstəkləyən insanlar vardı".
Xatirəsinə dəstək çağırışı
Sophie Nyweidenin ailəsi onun xatirəsinə ABŞ-da cinsi zorakılığa qarşı ən böyük təşkilat olan RAINN-ə ianə edilməsini xahiş edib.
Hollivudda ard-arda itkilər
Fevral ayında da Hollivud Michelle Trachtenbergin qəfil vəfatı ilə sarsılmışdı. "Buffy the Vampire Slayer" və "EuroTrip" filmləri ilə tanınan aktrisa 39 yaşında dünyasını dəyişmişdi. Yaxın günlərdə açıqlanan məlumatlara görə, onun ölüm səbəbi şəkərli diabetlə bağlı fəsadlar olub.
Kənan Son.az
"Bizimləsən" efirində yaşadığı ailə problemləri ilə gündəm

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olması

Birinci vitse-prezident Mehriban Əliyevanın "Instagram" səhifəsind

İstanbulda bu gün günorta saatlarında 6,2 bal gücündə zəlzələ baş ver

Xəbər verdiyimiz kimi bu gün İstanbulda zəlzələ olub.

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu - 17 yaşlı Adam Kadırov respu

Paytaxtın Puşkin küçəsində Səməd Vurğun bağı istiqamətindən üzü H

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

Prezident İlham Əliyevin Çinə rəsmi səfəri çərçivəsində verilən ziy

Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi Zaur Kər

Paytaxdakı güclü yağış və küləkdən sonra bir sıra fəsadlar yaranıb.

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağacların kə

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 23-də Pekində Çin Xalq
